Azercell → Sizin ideyanız var ?

Lakin onu həyata keçirməyə imkanınız yoxdur?
Ideyanızı bizimlə paylaşın və Barama layihəsinə qoşulun!
Barama layihəsinin əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaların tədqiqatı, təkmilləşdirilməsi və nəhayət həyata keçirilməsini təmin etməkdir. Layihədə iştirak etmək üçün aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, ideyanızı və digər əlaqəli sənəd və materialları Azercell-ə göndərin. Ərizələr davamlı olaraq qəbul edilir, bu o deməkdir ki, müraciətlərin göndərilməsində heç bir vaxt məhdudiyyəti mövcud deyil. İdeyalara dair əsas tələblər: ideyanın dəyərliyi onun nə dərəcədə kreativ, yenilikçi, sosial-iqtisadi nöqteyi nəzərdən faydalı olmasından asılı olacaq.
Ərizə formanız Azercell-ə daxil olan kimi təklif etdiyiniz ideya gözdən keçirilib, qiymətləndiriləcək. Sonra layihənin tələblərinə ən uyğun ideyalar müəyyən olunacaq və seçim nəticələri Sizə bildiriləcək. Sizin ideyanız seçim turunu keçdiyi halda, Sizə Barama layihəsinin iştirakçısı olmaq imkanı veriləcək və Siz layihənin təqdim etdiyi aşağıdakı imkanlardan yararlana biləcəksiniz:
Barama ofisində iş yeri
Lazımi ünsiyyət vasitələri, texniki dəstək və avadanlıq
Kompüter, yüksək sürətli İnternet
Biznes bilik və bacarıqlarınızın təkmilləşdirilməsinə yönəlik tədrislər
Azercell-in Marketinq, Finans, Hüquqi İşlər, İT və s. şöbələrinin işçi heyəti tərəfindən texniki yardım və dəstək
Baş müdirlik şöbəsinin layihəyə təyin olunmuş komandası tərəfindən dəstək
İdeyanızın Azercell avadanlığında test edilməsi imkanı
Ehtiyac yarandıqda digər peşəkar yardım
İdeyanızın mürəkkəblik dərəcəsindən asılı olaraq, onun realizasiyası üçün Sizə müəyyən vaxt veriləcək. İdeyanız implementasiyaya hazır olduqda, ideyanın müəllif hüquqları Sizə aid olacaq və həmin dövr üçün mövcud hüquqi qayda və qanunlar nəzərə alınacaq. Ideyanızın realizasiyasını bitirdikdə, Siz layihəni tərk edəcək və yerinizi yeni namizədə təhvil verəcəksiniz. Yeni namizəd isə öz növbəsində yuxarıda göstərilən bütün qaydalara riayət edərək Barama layihəsinə qoşulacaq.
Barama Sizə yaradıcılıq potensialınızı nümayiş etdirmək və ideyanızı həyata keçirmək imkanı yaradır!




Şərhlər (35)
RSS yığmaq / açmaqZaur
Farik
Shaig
Zaur
Yenədə ideya oğurlanmasına qalanda, xəbərim var. İdeyam azdıki bəyəm? =) İstəyən, elə hazır olandan sonrada oğurlayır. =)
Farik
Farhad sen barama haqqinda esidirsen danisanlardan hansi ki o fisde olmuyublar, Amma men sene o ofisde 2 aydi fealiyyet gosteren adam kimi deyirem ki bu bosh shey deyil. Sence orda olan istirakcilar bele agilsizdirlar ki vaxtlarini bosh sheye serf elesinler?! elbetde yox. Tenqidi hami bacarir, Eslinde ora gelmeyi heckime yalvarmirlarki. Ele bilisen her ideya qebul olunur orda?! O qeder xerc cekib serait yaradiblar ve heckime de yalvarmirlar ki gelib ideyalarin orda heyata kecirsinler.
