Reytinq
0.00
səsıər:
0
avatar

Azerfon  



Azerfon →  Nar Mobile saytını yeniləyib


Azərbaycanın həm sayca, həm də bazar payı ilə müqayisədə 3-cü GSM operatoru Azerfonun brendi olan Nar Mobile saytını yeniləyib. Əvvəlki ilə müqayisədə saytın yeni formasında irəliləyiş var. Belə əvvəlkinə baxmış yeni saytı bəyəndim. Xüsusən index-dəki slide-ın flashla yox, ajaxla olmağı xoş təsir bağışlayır. Saytda bir az daha fresh-lik var. Basdırıq deyil. Amma drop-down menu yaxşı alınmayıb. Belə bir az ətraflı incələyəndə xırda müəyyən düzəlişlərə ehtiyac olduğu da görülür.

( Ətraflı oxuyun )
Paylaş :

Azerfon →  Azerfon-Vodafone-dan Sərbəst Ünsiyyət imkanı

Press-reliz: 29 Aprel 2011-ci il tarixindən etibarən Azerfon-Vodafone abunəçiləri ayda cəmi 95 AZN ödəməklə, bütün Azərbaycanla istədikləri qədər danışa biləcəklər.

“Sərbəst Ünsiyyət” paketini aktivləşdirmək üçün telefonunun ekranında *120#95#YES şifrəsini yığmaq və ya “95” yazaraq 1123 nömrəsinə SMS göndərmək kifayətdir. Paketdən 30 günlük istifadə haqqı cəmi 95 AZN təşkil edir.

“Sərbəst Ünsiyyət” paketinə şəbəkədaxili səsli və video zənglər üçün limitsiz, ölkədaxili digər istiqamətlərə zənglər üçün 2500 dəqiqə danışıq vaxtı daxildir.

Qeyd edək ki, “Sərbəst Ünsiyyət” paketindən aktiv statusda olan “Azerfon-Vodafone Basic” tarif planının istifadəçiləri yararlana bilərlər.

“Sərbəst Ünsiyyət” paketi haqqında əlavə məlumatı www.azerfon-vodafone.com saytından əldə etmək olar.
Paylaş :

Azerfon →  Nar Mobile-dan Mobil TV xidməti yeniləndi

Press-reliz:İndi Nar Mobile abunəçiləri Mobil TV paketini aktivləşdirməklə 30 gün ərzində xidmətdən limitsiz istifadə edə bilərlər.

Limitsiz Mobil TV paketini sifariş etməklə abunəçilər birbaşa olaraq mobil telefondan istər yerli, istərsə də xarici kanalları istədikləri qədər seyr edə bilərlər.

Azərbaycanda ilk dəfə olaraq Nar Mobile-ın təqdim etdiyi Mobil TV xidmətindən yararlanmaqla abunəçilər mobil telefonlarından xəbər və idman verilişləri, həmçinin sevimli filmlərini izləyə bilərlər.

( Ətraflı oxuyun )
Paylaş :

Azerfon →  Azerfon-Vodafone və DNS Computers mağazalar şəbəkəsindən yeni təklif !

23 Dekabr, 2010-cu il tarixində Azerfon-Vodafone mobil operatoru və DNS Computers mağazalar şəbəkəsi 3G Acer netbukları üçün xüsusi kampaniyanı təqdim etdilər.

Kampaniya çərçivəsində DNS Computers mağazalar şəbəkəsindən 3G Acer netbukunu alan hər bir abunəçi Azerfon-Vodafone-dan hədiyyə olaraq 3G SİMkart və 12 ay ərzində hər ay 500 MB internet trafiki əldə edəcək.


( Ətraflı oxuyun )
Paylaş :

Azerfon →  Azerfon-Vodafone və Alma Store birgə kampaniyaya start verdilər

Press-reliz: Alma Store mağazalar şəbəkəsindən Apple məhsullarını alanlar üçün Azerfon-Vodafone xüsusi təklif hazırlamışdır.

