AzerDict →  Orfoqrafiya Lüğəti İstifadəyə Verildi

AzerDict dil portalında orfoqrafiya lüğəti istifadəyə verildi. Orfoqrafiya lüğətində müəyyən edilmiş qaydalara görə sözlərin düzgün yazılış formaları verilir. Azərbaycan dilinin orfoqrafiya lüğəti Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir. AzerDict orfoqrafiya lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir. Lüğətdə axtarış zamanı səhv yazılan sözlərin düzgün alternativləri “Bunu demək istədiniz?” funksiyası vasitəsilə göstərilir. Bundan başqa yazılışında ən çox səhvə yol verilən sözlər düzgün variantları ilə birlikdə lüğətdə öz əksini tapıb.

Orfoqrafiya lüğətinə http://azerdict.com/orfoqrafiya keçidindən daxil ola bilərsiniz.
Paylaş :
  • +5
  • 21 июля 2010, 13:39
  • Ferhad

Şərhlər (3)

RSS yığmaq / açmaq
+
+2
Təbriklər. Çox gözəl iş görmüsüz. Allah köməyiniz olsun
avatar

Tural

+
0
Xoş sözləriniz üçün təşəkkürlər.
avatar

Ferhad

+
+1
Cox sagolun orfoqrafiya luqetine gore. heqiqeten bu imtahana hazirliq gunlerimde mene cox boyuk komeyi olur. Bir daha tesekkurler.
avatar

cahan


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.