Senin, menim, reshadin ve ya basqalarinin ideyalarini olarin elinden almaq kimi menasiz fikirler deyenler olur, eslinde bele sey O boyda sirket uchun antireklamdi. Ele bilirsen olarin Marketing shobesinde ideya yoxdu? o qeder ele super ideyalar vardirki, sen fikirles orda savadsiz ishci olmur oz sahesinde. Demeli Marketingdekileri bir araya yigsan ve ideyalari yigsan ondaaa aydin meseledir ki olarin bizim naraziciliqimiza sebeb isler gormeye sebebleri yoxdur. Eger bu bosh shey olsa olar uchun antireklamdi,Ona gore de bosh layiheleri de qebul etmirler.
Orda olan destek ve s. haqda melumat vere bilerem. Qaldi ki sene 50.000AZN versinler ki al ideyani heyata kecir bu gulmelidir. tesevvur ele onda 20 nefere verse 50.000-den gor neqeder pul edir,. En duzgun variant hansidir sa onlari de edirler, ofis ,marketoloq, iqtisadci, huquqsunas, texniki destek ve s. cox sey var sadalamadiqim (savadli kadrlar terefinden) kimi destek hansi ki her yerde pulnandi bunlar.
Zaur
Birdə belə layihələrdə iştirak məsələsində mənim öz mövqeyim var. Məncə istənilən ideyanın kimə məxsusluğundan asılı olmayaraq onu həyata keçirmək üçün komanda lazımdır. Bəzilərində xoşbəxtlikdən bu komanda olur, bəzilərində yox. Məsələn biz veb adamları olduğumuza görə nümunəni hərhansı bir veblayihədən vermək istəyirəm: hərhansı bir saytı təklif almaq üçün normal hala gətirmək üçün bir komandan olmalıdır ən azı bir dizayner və bir proqramistdən ibarət olan. Bəziləri isə yaxşı tanımadığı dizayner və ya proqramistdənsə hərhansı bir layihənin təşkilatçılarına inanmağı daha məqbul hiss edir. Yənə deyirəm, «mənim fikrimcə» vəziyyət belədir.
Sadig
Zaur
Kompüter + İnternet + tanışlar elə real həyatda da var. Zaur xətrinə dəyməsin. Mən demirəm axı 50.000 AZN versinlər sadə layihəyə. Əgər gözəl ideya olsa, nəyə görə verməsinlər? Bu artıq ayrı söhbətdir. Rus start-upları ilə tanış olsan, görərsən ki sıfırdan özləri başlayandan sonra, gözəl buisness inkubatorlara çıxırlar.
Onlar bu layihəni keçirtməklə bilirsən nə qədər pul qazanırlar? Azərsellin marketinqi, pul sökmək üzrə superdirlər. Deyirsən eləyə bilirlər, amma eləmirlər özləri? İnan ki bilmirlər. Eləyə bilmirlər! Sən gözəl ideya sahiblərindən birisən, amma onlar yox. Qıraqdan baxan kimi yox, bir real fikir kimi deyirəm. Bəlkə də gizli bir şey var?
Farik
Zaur
1 + var ki, azercell ilə tanış olursan… Amma buna görə layihənlə oynamaq… Nə bilim) Allah axrını xeyirli eləsin
Farik
Gerek pulu oz eline versinler ki al ozun ele? Olar pulu sene vermir amma ishcisine verir pul, o ishcinin ish vaxtini ise size serf edir. Cox sheyler vare, Sen mene hansisa sahe de. Men sene deyim o sahede ne destek ede bilerler, Tebii ki bildiklerimden deyim sene. Tenqid etmeyi hami bacarir. Heckim de demir ki olar meni mecburi cagirmir hemde azerbaycanda ilk defe bele ish gorubler, gor neqeder pul tokubler, Sen gorsen ordaki serait uchun neqeder pul xercliyibler + yxuaridaki sadaladigim destekleri pula cevirsen. ishcilerin ish vaxtini ve s. gorersen ki ideyani heyata kecirmekde neqeder maddi destek var, sadece pulu olar xercleyecek senin yerine, Ozun fikirles axi hamiya olmaz prosta pul veresen ki get ideyani heyata kecir, 1 nefere verse onda 100denesi gelecek ve super ideyalarin deyib, pul almaq xetrine, gedeeckler.
