AzTWI → Twitter ötən həftə
Yeni bloqumuzda birinci yazımızı (giriş yazını çıxsaq) keçən həftənin «qaynar» mövzularına həsr etməyi qərara aldıq. Ola bilsin ki, bu rubrika dövri olacaq və saytdakı qaynar mövzularla yanaşı aznet-də son həftə boyu müzakirə olunan əsas mövzuları cəmləşdirəcək. Novruz — bahar bayramı, tonqal, şirniyyat və uzun bayram günləri. Bütün həftə qeyri iş günü idi. Ən böyük axtarış sistemi Google da Novruzu qeyd edən ölkələr üzrə əsas səhifəsində Novruza aid logo qoymaqla bayrama öz töhfəsini verdi.
NATO qüvvələrinin Liviyaya hücumu. ABŞ, Böyük Britaniya, Fransa və.s. ölkələr Qəddafi ordusunu bombardman etməyə başladı. Dünya ictimaiyyəti hücumu pislədi, bunun arxasında pis məqsədlərin durması qeyd edildi.
Firefox 4. Mozilla fondu Firefox brauzerinin 4-cü versiyasının final variantını təqdim etdi. saytının verdiyi məlumata görə Firefox 4-ü artıq 35 milyondan çox istifadəçi yükləyib. Azərbaycanda bu göstərici hələ ki cəmi 8 mindir.
Earth Hour. Azərbaycan da bu il WWF fondunun təşkil etdiyi «Yer saatı» aksiyasına qoşuldu. Aksiya bütün Yer sakinlərini həyati əhəmiyyəti olmayan elektrik işıqlarını bir saatlığa söndürməyə çağırır, məqsəd isə diqqəti iqlim probleminə cəlb etməkdir. Bakının simvolu — Qız Qalasının işıqları da 1 saatlığa söndürüldü.
Qeyd edək ki, aktual mövzuları müntəzəm olaraq saytında həmçinin Twitterdə mikrobloqunu follow etməklə izləyə bilərsiniz.




Şərhlər (1)
RSS yığmaq / açmaqShaig