Azercell →  Azercell-in Virtual Müştəri Xidməti səhifəsində "Texniki səhv"

Axşamüstü tezbazar SMS göndərmək üçün Azercell-in Webmesaj səhifəsinə daxil oldum. SMS-i göndərəndən sonra, "Ödəmələr" bölməsinə keçdim. Ən sonuncu ödəmə tarixini görəndə, bir az çaşdım. Çünki göstərilən tarixdə mən balansa kontur yükləməmişəm. Ən maraqlısı isə, son ödənilən kontur sayı idi. Şəkildən gördüyünüz kimi, sıfır kontur.

Tənbəllik eləməyib 2002-yə zəng etdim. Operator cavab verdi, bu haqda ona məlumat verdim. «Gözləyin» deyib, hardasa 3 dəqiqəlik fasilədən sonra (arada «siz gözləyirsiz də, hə?» — deyə soruşdu), bu problemin texniki səhv olduğunu, həmin tarixdə balansıma heç bir konturun yüklənmədiyini dedi. İstədim deyəm, narahat olmayın, orda samballı bir ədəd yazılmayıb ki, sıfırdır da :)) Nəysə, operatorla sağollaşdım.
Nədənsə harda belə əcaib «texniki səhv»lər var, Azercell-dən çıxır. Saat 18:30-da onlara məlumat verməyimə baxmayaraq, «texniki səhv» hələ də öz yerində durur. Sonuncu ödəmənin səhv məlumat olduğunu nəzərə alsaq, demək başlıqda yazıldığı kimi, «son üç ödəmələrim barədə məlumat»ı orda görə bilmirəm.
Paylaş :

Şərhlər (9)

RSS yığmaq / açmaq
+
0
Məncə bu virtual müştəri xidmətləri bir xeyli əl gəzdirilməlidir. Keçən dəfə mən də bu haqda bir yazı yazmışdım. Belə görsənir ki, səhvlər az deyil.
avatar

Shaig

+
0
Bir az da sıxışdırsaz, deyəcəklər ki, Artem Lebedov-un buraxdıı səhvlərdir )))))
avatar

Panda

+
0
Azercell saytında bir çox yerlerində səhvlərlə məndə rastlaşmışam. Hətta bug belə görmüşəm. İndi bilmirəm düzəlib yoxsa yox. Lebedev bir dəfə qurub saytı. Əlavə yenilikləri mən bilən özləri edir. Səhvliklər də çox vaxtı bu zaman olur
avatar

Rashid

+
0
Xarici studiyalar adətən saytı düzəldəndə həmin sayta təhkim olunmurlar, müqavilə yalnız birinci mərhələ üçün nəzərdə tutulur və sayt qurulur. bundan sonrası üçün istənilən bir əlavə üçün yenidən ödəmə etməlisən, bəlkə ona görə yenilikləri özləri etməyə çalışırlar.
avatar

Sadig

+
+1
Bu təzə deyil. Çoxdan var, hardasa 2-3 aydir, belke daha çox. Birinci dəfə zəng elədim, zəngimə peşman oldum) bu yaxınlarda (ayın 18-i)onlara məktub yazdım, necə lazimdı, skrin, filan, cavab hələdə gəlməyib… Bir anlaşılmazliğ da üç gündü var (sayt la bir o gədəк əlaqəli deyil), hələ özdəridə aydınlaşdırmayıblar. Həll olunsun, yazaram daha ətraflı. :)
avatar

ERROR631

+
0
Onda yəqinki bu webmesajcell`i təkmilləşdirərkən yaranan problemlərdir.
avatar

Shaig

+
0
Xeyr, onnanda əvvəl idi :)
avatar

ERROR631

+
0
Mən ilk dəfə idi görürdüm. Amma düşünmürəm ki, sonuncu dəfə o bölməyə 2-3 ay əvvəl baxmışdım. Bəlkə də bütün abonentlərdə eyni vaxtda baş vermir.
Yeri gəlmişkən, operator məndən bu problemi görməyimin ilk dəfə olub-olmadığını da soruşmuşdu.
avatar

BayramovR

+
0
Mənə helə gəlir ki, her ay olur belə bir şey… Mən ikidəfə fikir vermişəm.
avatar

ERROR631


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.