Bakcell →  “Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

Azərbaycanın birinci mobil rabitə operatoru “Bakcell” şirkəti ölkə infrastrukturuna sərmayə yatırmağa davam edir.

Şirkətin baş ofisindən verilən məlumata görə, bu il “Bakcell” şəbəkə dairəsinin kütləvi olaraq genişləndirilməsinə və müasirləşdirilməsinə başlayıb. Bu layihənin çərçivəsində “Bakcell” Naxçıvan Muxtar Respublikasında da əhatə dairəsini əsaslı şəkildə genişləndirib. Bu il ərzində “Bakcell” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikasında 22 yeni baza stansiya quraşdırılıb və istifadəyə verilib, nəticədə MR-də mövcud olan stansiyaların ümumi sayı 42-yə çatıb. Bu şəbəkə genişləndirilməsinin nəticəsi olaraq “Bakcell” Muxtar Respublikanın əsas nəqliyyat arteriyalarını əhatə etməyə başlayıb. Hazırda “Bakcell”in əhatə dairəsinə Sədərək, Şahbuz, Culfa, Badamlı, Sirab, Babək, Ordubad və bir sıra digər rayonlar daxildir.

Bundan başqa, “Bakcell” şəbəkəsinin əhatə dairəsinə daxil olan Naxçıvan MR-in ərazisində EDGE-sürətli internet texnologiyasından istifadə etmək mümkün olacaq. Naxçıvan MR ərazisində şəbəkə dairəsinin və platformaların genişləndirilməsi prosesi 2010-cu ildə də davam edəcək.

“Bakcell” Azərbaycan mobil rabitə bazarında 1994-cü ildən etibarən fəaliyyət göstərir. Hazırda mobil rabitə operatoru Azərbaycan ərazisinin 80%-dən çox hissəsini əhatə edir və 2 milyona yaxın abunəçiyə xidmət göstərir.
Paylaş :
  • +1
  • 14 октября 2009, 20:42
  • Sadig

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
0
COX SAQOLUN BU BAKCELL DATA KART BARESINDE MELUMAT VERDINIZ MENDE ALMAQ ISTEYIRDIM AMMA FIKIRLESHIRDIM SURETI NE QEDER OLA BILER YAXSHI KI SIZ MELUMAT VERDIZ TESHEKKUR
avatar

RASHAD

+
0
EDGENİN (EGPRS) yeri var!
avatar

Millenium


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.