Bakcell → Bakcell şəbəkəsində nasazlıqlar meydana gəlib

Bu gün Bakcell şəbəkəsində bir sıra nasazlıqlar əmələ gəlib. Bu barədə sosial mediada istifadəçilə öz narahatlıqlarını ciddi şəkildə bildiriblər. Xüsusilə Facebook-da Bakcell-in rəsmi səhifəsinə şikayətlər çox olub. Twitter-də isə şikayət edənlər o qədər də çox deyil.
Mövzu ilə bağlı Bakcell Facebook səhifəsində :
Bu gün qısa müddət ərzində Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən bəzi rayonlarında (Yasamal, Səbail, Qaradağ) Bakcell abunəçilərinə göstərilən xidmətlərdə müəyyən məhdudiyyətlər yaranıb. Bakcell şirkəti böyük məmnuniyyətlə bildirir ki, problemin müştərilərə təsiri minimuma endirilib və nasazlıqlar artıq aradan qaldırılıb. Nasazlıqların abunəçilərə təsirini məhdudlaşdırmaq üçün Bakcell şirkəti tərəfindən təcili və effektiv tədbirlər görülüb.
Bakcell şikrəti, göstərilən xidmətlərdə yaranmış məhdudiyyətlərlə üzləşən abunəçilərdən üzr istəyir və daimi dəstəyinizə görə Sizə təşəkkür edir.
Texniki işlərin aparıldığı deyilsə də, bunun nasazlıq olduğunu ehtimal etmək çətin deyil. Əsasən planlaşdırılmış texniki işlər zamanı istifadəçilər əvvəlcədən məlumatlandırılır. Operatorlar isə bu texniki işlərin istifadəçilər tərəfindən kəskin hiss edilməməsinə səy göstərirlər.
Bakcell-in bəyanatında problemin aradan qaldırıldığı qeyd olunsa da Twitter-də bəyanatdan sonra da şikayət statusu .




Şərhlər (0)
RSS yığmaq / açmaq