Alma Store mağazalar şəbəkəsindən yeni iPhone, İpad və MacBook alan hər bir kəs Azerfon-Vodafone-dan hədiyyə paketini əldə edir. Paketə Azerfon-Vodafone SİM kartı, 1 il ərzində hər ay ölkədaxili 200 dəqiqə danışıq, 100 SMS və 100 Mb internet daxildir.
Alma Store mağazalar şəbəkəsindən iPad alanlar üçün Azerfon-Vodafone Azərbaycanda analoqu olmayan Mikro SİM kart və hər ay 500 Mb interneti 1 il ərzində pulsuz təqdim edir.
Macbook Pro noutbuklarını Alma Store mağazalar şəbəkəsindən alanlar üçün Azerfon-Vodafone növbəti hədiyyə paketini təklif edir. Bu paketə 3G+modem və 6 ay müddətində hər ay 1 Gb internet trafiki daxildir.
Qeyd etmək lazımdır ki, Azerfon-Vodafone MikroSim kartı alıcılara sürətli simsiz internetlə unikal mobillik imkanlarını təqdim etməklə yanaşı, dünyada çox populyar olan Apple iPad planşetinin üstünlüklərindən tam istifadə üçün şərait yaradır.
Azerfon-Vodafone Azərbaycanda dünya standartlarına uyğun və 3G texnologiyası bazasında simsiz genişzolaqlı internet təklif edən ilk mobil operatordur. 3G texnologiyası əsasında istifadəçilərə 7,2 Mb/saniyəyə qədər sürətlə mobil internet təklif olunur.
Paylaş :
  • +1
  • 22 декабря 2010, 16:46
  • Weboxu
  • 1+1

Azerfon →  Azerfon-Vodafone Azərbaycanda ilk 3G Mobil Müşahidə Kameralarını təqdim edir


Press-reliz: 21 sentyabr 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone 3G texnologiyasına əsaslanan daha bir məhsulunu — Müşahidə Kameralarını satışa çıxardı.

İndi Azerfon-Vodafone abunəçiləri 3G Mobil Kameralarından istifadə edərək adi video-zəng vasitəsilə kameranın quraşdırıldığı ərazini istənilən an rahat şəkildə müşahidə edə bilərlər.

Azerfon-Vodafone–nun Azərbaycan bazarında ilk olaraq təqdim etdiyi bu texnologiyadan istifadə qaydası olduqca sadə və rahatdır. Mobil müşahidə xidmətindən yararlanmaq üçün 3G Kameranın daxilinə quraşdırılmış sim nömrəsinə video zəng etmək kifayətdir.

( Ətraflı oxuyun )
Paylaş :

Azerfon →  Azerfon-Vodafone 3G şəbəkəsi Quba, Xaçmaz və Lənkərana genişlənir

Press-reliz: 2010-cu ilin avqust ayından etibarən, Azerfon-Vodafone 3G şəbəkəsi Quba, Xaçmaz və Lənkəran şəhərlərində də istifadəyə verilir. Əhatə dairəsinə daxil edilmiş bu üç yeni şəhər ilə, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz və Şəmkirdə, Azerfon-Vodafone-un 3G xidmətləri hazırda Azərbaycanın 11 şəhərində istifadə olunur.

Azerfon şirkətinin İdarə Heyətinin sədri Cüneyt Türktan: «Azerfon-Vodafon-un 3G texnologiyası əsasında təqdim etdiyi xidmətlərə müştərilərin dayanmadan artan marağını nəzərə alaraq, biz bu şəbəkənin əhatə dairəsini Lənkəran, Quba və Xaçmaza da genişləndirməyi qərara aldıq. Biz bilirik ki, Azərbaycanda İnternet istifadəçilərinin sayı xeyli yüksəkdir. Get-gedə, daha çox insanlar 3G xidmətlərini dəstəkləyən telefonlar vasitəsi ilə İnternetdən istifadə edirlər, və məhz bu səbəbdən hazırda Azerfon-Vodafon-un xidmətləri geniş populyarlıq qazanmışdır.”

