Bakcell →  Bakcell USB modem: Dial-up

Küçədə bilbord reklamlarında görmüş olarsınız. BakcellMobil internetə ayaq basır. Düzdür elə də böyük addım deyil, amma hər halda heç yoxdan yaxşıdır.
Bu Azercell kimi DataKart və ya Azerfon kimi 3G Modem filan deyil. Bu sadəcə USB modemdir. Bakcell`in standart internet paketlərindən faydalanaraq istifadə eləmək mümkündür. USB modemə Bakcell nömrəsini qoyaraq qoşulursan NET`ə. Burada EDGE göstərilir, kompüterdə isə netə qoşulanda sürət 400+ göstərirmiş. Amma real sürət isə 48-56kbps dir. Yəni standart Dial-up sürətidir.
Bu arada mənim diqqətimi isə bir başqa məqam çəkir. Bu boyda yenilik-servis edəsən. İndi sürət az olsada yenilikdir. Bolbord reklamları filan hazırlanıbdı. Amma sayta daxil olanda heç nə görmək olmur. Bu Bakcell axı texnologiya şirkətidir. Niyə heç bir məlumat yerləşdirmirlər. O boyda şirkətdə sayta nəzarət edən bir dənə content manager yoxdur? Yəni bu hansısa ayaqqabı firması deyil ki, mən düşünəm: "Əşi yeni mal gəlibdi, bunlarda sayta hələ yerləşdirməyibdi". Nə vaxt keflərinə düşər onda yerləşdirərlər." Axı bu internet satan bir şirkətdir. Necə öz saytlarına belə biganə qalırlar. Elə bilki sən internet satmaq üçün məhsul çıxarırsan amma onun təqdimatını saytda eləmirsən. O haqda məlumat vermirsən. İndi təsəvvür edin ki, bu USB modem haqqında internetdə mən Bakcelldən əvvəl məlumat vermişəm. Gülüncdür…
Paylaş :
  • +1
  • 19 февраля 2010, 13:43
  • Shaig

Şərhlər (25)

RSS yığmaq / açmaq
+
0
onsuzda sürəti 56 kbs olmaqla itirillər,3G datacartın səviyəsinən xeyli aşağa olmaqla, üstəliktə sayta yerləşdirməmək qeyri peşakarlıqdan xəbər verir…
avatar

simplez

  • 19 февраля 2010, 16:30
+
0
Üstəlik sayta xəbər yazmaqda elə böyük bir zəhmət tələb eləmir ki. Mənim yazdığımdan daha artıq məlumat yazmaq onlar üçün sadə və zəhmətsizdir. Belə biganəlik olmaz.
avatar

Shaig

  • 19 февраля 2010, 20:10
+
0
Məni başqa şey daha çox maraqlandırır. Nəyə görə əslində bu qədər bəsit bir şeyi ancaq Nar-ın 3G-sindən və AzerCellin DataCard-ından sonra üzə çıxardıb.

Şəxsi təxminlərimə görə Azərbaycan prioritet elan olunmuş İKT sahəsindəki səviyyəsinə görə dünyanın normal ölkələrindan 5-8 il geriyə qalır. Səbəbi məhz budur — milli texnologiya şirkətləri rəqibləri bir şey etmədən heç bi yenilik etmək istəmirlər. İmkanları olsa, heç bir yeni servis açmazlar.

Və mətləblə əlaqədar 1 sual: bu modemin qiyməti nədir?
avatar

kataloq

  • 20 февраля 2010, 14:18
+
0
Məncə də belə bəsit bir texnologiyanın belə gec olması çox pisdir. Çünki indi Bakcell`in 3G`ə hazırlaşmağı lazım olardı.
Modemin qiyməti isə 50-60 manat arası olmalıdır.
avatar

Shaig

  • 20 февраля 2010, 14:34
+
+1
Azercell datacard-i edge suretindedir ve il erzinde ayda 8 manat-la verir datacardi. demek ki 96 manata. ustegel de 3G desteklidir, yani azercell 3g-ye kecende bu da avtimatik artacaq sureti. bahali ve serfesizdir, amma indiki realliqda(bakcell azerfon-vodafone ve azercell 3luyu icinde) en serfelisidr fikrimce. paketi de nisbeten ucuzdur(20 Azn=1gb).yeqin ki bakcell teqdim eden de 3G perspektivine hesablanmish modemdir. qaldi surete, balcell ashkar yalan danishir. ozu de pr-da her yerde SURETLI INTERNET sozunu xususi qeyd edir, amma faktiki suret dialup qederdir.
avatar

Elliot

  • 21 февраля 2010, 02:09
+
0
Azercell`in qiyməti nə baha imiş. Elə bilki mən ADSL`də təqribi aylıq 20-30 gb işlədirəm. Bunu minimumdan 20*20 nəzərdə tutsaq edir 400 manat aylıq.
hamza blogdaşımızın dediyi kimi də əgər 1 saatdan çox da istifadə edəndə qızırsa daimi işləmək üçün əlverişli deyil. Sadəcə götürəsən, təcili internet lazım olanda mail filan yoxlayıb-yazıb çıxasan.
avatar