Birdeki axi sen niye butun ideyalari proqramist ve dizaynerde gorursen? Layihe webden olmur ki tek. o qeder layiheler varki, menim de 2-3 dene deqiq layihem var ki vebe hex aidiyati yoxdu.Burda ise senin evinde olan wifi filan komek etmeyecek.
Zaur
Farik
axi senin layihelerin ancaq web uzerindedir texniki helli. Bu genis sahedir, Orda web-e hec dexli olmayan layihelerde ola biler ve var.
Farhad men teze teze basdiyan deyilem — praktika 6 ildir, o ofisde layihesi kecen istirakcilarin layihelerinden indiye kimi butun Azerbaycan istifade edir:) Mene icaze yoxdur ki melumat verim. IsnhAllah o adamlarinda layiheleri uze cixanda taniyarsiniz, Her yoldani keceni o ofise buraxmirlar. Inan mene 100-lerle ideya gelir. Her yoldan keceni de goturmurler baxmayaraq ki coxlari barama haqqinda menfi fikirdedir.
Eger ortaq mexrece gelinirse onda sohbet davam edir. Men teklif edirem ki gelin gozleyecek barama ofisinden layiheler cixanda gorek nece olacaq. Mene de cox maraqlidir, Chunki hele heckimin layihesi tam bitmiyib orda, Gorek nece olacaq. InshAllah her shey yaxsi olar. Barama da bosh shey olmaz ki ehtiyaci olanlara komek eder.
Zaur
Deyirsən veb-ə daxil olmayan layihələr, nə layihədir o elə?:)) Sən səhv başa düşürsən yenə də deyirəm. Mənim əlimdəki bu saytın deyək ki, bir neçə yüz iştirakçısı var, amma mən artıq məsulliyəti və çətinliyi görürəm. Sözün düzü bizdə start-up üzərində çalışırıq. Amma gəlin düzgün tərəfdən baxaq.
Start-up: Üzərində əlbəttə ki komanda çalışmalıdı…
İdeyalar müəllifi / Content müəllifi / Dizayn verstka mütəxəssisi / Programmist
Sizdə orda bir layihənin üzərində neçə nəfər çalışır? Ya biri gedib oturur barama ofisində, layihənin qalan üzvləri yenə də evdə?
İT departamentin işçiləri sizə dizaynda, kodlaşdırmada və s. kömək ediblərmi? Ya elə bir şey hələ ki olmayıb?
Farik
Meselen: sms-e aid layihe.
1) Burda IT mutexesisler dizayn etmir proqramda etmir. Onlar serverlerden istifadede komeklik edir.
2)Azercell oz serverlerin verir test etmek uchun.
3)Huquqsunaslar sene komek edir layihenin muellif huquqlarin asanliqla eziyet cekmeden alasan.
4)Biznes uzre treyninq kecirler ki o layihenin idaresinde daha bacariqli olasan.
5)Marketing shobesi komek edir ki o layihede ne kimi elave funksiyalar ede bilersen. Senin layihende bezi daha gozel elaveler ola bilerki senin aglina gele bilmez, amma olar layihenden xeberdar olanda elavelerde fikirlersib deyirler.
6) Satish sobesi lap evvelden sene deyir bu layiheni ne formada aparsan onu istifade edecekler ya yox.yani gelir gelecek eger yox, onda buna yaxin basqa yol deyecekler ki biz bazari bilirik ve bu yol daha uygundur ki istifade olunsun.
1 Layihenin uzerinde 1 nefer layiheni veren ve etrafinda butun Azercellin senin layihene aidiyyati ola bilecek butun shobeleri ishleyir. Onlarin ishcileri ise ushaq deyiller senden ve menden de daha savadli, daha cox ish tecrubesi olan ve minlerle ugurlu layiheler eden insanlardi, Bu ki goz qabaqindadir.
Ordaki istirakcinin elediyi layihe ise senin eleyib burda saydiglarindan 100defe gelirli.ve istifadesi 3-4 milyon insandan ibaretdir, Vaxti gelende taniyarsan gorersen, Seni ondan daha agilli tesevvur elemirem ish tecrubesinde. 35-40 arasi yasi olar, Ozude biz hele 1ci sinife gedende o, proqram dillerinde yazirdi, delphi, java, javaskript, c++ mukemmel seviyyede, Bundan artiq melumat veren deyilem. Sen ora ideya gonder gor hech kececek ya yox. Dayanib qiraqdan o qeeder adam soz deyirki. Heckimin senin ideya ehtiyaci yoxdur ordakilarin, Ayda milyonlarda qazanirlar.Ishciler de senin ideyan olmasada oz maashlarin alir.
