BakuTel → #Bakutel 2011 başa çatdı

Budur, 17-ci Azərbaycan beynəlxalq “Telekommunikasiyalar və informasiya texnologiyaları” (“”) sərgi və konfransı artıq sona yaxınlaşır. Ən geniş miqyaslı, ən populyar və sərgilərin ziyarət edilməsi üzrə statistik göstəricilər baxımından ən kütləvi tədbirlərdən biri — “BakuTel” sərgisi 2011-ci ilin sərgi mövsümünü bağlayır.
“BakuTel” – İKT sahəsində baş verən ən parlaq və mühüm yenilikləri ictimaiyyətə nümayiş etdirən və daim maraqlı və dolğun keçən bir sərgidir. Bu, sözün əsl mənasında öz pəncərələrini gələcəyə açan və yaşadığımız dünyanın informasiya texnologiyalarının təsiri altında necə dəyişəcəyinə nəzər salmağa imkan verən bir hadisədir. Hər il müxtəlif ölkələrdən yüzlərlə şirkət bu tədbirə toplaşaraq təcrübə mübadiləsi aparmaq, aktual məsələləri müzakirə etmək, əlaqələr qurmaq və gələcək əməkdaşlığın əsasını qoymaq imkanına malik olur.
( Ətraflı oxuyun )
- +5
- 26 ноября 2011, 20:16
- şərh yaz
BakuTel → “Dilmanc” – Azərbaycan üçün unikal məhsul! [ #Bakutel ]
Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “” sində öz məhsullarını təqdim edir. Biz əhaliyə xidmətlərin göstərilməsi ilə məşğul olan dövlət strukturuyuq və buna görə də, diqqətimizi əsasən fərdi istehlakçılara yönəltmişik.Bu il nazirlik kor və zəif görən insanlar üçün nəzərdə tutulmuş və Azərbaycan üçün unikal məhsul olan “” mobil mini-kompüterini təklif edir. Bu, kompüterin səslə idarə edilməsi sistemindən ibarətdir və sözügedən qurğunun fərqli xüsusiyyətlərindən biri klaviatura və monitorun olmaması, habelə tam səsli idarəetmə funksiyasıdır. Kompüter Azərbaycan dilində verilən komandaları tanımaqla işləyir. Bu sistem xəbər saytlarının ən son məlumatları ilə tanış olmaq, elektron kitabxananı və elektron poçtu idarə etmə, telefonla zəng və bir sıra digər funksiyaları yerinə yetirməyə imkan verir. Bundan əlavə, sözügedən mini-qurğu səsləndirilən sözləri Azərbaycan dilindən ingilis və rus dillərinə tərcümə etməyə də imkan verir. Bu mini-kompüter monitor, klaviatura və digər lazımlı xarici qurğuları qoşmaqla adi kompüter kimi də (“Windows” və “Linux” əməliyyat sistemlərinin bazasında) istifadə edilə bilər.
( Ətraflı oxuyun )
- +2
- 25 ноября 2011, 16:38
- şərh yaz
BakuTel → “Bakcell” şirkəti ən yeni texnologiyaları təqdim edir [ #Bakutel ]
Biz artıq 7 ildir ki, “BakuTel” sərgisinin daimi iştirakçısıyıq və hər dəfə şirkətin ən yeni texnologiyalarını öz istehlakçılarımıza nümayiş etdirə bilirik.Bu il isə biz 3G və 4G (LTE, “Uzunmüddətli təkamül”) texnologiyalarını tətbiq etməklə yüksək sürətli simsiz internet xidmətlərini təklif edirik. Biz 3G xidmətlərinin göstərilməsi üçün lisenziya almışıq və mən qeyd etməliyəm ki, bu şəbəkə sistemi turizm zonaları da daxil olmaqla, Azərbaycanın bütün şəhərlərini əhatə edir. Sərgidə həmçinin 4G xidmətinin təqdimat mərasimi də keçirildi. LTE kimi texnologiyalar istehlakçılara yüksək sürətli internetdən sadə və rahat üsulla istifadə etməyə imkan verir. Sərgidə bu imkanlar da ziyarətçilərə əyani şəkildə nümayiş etdirilir.
