Reytinq
+6.50
səsıər:
7
avatar

Box.az  



Box.az →  Milli Spamerlərimiz

Yerli e-mail xidmətlərimizdən olan Box.az daxili e-mail trafikindən əldə etdiyi milli spamlar barədə son statistik məlumatları açıqlayıb:

Məşhur təhlükəsizlik şirkəti Symantec spam haqda hesabatında bildirir ki, dünyada məktubların 74.2%-ni spam təşkil edib. Bunu bizim öz statistikamız da təsdiq edir, Box.az-a gələn məktubların 70-75%-i spamdır.

Bu qədər böyük həcmi görəndə qeyri-ixtiyari sual yaranır: Bu qədər spamı kim göndərir və nə məqsədlə?

Symantecin həmin hesabatında bu suala da cavab var:

( Ətraflı oxuyun )
Paylaş :

Box.az →  Box.az-da məktubların saxlanması üçün yeni sistemə keçid

Bir ilə yaxındır ki biz məktubların saxlanması üçün yeni sistem (mail storage system) üzərində işləyirdik. Nəhayət bu sistem hazırdır və biz istifadəçilərimizi tədricən yeni sistemə keçirməyə başlamışıq. Hazırda bir neçə min istifadəçi bu sistemə keçirilmişdir.

Yeni sistemin əvvəlkindən fərqi nədir?
İlk növbədə sürət və böyümək imkanı. Box.az-da hal-hazırda yüz minlərlə hesab və on milyonlarla məktub saxlanılmaqdadır. Məktubları saxladığımız əvvəlki sistem bu böyük həcmlər üçün hesablanmayıb və bu səbəbdən sürətdə yavaşlamalar müşahidə edilməkdədir.

( Ətraflı oxuyun )
Paylaş :

Box.az →  Box.az 11 yaşını qeyd edir [infoqrafika]

Azərbaycanın e-mail servisi Box.az bu gün 11 ildir ki, istifadəçilərin ixtiyarındadır.
Bununla əlaqəli sayt infoqrafika hazırlayıb.
Məlumatlardan görmək olar ki:
Saytın 180 000-dən çox istifadəçisi var.
Onların 66%-ı kişi, 33% qadınlardır.
İstifadəçilərin ən çox yaş aralığı 18-24 arasıdır — 40%. İkinci 25-34 yaş aralığı — 20%. Üçüncü isə 17 yaşa qədər — 19%.

( Ətraflı oxuyun )
Paylaş :

Box.az →  Box.az Mobil versiyası yeniləndi


Box.az blogundan verdiyi xəbər ilə, mobil versiyasının yeniliyini açıqladı.
Yeniliklər arasında:

Azərbaycan və Rus dillərinə tərcumə (bir çox telefonlarda şrift problemi olduğundan bunu etmirdik, lakin yeni modellərdə bu problem yoxdur)
Sosial şəbəkə bildirişləri ayrı qovluqda göstərilir.
Cavab yazarkıb orijinal məktubdan bir hissə göstərilir
Yeniləşdirilmiş ünvan kitabçası
Məktubların sadə mətn formatında göstərilməsi (daha sürətli yüklənib, daha az trafik istifadə etməsi üçün biz HTML məktublarını da mətnə çeviririk)
Yeni rahat dizayn və naviqasiya alətləri
Onu da qeyd edək ki, toxunmalı ekranı olan telefonlar üçün optimallaşdırılmış (iPhone, Android, və s.) xüsusi mobil versiya üzərində işlərimiz davam edir və bir neçə ay içində işıq üzü görəcək.
Paylaş :

Box.az →  Box.az Chat bütün mobil cihazlarda.


Box.az rəsmi blogundan Box.az Chat-ın müxtəlif mobil cihazlar tərəfindən istifadə qaydaları açıqlanıb. Qısa müddət əvvəl BlackBerry-lər üçün mobil telefondan istifadə qaydası izah olunmuşdu.
Bu dəfə blogundan AndroidiOS (iPhone) platformaları üçün istifadə edilə biləcək izahlar edib.
Symbian üçün isə istifadə ediləcək proqramın linkini Twitterdən paylaşıblar.

( Ətraflı oxuyun )
Paylaş :

Box.az →  BlackBerry smartfonlarında Box.az Chat


Bir neçə ay əvvəl biz kompüterinizə yükləmək üçün Box.az Chat (http://chat.box.az/)proqramını təqdim etmişdik. Lakin günümüzdə bir çoxumuzun internetə mobil telefonumuzdan girməyimizi nəzərə alsaq, çat proqramının telefonda olmasını mühüm hesab edə bilərik. Buna görə biz mobil telefonlar üçün Box.az Chat proqramını qurmaq haqda silsilə yazılar yazmağı planlayırıq.