Men ushaq deyilem ay Farhad, ozumu teriflemek istemirem.chunki bele adamlari qiraqdan heckim xoslamir. Gorduyum ishe gore adi vaxtda, Ayliq Maashimin orta qoymeti 2000 AZN olur. Bu azerbaycan uchun az mebleg deyil. 13 yashimdan ishleyirem studiyada, qiraqdan deyilen sozlere ehemeiyyt vermirem. Sen oz layihenle indi ele bilirsen ki men ozume ish axtaran nese ish gorub o ishi hamiya deyenlerdenem.Esla, Senin real heyatda gorduyun ve istifaade elediyin avadanliqlarin da mueyyen hissesi mene aiddir, Hecde xirda seyler deyil.Gel ozumuzun elediklerimizden cox danismayaq. Bu qeder yeter. Yeqinki men haqda da melumatin oldu.
O ofisde esasen eqli bacariqa ustunluk verir. Men basa dusmedim sen kime deyirsen ruhi destek lazimdir? bu sozler mene unvanlanir ya men basa dusmedim?
Zaur
Zaur
Düzü məndə Barama barədə yüksək fikirdə deyiləm. Ancaq ona qiymət vermək üçün tələsmək lazım deyil. Əvvəlcə oraya verilmiş proyektlərin nəticələrini gözləmək lazımdır.
Azecelldə isə dəstək verəcək kifayət qədər imkan var. Elə təkcə onu PR və reklam eləmək imkanı belə kifayətdir.
Arxa planı bilmədən qiymət vermək düzgün olmaz.
Shaig
Zaur
Farik
Zaur
Məsələn indi belə deyim də, en2az üçün Azərbaycan dilçilik inistutu dəstək versə pis olardı? Tam qrammatik və dilin prinsiplərinə uyğun tərcümələr olardı, tanıtımı əla gedərdi. Sizə daimi yeni sözlərin çıxmasını xəbər verədilər, sözlərin kök və şəkilçilərinin dilin qanunlarına uyğun olmasında kömək edərdilər. Həm də tərcümələr rəsmi olaraq dövlət tərəfindən də tanınardı. Yoxsa indi bir qrup tələbə və təşəbbüskarın saytıdır. Buna qarşılıq indi dilçilik inistutu bir proyekt çıxarsa bunun əhəmiyyəti itə bilər. Çünki hər kəs məcburi olaraq rəsmi təcrübəni əsas götürməlidir.
Yəni bu sadə misaldır. Deməli dəstək lazımdır.
Sonra digər bir bizim təcrübə. Biz vaxtı ilə Azercell`ə internetdən anonim sms yollamağı qoymuşduq (2005-ci il filan olardı). Bunu sən dediyin kimi, Azercellə ehtiyac olmadan eləmişdik guya. Texniki tərəfi özümüz görmüşdük. Dizayn hazır, sistem hazır. SMS də yollayırdı, tanıtımıda özümüz edirdik. Amma Azercell`in xoşuna gəlməmişdi, bizim saytın olduğu hostingin serverinin İP`nə Azercell üzərindən sovsem ban qoyulmuşdu (o vaxtı hostingdə idik). Həə, beləcə biz Əli aşından da olduq, Vəli aşından da. İndi heç vvapdan da girmək olmurdu sayta ( bizə görədə bütün eyni ipdə olan saytlara ). Deməli elə proyektlər var ki, orada dəstəyə ehtiyac olur. Ona görə belə qəti fikir lazım deyil.
Nəticəni gözləmək lazımdır.
