Bloglar → Bloqçular üçün müsabiqə – “Mən nə içdiyimi bilirəm!”

Bloqsfer 2011 forumunu dəstəkləyənlərdən olan Aquavita suları bloqçular üçün maraqlı bir müsabiqə elan edir. Müsabiqənin adı və yazının mövzusu “Mən nə içdiyimi bilirəm”dir.
Bu mövzuda yazılan ən yaxşı bloq yazıları Aquavita şirkəti tərəfindən mükafatlandırılacaq. Münsiflər heyyəti Bloqosfer forumunun təşkilatçıları və Aquavita şirkətinin əməkdaşlarından ibarətdir.
Bloqçular üslubda (yazı, video, foto və s.) sərbəstdir, materiallar Azərbaycan və ya rus dillərinə ola bilər.
Yazılar aşağdaki şərtlərə cavab verməlidir:
( Ətraflı oxuyun )
- 0
- 8 сентября 2011, 14:55
- şərh yaz
Bloglar → Azerfon 3G və Ubuntu 11.04
Salam hamıya. Bu postda biz Azerfondan 3G modemi Linux Ubuntu 11.04 işlədəcəyik. Qeyd edim ki, bu çox çətin məsələ deyil və bu məqaləni sadecə bir manual kimi istifadə etmək olar. Gəlin başlayaq.
Gnu/Linux və Unix əməliyyat sistemlərdə əsas vacib olan məqam — cürbəcür xarici cihazların tanınmasıdır. İndiki zamanda bu boyük bir problem deyil, çünki əminliklə demək olar ki, Gnu/Linux əksəriyyət cihazları avtomatik olaraq tapır.

Yoxlayırıq.
Bunun üçün simkartı USB modemə salırıq və kompüterin USB çıxışına salıb Terminalı açırıq.
Orada yığırıq:
Nəticəsi:
Burada müxtəlif yazılar çıxacaq. Bunlar Core-un(Ядро)nın cihazlardan olan məlumatıdır. Bizi ən axırdakı məlumat maraqlandırır. Gördüyümüz kimi bizim Vodafondan olan modem uğurla tapıldı.
( Ətraflı oxuyun )
Gnu/Linux və Unix əməliyyat sistemlərdə əsas vacib olan məqam — cürbəcür xarici cihazların tanınmasıdır. İndiki zamanda bu boyük bir problem deyil, çünki əminliklə demək olar ki, Gnu/Linux əksəriyyət cihazları avtomatik olaraq tapır.

Yoxlayırıq.
Bunun üçün simkartı USB modemə salırıq və kompüterin USB çıxışına salıb Terminalı açırıq.
Orada yığırıq:
[biotin@biotin ~]$ dmesgNəticəsi:
....
[ 423.693909] option: v0.7.2:USB Driver for GSM modems
[ 429.025608] scsi 7:0:0:0: Direct-Access Vodafone MMC Storage MMC Sto PQ: 0 ANSI: 2
[ 429.028697] sd 7:0:0:0: Attached scsi generic sg2 type 0
[ 429.037568] sd 7:0:0:0: [sdb] Attached SCSI removable diskBurada müxtəlif yazılar çıxacaq. Bunlar Core-un(Ядро)nın cihazlardan olan məlumatıdır. Bizi ən axırdakı məlumat maraqlandırır. Gördüyümüz kimi bizim Vodafondan olan modem uğurla tapıldı.
( Ətraflı oxuyun )
- +4
- 26 июня 2011, 17:54
- 3+3
Bloglar → AzeriBlog yenidən açılır.

Təqribən 1 ay əvvəl — oktyabr ayının 28-də, -un bağlanmağı ilə əlaqədr . Həm blog servisinin bağlanmağı məyus etdi. İlk blog servisi bağlanırdı. Həm də bir qədər istənməyən söz-söhbətlər olmağı məyus edti.
Başqa bir maraqlı məqam isə, dalbadal Azərbaycana aid blog servisləri bağlandı. Azeriblogun ardından servisi bağlandı. Üstündən bir az keçmiş, yumruya məxsus servisinə daxil olmaq mümkün olmadı. Belə görünür ki, servis artıq fəaliyyətini dayandırıb.
Bu gün e-mailimə Azeriblogdan bir məktub gəldi. Məktubda blog servisinin aqibəti haqqında məlumat verilirdi.
Sitat:
Yeni ilin ilk gününün ilk dəqiqəsində AzəriBlog sistemi yeni dizayn və yeni imkanlarla yenidən istifadiyə veriləcək.
Mətndən belə görünür ki, 2011-ci ilin başlanğıcında blog servisi yenidən açılacaq. Həm dizaynda, həm də sistemdə müəyyən yeniliklər də olacaqmış. Düzdü məktubda məlumat verilməyib, ancaq mən hesab edirəm ki, baza da bərpa olunar. Sayt açılanda yenidən baxıb nə yerdə olduğunu görə bilərik. Uğurlar.
Məni maraqlandıran digər məsələ isə, saytın açılandan sonra onun köhnə mövqeyinə qayıdıb-qayıtmayacağıdır. İndiyə qədər kifayət qədər ciddi qəbul edilmiş resurs idi. Lakin birdən-birə xəbərsiz bağlanması onun ciddiliyinə indiki anda xələl gətirib. Sayt iki aydan çox bağlı qalacaq. Bu müddətdə oradakı blog sahibləri öz bloglarını yeniləyə bilməyəcək. Bu isə gələcəkdə insanların blog açarkən düşünməyə vadar edən məsələ olacaq. Ümumiyyətlə yerlo blog servislərinə inam azalacaq. Bu tək Azeribloga aid deyil. Digər sistemlər də eyni vəziyyətdədir. Beləliklə Azeriblogun yenidən mövqeyini bərpa etməyi yəqin ki asan olmayacaq. Üstündə çox çalışmaq gərək olacaq.
- +3
- 27 ноября 2010, 17:45
- şərh yaz
Bloglar → Wordpress 2.9

Blog dünynasının aparıcı mühərrik CMS`i olan Wordpressin növbəti versiyasl çıxdı. 2.9 olan versiya «Carmen» adlanır. Əgər blogunuzu yeniləmək istəyirsinizsə bura daxil olub yeni versiyanı endirin və yeniləyin. Yada çox tələsmirsinizsə bir az daha səbr edin, gözləyin yeni versiyadakı «bug»lar su üzünə çıxsın, fix olunsun sonra yeniləyərsiniz.
- +1
- 19 декабря 2009, 10:41
- şərh yaz



