Azercell →  Azercell 3G lisenziyasını alır?

Uzun müddətdir Azercell 3G lisenziyası üçün müraciətlərini edirdi. Deyəsən artıq lisenziyanın alınması məsələsi aktuallaşır. Azercell`in işçilərinin birindən aldığım qeyri-rəsmi məlumata görə artıq daxili 3G testləri yenidən edilir. Lisenziya alınmadığına görə testlər dayandırılmışdı. Ancaq son zamanlarda yenidən testlərə başlanıb. Texniki heyətin testlərə başlamağı lisenziyanın verilməyə yaxın olduğundan xəbər verir. Hər halda lisenziya verilsə, qiymətlər baxımından istifadəçilərə də xeyir olar.
Qeyd: Yazını yazanda Azercell`in saytına daxil olmaq istədim ki, logosunu götürəm yazı üçün. Sayt açılmadı — 502 Bad Gateway yazılırdı yenə.
Paylaş :
  • +2
  • 11 апреля 2010, 12:13
  • Shaig

Şərhlər (4)

RSS yığmaq / açmaq
+
0
mence super olar inshallah gozlemek qalir
avatar

Strange

+
0
Mence de =) 502 Bad Gateway hehe )))
avatar

GrAND

+
0
Məncə qiymət baxımından heçdə Afon-dan geri qalmayacaq… Azercell üçün o lisenziyanı almaq nəsə müşkül məsələyə çevrilmişdi. Gözləyək görək nə kimi keyfiyyət və qiymətdə olacaq 3G xidməti =)
avatar

kiber

+
0
Gorəsən niyə belə müşkül məsələyə çevrilib?...Marağlıdır.
avatar

GrAND


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.