Shaig
Farik
Zaur
Zaur
Biz start-upımızı başqa çür etmək istəyirik. Yəni gəlirli start-updan söhbət gedir. Zaur, yenədə deyirəm, zaman göstərər)))
Farik
:))) Yaxsi ki Azercellin layihe ofisindek iscisi bu sozleri oxumur:) olerdi gulmekden. Chunki sen ozunu olarin marketing shobesinden daha agilli sayirsan:) ordakilar ise o qeder savadli insanlardirlar ki, bele ideyalara prosta adi bir shey kimi yanasirlar, Eger olarin ne derecede super layiheler ede bilme qabiliyyeti haqda bilmek isteyirsense Shaiqe de sene 2 nefer deyecek hansi ki birlikde ele layihe edirlerki butun olke ondan istifade edir:) Camahat gedib dunyanin obiri tayinda Biznes,marketing uzre ingilis dilinde 5-6 il tejsil alir. Dunyanin en meshur sertifikatlarin alir, hansi ki orda bizim universitetler kimi pul kecmir, Sen ise deyirsen ki burda universitetinde oxuyub hele bitirmemisen, nede yarim ali tehsilden basqa hansisa, layihe etmek haqda daji tehsilin olmadigi halda deyirsen ki sen olardan daha agillisan:) Ve ya sen hele ushaq olanda proqram dillerinde Azerbaycan uchun cox vacib olan proqramlar yazan bir insanin orda istirakci olduguna barmaqarasi baxirsan.
Senin o tercume layihen ise Shaiq dediyi kimi ele desteksiz olduguna gore o gundedir, Hansi ki oradaki sekilciler, ve s. bir qrup telebelerle islenib, Destek olsaydi. Size daha pesekarlar komek ederdi. gotur min dene bele layihe gore hamisida yarimciq qeyri pesakar, kime lazimdir axi. Sabah o layiheni kimse destek ola ola etse, olar senin layiheni kolgede qoyacaq. Hele bir ustelik reklam desteyi olsa o layiheye, vaapse senin layihen sonecek. Men birinci defedir esidirdim onun adini, Eziyyet cekmisiniz amma reklami yoxdur.
Zaur
Zaur
Kstati, onu da deyim ki, en2az -da, Dilmancın ideya müəllifi Firudin müəllim də iştirak edir :) Yəni heç də dəstəksiz deyil ) Bilmədiyinizi danışmayın zəhmət olmasa.
Qaldı ki azercell-in mənim yazdığlarımı oxuyub gülməklərinə, hələ bilinmir kim kimə gülə bilər :) Hər halda Artem Lebedyevə 100 min mən verməmişəm)
Farik
Zaur
Doğurdan da ideyamın orada iştirakını heç istəmirəm. Qəbul etməsələrdə / etsələrdə… Şəxsi fikrimdi. Nə qədər də pis olsa da…
Amma o 2ci sinifdən proqramm yazmaq barədə deyim ki, nə piratebay, nə facebook, nə mail.ru, nə rambler, nə yandex hər hansı bir böyük firmanın, start-uplara mənəvi dəstək layihəsindən kömək alıb yararlanmayıblar. İnanmırsansa, aç startuppoint.ru, habrahabr.ru və s. kimi portallarda olan start-up layihələrə baxıb, onlar haqda oxuyub məlumatlan. Mən sadəcə barama-nın sizdən istifadə etməsi barədə yazdım.
Gəl uzatmayaq, bir-iki aya inşallah nəticələr aydın olacaq. Yəqin ki sizin saytlarınızda, banner və s. tələb etməyəcəklər =)
Farik
Farik, Azercell-in Baramaya qəbul üçün qoyduğu tələbələri nəzərdən keçirəndə onların ideya oğurlamaq niyyətindən daha çox, kadr axtardıqları qənaətinə gəlirəm. O sadaladıqların cəhətlərin hamısı olan və nəticədə özü Layihəni yazıb, kodlayıb, üzə çıxarda bilirsə, deməli bu adamdanəsə var… Belə adamlar da çox deyil və onları da dəyərləndirib bir neçəsini işə götürəcək məncə Azercell…
Layihəyə maddi və mənəvi dəstəyə qalsa isə burda pis heç nə yoxdu. Ordakıların niyyətini bilmədiyim üçün bu haqda bir söz deməyim…
Azercell-dən mənim də o qədər xoşum gəlmir amma sənin zələn gedir deyəsən Farik )))
Panda
Farik
Zaur
Farik