AzTWI → AzTWI-də 2011-ci ilin populyar trendləri
Bir ildən azca artıq müddətdir fəaliyyət göstərən saytı bildiyiniz kimi in Azərbaycan seqmentinin monitorinqi ilə məşğul olur, bu monitorinq zamanı ən çox müzakirə olunan mövzuları, ən çox işlədilən sözləri aşkara çıxarıb yayımlayır. Qeyd etmək lazımdır ki, ötən 2011-ci ildə Azırbaycanlı Twitter istifadəçilərinin sayı xeyli dərəcədə artıb. Twitter rəhbərliyi rəsmi rəqəmlər açıqlamasa da, tanınmış mikrobloqların izləyici sayındakı artım tempindən ümumi artımın hansı dərəcədə olması aydın olur. Məsələn 1 il öncə ölkə prezidentinin rəsmi mikrobloqunun izləyici sayı 2000 idisə, indi bu göstərici bir neçə dəfə yüksəlib(təxminən 15000) və mikrobloqu hər gün 60-80 yeni izləyici izləməyə başlayır. Həmçinin ölkənin ən iri mobil operatoru Twitter üzərindən texniki dəstəyə başladıqdan sonra ötən il izləyici sayını dəfələrlə artırdı. Beləliklə il ərzində AzTwi seqmentində ən çox müzakirə olunan mövzular hansılar oldu? Alqoritmimizin çıxardığı ümumi nəticələrə əsaslansaq, il ərzində haqqında ən çox danışılan mövzu olub: Onun məhsulları, yenilikləri, maraqlı bayram sürprizləri (doodle) və əlbəttə sosial əlavəsi haqda istifadəçilər çoxlu müzakirələr aparıblar. sözünün istifadəsi də az deyil, amma nəzərə almaq lazımdır ki, Facebook sözünün istifadəsi əksər hallarda xüsusi proqram-botlar vasitəsilə Facebookdan Twitterə təkrar-yayımlar vasitəsilə olmuşdur. Daha sonra #baku heşteqi altında minlərlə müxtəlif tvitlər olmuşdur, əsasən bu tip tvitlər şəhərin özü və ya əhalisi ilə bağlı olmuşdur. Ölkə başçısının adı da ən populyar sözlər arasında yer alır, burda da əsas rolu KİV mikrobloqlarının xəbər tvitləri oynayır. Siyasi trendlərdən ən populyarları #dövlət, #beynəlxalq», #avropa, #siyasi və.s. olmuşdur.
Ötənilki #hava ölkə sakinlərinə bir sıra sürprizlər etdi. Palçıqlı yağış, sarı səma, çox soyuq hava, payızda qar və.s. Yəqin ki, elə bu səbəbdən də #hava mövzusu il ərzində ən çox müzakirə olunan mövzulardan oldu.
Texnoloji trendlərdən ən populyarı şirkətinin yeni #Iphone məhsulu oldu. Yeni modeli oktyabrda anons olunmasına baxmayaraq digər aylarda da aktiv şəkildə müzakirə olunurdu. Bundan populyarlıqda azca geri qalan mövzu Eurovision mövzusu oldu (#Eurovision, #avroviziya və.s. heşteqlər ilə). Qeyd etmək yerinə düşər ki, ölkəmizin bu yarışmada qələbə qazandığı gün Azərbaycan seqmentində rekord miqdarda tvit dərc olundu, eyni zamanda günün populyar mövzuları bölməsindəki göstəricilərdə də rekord rəqəmlər qeydə alındı. Həmçinin həmin gün Azərbaycan sözü dünya Top-10 trendində ilə yadda qaldı. Eurovisionun bu il Bakıda olacağını nəzərə alsaq oxşar trendlər daha böyük həcmdə yenidən yarana bilər.
«İrəli» ictimai birliyinin üzvləri mikrobloqlardan məqsədyönlü şəkildə istifadə etdiklərindən, ilboyu onlar rəsmi hesabları ilə yanaşı üzvlərin hesabları da əksər tvitlərini #ireli heşteqi altında dərc edirdilər. Məhz bu səbəbdən də #ireli heşteqi ilin ən populyar trendləri sırasında yer almış oldu. Müzakirə olunma baxımından yuxarıda haqqında bəhs etdiyimiz İphone mövzusundan azca geri qalan texnoloji mövzu isə platforması oldu. Əsas səbəb isə bu il ərzində platformanın 3-cü və 4-cü nəsil əməliyyat sistemlərinin işıq üzü görməsi oldu. Nisbətən az rezonans doğuran populyar mövzulara «Polis», «Yol Nəqliyyat Qəzaları», «Futbol», «», «Ramazan bayramı», «Wikileaks», «», «Novruz bayramı», «», Bakıda mitinq və aksiyalar, həmçinin ərəb ölkələrindəki inqilablar kimi mövzuları misal çəkmək olar.
Sonda əlavə edək ki, 2011-ci ilin sonuna olan göstəricilərə görə Twitterdə Azərbaycandan olan 15 mindən çox istifadəçi var, gündəlik göndərilən tvit sayı isə təxminən 10 mindir.




Şərhlər (2)
RSS yığmaq / açmaqilgarmirza
Elliot