Bloglar → Bloqçular üçün müsabiqə – “Mən nə içdiyimi bilirəm!”

Bloqsfer 2011 forumunu dəstəkləyənlərdən olan Aquavita suları bloqçular üçün maraqlı bir müsabiqə elan edir. Müsabiqənin adı və yazının mövzusu “Mən nə içdiyimi bilirəm”dir.
Bu mövzuda yazılan ən yaxşı bloq yazıları Aquavita şirkəti tərəfindən mükafatlandırılacaq. Münsiflər heyyəti Bloqosfer forumunun təşkilatçıları və Aquavita şirkətinin əməkdaşlarından ibarətdir.
Bloqçular üslubda (yazı, video, foto və s.) sərbəstdir, materiallar Azərbaycan və ya rus dillərinə ola bilər.
Yazılar aşağdaki şərtlərə cavab verməlidir:
1. Bloq yazıları TAC MMC şirkətinin məhsullarından biri və ya bir neçəsi (Aquavita, Gülüstan, Gcola, Şahdağ və s.) barəsində olmalıdı.
2. Yazı bloqçunun öz bloqunda yerləşdirilməlidir.
3. Aquavita-nın rəsmi Facebook səhifəsində keçid olaraq yerləşdirilməlidir.
Münsiflərin xoşuna gəlmək üçün tərfləməyiniz vacib deyil :) Əsas sizin maraqlı rəyinizdir. Ehtiyac olduqda digər suların da adını çəkmək olar. Yazılarınızda Aquavitanın facebook səhifəsinə keçid qoymağı da unutmayın.
Qalib gəlmiş bloq yazıları aşağdaki qaydada mükafatlandırılacaq:
1-ci yer: Samsunq Galaxy Tab
2-ci yer: Mobil Telefon
3-cü yer: MP3 Pleyer
Yer qazanmış iştrakçılara Aquavitanın simvolikası ilə xüsusi hədiyələr də veriləcək.
Yazılar 2011-ci il Sentyabrın ayının 6-sından 20-nə dək qəbul olunur. Materiallarınızı Bloqosferin saytında bu postun — sonunda şərhlərdə də paylaşa bilərsiniz.




Şərhlər (0)
RSS yığmaq / açmaq