Reytinq
+1.13
səsıər:
1
avatar

Azercell  



Azercell →  Azercell şirkəti Naxçıvanda 4G-ni sınaqdan keçirtdi


Press-reliz: 4G şəbəkəsinin köməyilə 4 000-dən artıq tələbə Innovativ mobil texnologiyalardan faydalana biləcək.

Noyabr ayının 29-da Azercell Telekom MMC şirkətinin prezidenti cənab Ali Ağan Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Rövşən Məmmədov ilə görüşmüş, daha sonra Naxçıvan Dövlət Universitetinə 4G sınaqları layihəsinin açılışı münasibətilə səfər etmişdir. Hər zaman gənc nəslin bilgilərinin inkişafına istiqamətlənən layihələrlə çıxış edən Azercell Telekom MMC bu dəfə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün innovativ layihə təqdim etdi. Mobil Rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən bu layihənin köməyilə ümumi ərazisi 108 hektar olan Universitetdə 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaqdır. Bu isə, yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı deməkdir.

( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  Artıq @Azercell 3G-yə keçdi. #3gmax


Bu yaxınlarda axir ki, Azercell-in 3G lisenziya alması barədə yazmışdıq. Bu yazıdan sonra yaranan ilk sual «Bəs 3G xidməti nə vaxt aktiv olacaq?» olmuşdu. Bu gün bu suala Azercell cavab verdi.

Artıq hər bir Azercell abonenti 3G yazıb 2525-ə göndərərək xidməti öz telefonunda aktivləşdirə bilər. Azercell 3G-nin əsəs üstünlüyü onun əhatə dairəsidir. Şəkildən göründüyü kimi demək olar ki, Azərbaycanın bütün şəhərlərini əhatə edir.

( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  Androidli Samsunglar (Galaxy-lər) üçün @Azercell -in kampaniyası


Avqust ayında Androidli HTC-lər ilə kampaniya keçirən Azercell, indi də Androidli Samsunglar üçün kampaniya keçirir. Galaxy ailəsindən olan telefonlar üçün xüsusi güzəştlər tətbiq olunacaq. Bu barədə Azercell-in rəsmi blogunda məlumat verilib:
Nəzərinizə çatdırırıq ki, 04 noyabr 2011-ci il tarixindən etibarən Azercell abunəçiləri üçün Samsung Galaxy Family smartfonları üzrə kampaniya keçiriləcək. “Galaxy family” smartfonlarını əldə edən Fakturalı və Fakturasız Xətt abunəçiləri təqdim edilən 3 güzəştli paketlərdən birini seçərək sərfəli qiymətlə Danışıq vaxtı, SMS və Mobil İnternet xidmətlərindən istifadə edə bilərlər.


( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  Azercell-dən daha bir yenilik


Press-Reliz: Facebook sosial şəbəkəsindən istifadə edən Azercell abunəçiləri xüsusi proqram vasitəsi ilə müştəri xidmətlərindən dəstək alacaqlar

3 noyabr, 2011, Bakı: Azərbaycanın bir nömrəli mobil operatoru Azercell Telekom bu dəfə də ənənəsinə sadiq qalıb. Hər zaman analoqu olmayan xidmətləri və yenilikləri ilə abunəçilərini sevindirən Azercell növbəti dəfə müştəri xidmətləri sahəsində yeniliyə imza atıb. Bu gündən etibarən Facebook sosial şəbəkəsindən istifadə edən Azercell abunəçiləri artıq xüsusi proqram vasitəsi ilə müştəri xidmətlərindən dəstək alacaqlar. Bunun üçün abunəçilər www.facebook.com/Azercell ünvanındakı səhifəyə daxil olaraq Müstəri Xidmətləri proqramının istifadəçiləri olmalıdırlar.

( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  Ölkə daxilində 1 dəqiqə= 5 qəpiklə danış !



Press-reliz: Azercell-dən “Bütün Azərbaycana bağlan!” kampaniyası

Ölkə daxilində 1 dəqiqə= 5 qəpiklə danış!

