AzerDict →  Söz bazası yeniləndi

AzerDict olaraq bir müddətdir üzərində çalışdığımız söz bazasının yenilənməsi çalışmaları sona çatdı. Çalışmamızın nəticəsində bazamıza 15,000- dən çox zooloji, botanik, İT terminlər, coğrafi adlar və bir çox yeni sözlər əlavə olunmuşdur. Bir çox heyvan, quş və bitki adlarının ingilis dilində birəbir qarşılıqları müxtəlif mənbələrdən yoxlanılaraq sayta yerləşdirilib. Coğrafi adlar olaraq da ölkələrin azərbaycan dilindəki rəsmi qarşılıqları saytda öz əksini tapmışdır. IT terminlərin hazırlanmasında isə əsasən Microsoft Terminlər Lüğəti və tərcüməçilərimizin şəxsi təcrübələrindən yararlanılmışdır. İstifadəyə verilmiş 1500-dən çox İT termini, ümid edirik bundan sonra proqram və sayt lokallaşdırılmasında tərcüməçilərin işini asanlaşdıracaq və bu sahədə görülən işləri artıracaqdır. Bundan başqa, söz bazası yenidən gözdən keçirilmiş, bazadakı gözdən qaçan xətalar düzəldilib və çoxsaylı yeni sözlər əlavə olunmuşdur. Xətaları minimum etmək məqsədilə «sözü məruzə et» funksiyası da istifadəyə verilmişdir. Son yenilənmə ilə bazada 150 000-dən çox söz, söz birləşməsi və idiom mövcuddur. Nəticə etibarilə, istifadəçilər daha geniş və dəqiq bazayla təmin olunmuşdur.
Paylaş :
  • +6
  • 1 мая 2010, 13:47
  • Ferhad

Şərhlər (6)

RSS yığmaq / açmaq
+
+4
Məncə, Azerdict.com-un «mobile template»i olsa əla olardı. Heç də hamı OperaMini istifadə edə bilmir.
avatar

DrELM

+
+1
Yaxşı fikirdi )
avatar

Shaig

+
+3
Təklifiniz üçün sağ olun. Mobile versiyasının tezliklə hazırlanması nəzərdə tutulub.
avatar

Ferhad

+
+2
dogrudan terminalogiyada yenililere cox ehtiyac vardi esasende kompyuterlere aid olan terminler.Cox sag olun
avatar

Strange

+
0
Sadece: Eshq olsun =)!
avatar

GrAND

+
+1
Bax bu maraqlı və faydalı xəbər oldu!
avatar

Millenium


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.