Shaig

  • 21 февраля 2010, 12:53
+
+1
He, elbette bahadir, faciedir, 1gb=20 manat. o da kompaniyadir e 2 qat guzesht, eslinde 0.5gb=20Azn-dir. men datacardin ozun ishletmirem, mobil modem qoshmusham hemin paketin istifadesine. mobil modemde qizma meselesi yoxdur, 12-13 saat internetde oldughum oldub kesilmez olaraq. men datacardi da bele zenn edirdim, istenilen qeder girmek imkaninda olan. eger eledirse 2-3 saat dalbadala bele dozmurse, onda hec vaxt almaram ondan. gerek arasdiram etrafli gorek ne sohbetdi bu qizma sohbeti.
avatar

Elliot

  • 21 февраля 2010, 15:45
+
+2
internete ehityacim oldugu ucun men ozum indiyene kimi azercel data kartdandan tutmus mobil modeme kimi hamsini praktiki olaraq istifade ederek sinaqdan cixarmisam. ama hec biri hetta mobil olsa bele rahatliq vermir. azrecell datacart miodemi o vaxt nomre ile birlikde 120 man aldim. problemler sonradan cixmaga basladi: windows kartin driverini basa dusmedi — encam cekdim, sonra azercel datakartla 1 saatdan cox istifade etdikden sonra qizmaga baslayir ve islemir, gerek 1-2 saat gozleyesen ki, soyusun )))), trafik 512 goturdum amma 50 mb fayli 1 gunde yukleyib qurtara bilmedim, cox guluncdur. axrida bezdim satdim 100 man, daha dogrusu basimdan eledim getdi — cox eziyyet verir. hele men cekilern xercleri demirem. ele en yaxsisi eve adsl inernetin cekilmesidir. Bele dusunurem ki, hal-hazirda mobil operator sirketleri bu cur texnologiyani azerbaycana getirmelerini sebei (gec de olsa) hec texnloji yenilik yox, musterilerin melumatsizligindan istifade edib maksimum gazanmaqdir. Butun dost tanisa, menden bu barede sorusanlara — ondan istifade etmeyin, eziyyet verecek — meslehetini verib, antireklamini apariam. Bu cur texnologiyalar rahatliq getirmek evezine eziyyet ve eseb gerginliyinden basqa bir sey deyildir.
avatar

hamza

  • 21 февраля 2010, 10:37
+
0
Xəbərdarlıq üçün təşəkkür =)
Bu yaxınlarda məndən də bu barədə məsləhət istədilər, mən praktik olaraq sınaqdan keçirməsəm də az-çox bizim operatorların xidməti barədə təsəvvürüm olduğu üçün bənzər məsləhəti mən də verdim. Heyf ki, yanılmayıbmışam. Sizin yazıdan sonra fikrimi daha qətiyyətlə müdaifə edə bilərəm görünür.
Əgər yoxlamısınızsa Elcell barədə də texniki məlumat almaq maraqlı olardı şəxsən mənə. O istifadəçiyə hansı əziyyətləri verir görəsən? Qiymətinin bahaçılığından başqa ətraflı bir məlumatım yoxdu.
avatar

Sadig

  • 21 февраля 2010, 12:25
+
0
bir daha salam. bu azercell data kart meni ele eseblesdirdiki, men nomreni mobil telefona qoyub telefonun modemi ile isleyirdim lap sehere kimi problem olmadi. ama eziyyet oldu mene, Sadig qardasiminin sulaina cavab olaraq deye bilerem ki, elcell yalniz 1 defe islemek imkanim olub o da tanisdan qosulma ve suret yaxsidir ancaq BAKI ucun. diger erazilerde tutmur. maraqlanmisdim elcelin tarifi yuksekdir. Umumiyyetle 'mobil heyat terzi' ))) kecirdiyim ucun, mobil internet meni cox maraqlandirirdi. ona gore de mene baha basa gelemsine baxmayaraq butun hamsi ile maraqlandim. azercellden tutumus katele kimi. Son olaraq onu soyleye bilerem ki, hec biri meni gane etmedi (((. heresinin oz derdi var ))). axirda eve adsl cekdirdim ve tecili e-maile baxmaq lazim gelende telefonla e-maillere baxiram.
avatar

hamza

  • 22 февраля 2010, 10:52
+
0
14 illik Bakcell-ci olaraq Bakcell-ə gedib məsələləri deqiqləşdirdim. Modemin qiyməti 55AZN-dir. İnternetin sürəti isə bağlantı keyfiyyətindən asılı olaraq 48-256Kbps olaraq dəyişir.Ödəmələri kifayət qədər uyğundur. Nəticə: növbəti BarCamp-a rayona getməmişdən əvvəl, özümə bir modem alacam (Bakıda Elcell-in canı sağ olsun).
avatar

kataloq

  • 22 февраля 2010, 11:16
+
0
Mən isə soruşanda dedilərki kompüterdə EDGE sürətində görsənir ancaq 56kbps`dan yuxarı qalxmır. Hətta işçinin özü dediki dial-up sürəti kimidir.
avatar