18 oktyabr, 2011, Bakı: “Azercell Telekom” MMC bu bayram da ənənəsinə sadiq qaldı. Azərbaycanın lider mobil operatoru Azercell Azərbaycan Respublikasının Müstəqilliyinin 20 illiyi ilə əlaqədar abunəçilərinə yeni “Bütün Azərbaycana bağlan!” kampaniyasını təqdim edir. Artıq tarif paketindən asılı olmayaraq Azercell Fakturasız Xətt abunəçiləri (SimSim) bütün Azərbaycanla bir qiymətə — dəqiqəsi 5 qəpiyə danışacaqlar! Kampaniyaya qoşulmaq üçün balansa ən azı 5 AZN dəyərində danışıq kartı yüklənməlidir. Kart balansa yüklənən andan etibarən bütün Azercell abunəçiləri 30 gün ərzində ölkə daxilində 1 dəqiqə= 5 qəpik

( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  Azercell-ə 3G lisenziyası verildi (?)


Azercell uzun müddətdir 3G xidməti üçün hazırlaşır və bu barədə RİTN-ə dəfələrlə müraciət edirdi.
Hələki ölkədə yeganə 3G xidməti olan operator Azerfon-dur. Trend-in verdiyi xəbərə görə artıq Azercell də 3G lisenziyasını alıb:
Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası «Azercell Telekom» mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.


( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  Azercell növbəti Tələbə Təqaüdü Proqramına başlayır!


Potensialın artırılması üçün daha bir fürsət

Press-Reliz: 29 sentyabr, 2011, Bakı: Azercell Telekom MMC tələbələr üçün növbəti təqaüd proqramına start verib. Bu ilin oktyabrın 3-dən başlayan Tələbə Təqaüd proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  Azercell Trends


Teliasonera qrupu sahibi olduğu bütün operatorlar üçün xüsusi bir proqram təminatı istifadəyə verib. Əlbəttə bu operatorlar arasında Azərbaycanda fəaliyyət göstərən Azercell də yer alıb. Dediklərinə görə, bu proqramı ilə hər bir Azercelli növbəti nəsil telekom texnologiyaların inkişafına töhfəsini vermək və təsir etmək imkanı əldə edir. Azercell Trends proqramını öz smartfonunuza Android Market, Symbian Store, App Store və ya Web vasitəsilə yükləyə bilərsiniz.

Trend proqramına qoşulmağın səbəbi nədir?

( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  “Barama”da yeni araşdırma gerçəkləşdirildi


Press-reliz: İki tələbə komandası Azercelldəki strateji dəyişiklikləri tədqiq etdilər

Azercellin yaratdığı “Barama” innovasiya mərkəzi bu vaxta qədər müxtəlif layihələrə imza atıb. İndi isə istedadlı gənclərin ocağına çevrilən bu mərkəzdə daha bir yeni və maraqlı proqram gerçəkləşdirildi.

Layihə çərçivəsində tələbələr 3 həftə boyunca iqtisadi analitik araşdırma apardılar. Onlar 2011-ci ildə Azercelldə baş verən strateji dəyişiklikləri tədqiq etdilər. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz əsasında ortaya çıxan sualları cavablandırmağa çalışdılar. Onların missiyası müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdırmaq və həmin problemlərin qarşısının alınması üçün effektiv həlli yollarını təklif etmək olmuşdu.

( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  WebMesajCELL xidmətindən göndərilən SMS-lərdə yenilik


Azercell rəsmi blogunda WebMesajCELL xidmətindəki yenilik barədə məlumat verib.
Bu gündən etibarən, bütün Azercell abonentlərinə WebMesajCELL xidməti vasitəsilə daxil olan SMS-lər artıq WebMesaj ünvanindan deyil, göndərən şəxsin nömrəsindən gələcək. Həmin mesajı birbaşa cavablandırmaq mümkün olacaq.

Servisi yoxlayanda görmək mümkün olur ki, SMS-lərdə nömrədər gedir. Beləcə cavablamaq daha rahat olur. Ancaq SMS-in internetdən gəldiyi də qeyd olunur. Mətnin qarşısında WebSMS: sonra isə SMS-in mətni gəlir.
Paylaş :