( Ətraflı oxuyun )
- 0
- 24 ноября 2011, 20:47
- şərh yaz
BakuTel → “Azerfon” və “AZAL” MDB məkanında təyyarələrdə rabitə xidmətlərinin tam çeşidini təqdim edən ilk operatorlar olacaqlar

Azərbaycanda 3G xidmətlərinin ilk provayderi olan “Azerfon” mobil operatoru Azərbaycan Hava Yolları (AZAL) və hava nəqliyyatında mobil rabitə sistemlərinin təchizatçısı olan İsveçrənin “OnAir”şirkəti ilə əldə olunan razılaşmaya əsasən “AZAL” şirkətinə məxsus təyyarələrdə mobil rabitə xidmətləritəqdim ediləcək
Azərbaycanda 3G rabitə xidmətlərinin ilk provayderi olan “Azerfon” şirkəti və Azərbaycan Hava Yolları “AZAL” şirkətinin 11 “Airbus” və 4 “Boeing” təyyarələrində mobil rabitə xidmətlərinin tam çeşidinin təqdim edilməsi haqqında planlarını bəyan etdilər. Bu hava nəqliyyatında mobil rabitə sistemlərinin dünya üzrə yeganə provayderi olan “OnAir” ilə eksklüziv sazişin nəticəsidir. Pilot layihə ilk dəfə Bakıda keçirilən “BakuTel 2011 Expo” sərgisində təqdim edilmişdi. 2012-ci ildə onun kommersiya baxımından işə salınmasından sonra, AZAL sərnişinləri NarMobile şəbəkəsi vasitəsilə bütün mobil və internet xidmətlərdən uçuş zamanı istifadə edə biləcəklər. Buraya səs və SMS xidmətləri, verilənlərin ötürülməsi və internetə giriş daxil olacaqdır. Bunun nəticəsində də, təyyarə sərnişinləri uçuş zamanı həmkarları, dostları və ailələri ilə eynilə yerdə olduğu kimi ünsiyyətdə ola biləcəklər.
( Ətraflı oxuyun )
- 0
- 24 ноября 2011, 14:48
- şərh yaz
BakuTel → Azerfon və Nokia Siemens Network BakuTel- 2011 sərgisində müasir texnologiyaları təqdim edirlər [ #Bakutel ]

BakuTel – 2011 sərgisində Azerfon şirkətinin təqdim etdiyi ən son yeniliklər və NSN şirkətinin müasir şəbəkə texnologiyaları İnformasiya Texnologiyaları və Rabitə sahəsində MDB bazarında Azərbaycanın lider mövqelərini möhkəmləndirəcəkdir.
3G xidmətlərinin ilk provayderi olan Azerfon və Nokia Siemens Networks şirkətləri BakuTel – 2011 sərgisində iştirakına dair mətbuat konfransı keçirmiş və MDB məkanında ilk dəfə tətbiq edilən bir sıra innovativ mobil rabitə həlləri və layihələri təqdim etmişlər. Bundan əlavə, Azerfon şirkəti Nokia Siemens Networks şirkəti ilə 80 milyon ABŞ dolları məbləğində saziş imzaladığını bildirmişdir. Bu saziş çərçivəsində şəbəkə avadanlığının istehsalı sahəsində lider olan NSN şirkəti bu yaxınlarda Azərbaycanda ən geniş 3G şəbəkəsinin qurulmasını başa çatdıracaqdır.
( Ətraflı oxuyun )
- -1
- 24 ноября 2011, 14:41
- şərh yaz
BakuTel → BakuTel 2011-də ilk gün
Bu gün “Bakı Ekspo” mərkəzində 17-ci Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” (“BakuTel-2011”) sərgi və konfransının açılışı oldu. Şübhəsiz ki, üçüncü minillikdə informasiya texnologiyaları aparıcı sahələrdən biri sayılır və gələcəyin müasir cəmiyyəti bir çox məsələlərdə məhz bu sahənin inkişafından asılıdır. Bu faktı nəzərə alaraq, “BakuTel-2011” sərgisinin daşıdığı əhəmiyyəti və aktuallığı layiqincə qiymətləndirmək lazımdır.“Iteca Caspian” şirkəti və onun tərəfdaşı “ITE Group plc” şirkəti tərəfindən təşkil olunan “BakuTel” sərgisi fəaliyyət göstərdiyi bütün illər ərzində bir çox dünya ölkələrindən mütəxəssislərin diqqətini cəlb edib və beləliklə də, telekommunikasiya və informasiya texnologiyaları sahəsində əldə olunan ən son nailiyyətlərin nümayişi, ən inanılmaz ideya və layihələrin təqdimat mərasimləri, eləcə də müzakirələr, danışıqlar və yeni-yeni uğurların başlanğıcı sayılan işgüzar əlaqələrin qurulması üçün bir platformaya çevrilməyə müvəffəq olub.