Shaig

  • 22 февраля 2010, 12:26
+
0
O BakCell-in yox, ümumiyyətlə texnologiyanın problemidir. Eyni problem butun wireless texnologiyalarında mövcuddur. Tutma (qoşulma) keyfiyyəti. Məsəl üçün, məndəki Elcell universitetin 3-cü mərtəbəsində BOMBA çəkir, 2-ci mərtəbədə babat işləyir, 1-ci mərtəbədə işlədmək üçün notebook-u qoyuram partanın üstünə qoyulmuş stulun üstünə. Lokasiya bağlantı keyfiyyətinə təsir edir.
avatar

kataloq

  • 23 февраля 2010, 15:00
+
0
umimiyyetle men hem bakcelde yoxlamisam hem de azercell (hemcini datakart). ilk qosulmada yuksek suret verilir sevinmek ucun. sonra ise zeifleyir ve yuxarida soylenenlere uygun olaraq MOBİLE DİAL-UP ))) olur.
avatar

hamza

  • 22 февраля 2010, 13:32
+
0
Mən soruşanda öz işçiləri, rəsmi dilerdə demişdi ki, bu data kart deyil, USB modemdir. Bu gün gördüm artıq sayta qoyublar bu məhsul haqqında məlumatı ancaq adını saytda Datakart adlandırıblar.
avatar

Shaig

  • 25 февраля 2010, 13:47
+
0
avatar

Shaig

  • 25 февраля 2010, 14:08
+
0
yeqin sen deyende aghillarina gelib ki ele data card yaxshi seslenir:)|
avatar

Elliot

  • 25 февраля 2010, 17:03
+
+1
az.wikipedia.org/wiki/Bakcell
maraqlıdır, göz gəzdirin.
avatar

Makla

  • 9 марта 2010, 20:38
+
0
Ötəri nəzər salanda ilk adamın gözünə şirkətin problemləri dəyir.
Yenilik haqqında da məlumat yoxdur.
avatar

Shaig

  • 9 марта 2010, 22:21
+
0
Hə, Bakcelldə hal-hazırda nömrələrin addan ada keçirilməsinə icazə verilmir.
avatar

Makla

  • 9 марта 2010, 22:57
+
0
Onda .az domaini kimi, məsələn nəm nömrəmi başqasına satmaq üçün gərək mən ərizə yazamki imtina edirəm sora digərinə satalar. Yoxsa heç bir imkan yoxdur görən…
avatar

Shaig

  • 9 марта 2010, 22:59
+
0
Yox ümumiyyətlə nə satmaq olar nə də başqa hansısa əməliyyat aparmaq.
Hətta, əldə dövlət tərəfindən verilən notarial qaydada təsdiq olumuş etibarnamə olsa da deyirlər hələlik problemimiz var. Özüdə problem 1 ildən artıqdır davam edir. Və nə vaxt həll olunacağıda bəlli deyil.
avatar

Makla

  • 9 марта 2010, 23:03
+
0
Mən Bakcell istifadəçisi olmadğımdan bəzi məqamlar mənə qaranlıqdı bəlkə sizin məlumatınız olar. Mənə birşey maraqlı qaldı. Əgər 1 ildirsə problem var, nömrəni satmaq və ya dəyişmək olmursa onda nomrem.az`da Bakcell nömrələri axtarışda niyə mövcuddur (printscreen), onlar necə satılır?
avatar

Sadig

  • 10 марта 2010, 23:11
+
0
Problem Klass nömrələrinə aiddir. Yeni nömrələr üçün problem yoxdur yəni təyin olunmamış nömrələr. Problem tutaq ki, dünən və ya keçən il və ya ümumiyyətlə 1995ci il alınan nömrələrdədir. Nömrə bir dəfə kiminsə adına alınırsa başqa adamın adına sənədləşdirilə bilmir.

Adıçəkilən saytda və digər yerlərdə isə nömrələri sahibləri etibarnamə yolu ilə satırlar. Adətən 25 illiyinə. Bu illər ərzində nə vaxt problemlər həll olunsa etibarnamə vasitəsilə addan adda keçirmə əməliyyatını müstəqil şəkildə şəxsiyyət vəsiqənizlə həyata keçirə biləcəksiniz.

avatar

Makla

  • 11 марта 2010, 19:24
+
0
Men de bakcell datakart almaq istiyirem cünki cox gülmeli bir problemim var:) 2 il evvel atam ad günüme hediyye notebook alib amma alinan günden hele bir defe de olsun internete qosulmayib:) problem budur ki, bizim ev telefonu CDMA dir yani bir növ mobil telefon kimidir. Telefonun şunuru olmadigi ücün internete qosula bilmirem. Texnologiyadan da hec basim cixmir, ona göre çareni datakart almaqda görürem:) Deyirler modem cekdirsem ev telefonuna ehtiyac qalmayacaq amma ne modemini ve nece cekdirmeli oldugumu bilmirem:)
avatar

Lilian

  • 13 апреля 2010, 23:31

Yalnız üzvlər şərh yaza bilər