İlk olaraq BlackBerry smartfonlarından Box.az Chat-a girmək üçün addımları diqqətinizə çatdırırıq:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 21 февраля 2011, 14:01
  • Weboxu
  • 4+4

Box.az →  Box.az-da bildirişlər qovluğu

Box.az blogunda yeniliyi haqqında məlumat verib:
Sosial şəbəkələr (Facebook, Odnoklassniki, Vkontakte və s.) getdikcə populyarlaşmaqdadır və bir çox Box.az istifadəçisi bu sosial şəbəkələrə üzvdür.

Social şəbəkələrin əsas xüsusiyyətlərindən biri də şəbəkənizdə baş verən hər bir şey haqda sizə bildiriş məktubu göndərməkdir. Məsələn dostunuz sizin şəkilinizi bəyəndi, sizin şərhinizə cavab verildi, və s., və i.a.

Nəticədə sizin poçt qutunuz bu sosial şəbəkə bildirişləri ilə dolur, normal məktubları bildirişlər arasında tapmaq getdikcə çətinləşir, poçt qutusu yararsız hala gəlir.

Aktiv sosial şəbəkə istifadəçiləri gündə yüzlərlə bildiriş alırlar. Nəticədə onların poçt qutusunda 10.000-dən çox bildiriş məktubları yığılır ki bu da poçt qutusunun dolmasına gətirib çıxarır.

Onu da qeyd edək ki, bildirişlər sadəcə gəldiyi an əhəmiyyət daşıyır. Məsələn kiminsə sizin şəklinizi bəyənməyi bildikdən sonra o məktubun heç bir əhəmiyyəti qalmır və silinə bilər. Lakin bir çox istifadəçilər bunları silmədən poçt qutusunda saxlayır.

( Ətraflı oxuyun )
Paylaş :

Box.az →  Box.az Chat istifadəyə hazırdı.

Box.az-ın yeni chat-ı haqqında əvvəl də məlumat vermişdim.
Artıq proqram istifadəyə hazırdır. Endirib kompüterinizə quraşdıra bilərsiniz.
Endirmə səhifəsindən sitatlar:
Kim? ilə tam inteqrasiya

Rahatlıq üçün Box.az Chatı digər Box.az xidmətləri ilə sıx inteqrasiya olunub. Profil şəkilləri və digər məlumatlar avtomatik olaraq çatda yenilənir. Həmçinin dostlarınızın Kim? profillərini də asanlıqla görə bilərsiniz.



( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 9 августа 2010, 16:59
  • Shaig
  • 7+7

Box.az →  Box.az Chat necə görünür? [foto]


Azərbaycanın ilk çat (ani mesaj) proqramını kompüterinizə yükləyə bilməyiniz üçün təqribi 4 gün vaxt qalır. Bu haqda bir müddət əvvəl də yazmışdım. Bu proqramın köməkliyi ilə, nələr etməyin mümkün olduğu bütün istifadəçilərə artıq bəllidir. Əsas maraq proqramı yükləyib, ondan istifadənin necə olduğunu öyrənməkdir. Bəs ilk ani mesaj proqramı necə görünür? Maraqlananlar üçün proqramdan 2 ekran görünüşünü blogda yerləşdirim:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 5 августа 2010, 12:28
  • Shaig
  • 7+7

Box.az →  Box.az Chat - yeni chat qutunuz

Son zamanlarda Box.az haqqında çox danışırıq. Hələ bir neçə müddət də danışacağıq. Bu il yerli e-mail servisi Box.az-ın 10 yaşı tamam olur. Bu münasibətlə də, bir çox yeniliyi ilk yubileyinə sığdırmaq niyyətindədir. Bir müddət əvvəl chat servisini GoogleYandexə inteqrasiya edən Box.az, son olaraq Kim servisini istifadəyə vermişdi.
Növbədə isə Azərbaycanın ilk messengeri var. Siz internet üzərindən söhbətləşməklə birgə, kompüterinizə yükləyəcəyiniz IM ilə daha rahat ünsiyyət saxlaya biləcəksiniz.
Box.az Chat təqribi iki həftə sonra yəni Box.az-ın 10 illiyi ərəfəsində istifadəyə veriləcək. Proqramı bu linkdən yükləyə biləcəksiniz — chat.box.az/.


Mövzunu diqqətdə saxlayacam. Rahat istifadə etdikdən sonra da ətraflı fikirlərimi yazaram.
Paylaş :