( Ətraflı oxuyun )
- 0
- 23 ноября 2011, 23:54
- şərh yaz
BakuTel → “Bestcomp Group” şirkəti ölkənin kompüterləşdirməsinin tərəfdarıdır! [ #Bakutel ]
Azərbaycan da daxil olmaqla, hər bir ölkədə müasir insanın gündəlik həyatı, əvvəlki dövrə nisbətən, informasiya texnologiyalarının mühüm yer tutması ilə fərqlənir. Bu istiqamətdə əsas məsələlərdən biri informasiya texnologiyalarından istifadənin təmin edilməsidir. Bunun üçün ilk növbədə əhalini kompüterlərlə təmin etmək lazımdır. Məhz kütləvi kompüterləşdirmə vətəndaşlara informasiya cəmiyyətinin dəyərli üzvü olmaq və informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etmək imkanını verir.Bu sərgidə biz dövlət layihələrinin proqram təminatı üzrə ölkənin kütləvi kompüterləşdirilməsi istiqamətində ilk addım kimi dəyərləndirilən “Xalq kompüteri” adlı sosial məhsulu və bestcomp.az internet dükanımızı təklif edirik.
( Ətraflı oxuyun )
- 0
- 23 ноября 2011, 20:44
- şərh yaz
BakuTel → Polşa şirkəti Azərbaycana lifli-optik məhsullar təklif edir [ #Bakutel ]
Bizim şirkət yüksək keyfiyyətli lifli-optik məmulatların istehsalı sahəsində ixtisaslaşır. Bazarda 10 ildən çox müddət ərzində fəaliyyət göstərən şirkətimiz lifli-optik məmulatların istehsalı sahəsində əsas şirkətlərdən biri kimi tanınır və bir çox xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir. Mən ilk dəfədir ki, Bakıdayam və “BakuTel” sərgisində iştirak edirəm. Mən həm sizin ölkənizə, həm də bu tədbirə heyran qaldım. Bizim şirkət Azərbaycan vətəndaşlarına və xarici şirkətlərə telekommunikasiya şəbəkələrinin inkişafı üçün lifli-optik məhsullar təklif etmək istəyir. Buz burada öz əlaqələrimizi inkişaf etdirməyə, özümüzə tərəfdaş tapmağa və Bakıda nümayəndəlik açmağa ümid edirik.
( Ətraflı oxuyun )
- -1
- 23 ноября 2011, 20:10
- şərh yaz
BakuTel → Bu sərgidə @Azercell şirkəti müxtəlif xidmətlərin ödənilməsi üçün virtual kartlar təqdim edir [ #Bakutel ]
Bu il biz sərgidə 3G və 4G sürət testlərini, habelə M2M (aparatlararası ünsiyyət və məlumat mübadiləsini təmin edən texnologiya), Mobil Virtual Kart, “Application store” və bir sıra digər xidmət və texnologiyaların demo-nümayişini təqdim edirik. Məlum olduğu kimi, “Azercell” şirkəti gələn il Azərbaycanda keçiriləcək “Avroviziya-2012” mahnı müsabiqəsinin baş sponsordur və biz böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, sərgiyə gələn ziyarətçilər interaktiv müsabiqələrdə iştirak etməklə bu mahnı müsabiqəsinə ilk biletləri qazana bilərlər.“Azercell” şirkəti hər il “BakuTel” sərgisinin işində yaxından iştirak edir. Sərgi meydançası istehlakçılarla birbaşa əlaqə qurmaq üçün unikal imkandır və məhz burada şirkətin abunəçiləri və gələcəkdə şirkətin xidmətlərindən istifadə etmək istəyən potensial müştərilər şirkətin ən son yenilikləri və texnoloji nailiyyətləri ilə tanış ola bilərlər. Biz hesab edirik ki, bu sərgi Azərbaycanda İKT sektorunun inkişafına mühüm töhfədir. Belə ki, bu sərgi hər il müxtəlif şirkətləri ən yeni ixtiralar təklif etməyə stimullaşdırır və heç şübhəsiz ki, nəticədə bundan məhz istehlakçılar yararlanırlar.
( Ətraflı oxuyun )
- 0
- 23 ноября 2011, 20:08
- 5+5
BakuTel → “BakuTel–2011” öz işinə başlayıb [foto]

“BakuTel–2011” 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı öz işinə başlayıb. Sərginin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “BakuTel–2011” telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarını təbrik məktubu oxunub.
Daha sonra BMT-nin Bakı ofisinin rəhbəri Fikrət Akçura BMT baş katibi Pan Gi Munun təbrik məktubunu səsləndirib. Açılış mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sərgi iştirakçılarını və qonaqları salamlayaraq, belə əhəmiyyətli tədbirin 17 il ərzində uğurla təşkil olunmasını yüksək qiymətləndirib.
( Ətraflı oxuyun )
- +3
- 23 ноября 2011, 14:00
- 1+1