( Ətraflı oxuyun )
Paylaş :

Azerfon →  NarMobile-ın reklam çarxı yaradıcılıq üzrə dünya mükafatına layiq görülüb


Press-reliz: Azerfon şirkəti qürur hissi ilə bildirir ki, Nar Mobile reklam çarxı ABŞ-ın yaradıcılıq sahəsində ən iri mükafatı olan Creativity adlı beynəlxalq mükafata layiq görülüb. “Boyun sindromu” adlı reklam çarxının süjeti beynəlxalq münsiflər heyəti tərəfindən kifayət qədər orijinal adlandırılıb.

Reklam çarxı Azerfon-un yaradıcı tərəfdaşı olan Bruketa&Zinic şirkəti tərəfindən hazırlanıb. “Boyun sindromu” reklam çarxı məzəli pozalarda, boyunları əyilmiş vəziyyətdə gəzən müxtəlif adamları göstərir. Çarxın sonunda aydın olur ki, bu, telefon danışıqları nəticəsində əmələ gələn boyun qıcolması səbəbindən baş verib. “Çarxın məqsədi uzunmüddətli danışıqlar səbəbindən boyun qıcolmasına gətirib çıxardan Nar Mobile-ın yeni tariflərinin münasibliyini göstərməkdən ibarətdir”, — Nar Mobile başçısı Çinar Erek bildirmişdir.

( Ətraflı oxuyun )
Paylaş :

Azerfon →  Nar Mobile Zəng Gələr, Bonus Gətirər kampaniyasına start verdi!

Press-reliz: İndi Nar Mobile abunəçiləri digər operatorlardan daxil olan zənglərə görə bonus qazanacaqlar.

Yalnız NarMobile abunəçilərin balanslarına digər operatorlardan gələn zənglərin hər 3 dəqiqəsinin əvəzinə şəbəkədaxili danışıqlar üçün 1 dəqiqə bonus əlavə olunur

5 may 2010-cu il tarixindən Zəng Gələr, Bonus Gətirər kampaniyası çərçivəsində Nar Mobile abunəçinin nömrəsinə həftə ərzində Azərbaycanın digər mobil operatorlarından gələn zənglərin hər 3 dəqiqəsinə görə 1 şəbəkədaxili dəqiqə bonus olaraq balansa köçürülür. Kampaniya çərçivəsində verilən bonuslar şəbəkədaxili adi və video zənglər üçün istifadə oluna bilər.

Bonuslar hər bazar ertəsi abunəçilərin balansına hesablanır.

Zəng Gələr, Bonus gətirər kampaniyasından bütün öncədən ödənişli tarif planlarının istifadəçiləri yararlana bilərlər.
Paylaş :

Azerfon →  Nar Mobile Narlı Nokia kampaniyasına start verdi

Press-reliz: Nar Mobile yeni Nar Nömrə, Nokia Telefonu və çoxsaylı bonusları vahid və sərfəli paket şəklində təqdim etdi.

İndi Narlı Nokia kampaniyasında iştirak etməklə istifadəçilər Nokia 2330 classic mobil telefonunu Nar Nömrəsini, pulsuz ölkədaxili zənglər və internet trafiki şəklində bonusları əldə edirlər.

Sərfəli qiymətə Telefon və yeni Nar Nömrə ilə yanaşı, abunəçilər kampaniya müddətində balanslarını ilk üç dəfə minimum 5 AZN məbləğində artırmaqla bütün istəqamətlərdə ölkədaxili zənglər üçün 35 dəqiqə, 35 SMS və 5 MB İnternet trafik əldə edirlər.

Nokia telefonu, Nar Nömrə ,pulsuz danışıq vaxtı və internet trafikindən ibarət olan paketin qiyməti 69 AZN təşkil edir.

Narlı Nokia kampaniyası çərçivəsində təqdim olunan paketi əldə etmək üçün Nar Mobile diler mağazalarına müraciət etmək kifayətdir.
Paylaş :