yazDroid Bloq →  Android tətbiqləri Windows'da



Android tətbiqlərini Windows'da işə salmaq artıq tam reallıqdır. Belə ki, BlueStacks şirkəti tezliklə çıxaracağı, Windows'da Android tətbiqlərini işə sala biləcək aləti haqda məlumat verib. Xatırladaq ki, bunun xüsusi x86 versiyaları fərdi kompüterlər üçün artıq mövcuddur. Android tətbiqlərini xüsusi emulatorun köməyi ilə də işə salmaq olur. BlueStacks'in çözümündəki fərq isə ondan ibarətdir ki, sistemlər artıq təcrid olunmuş mühitdən istifadə etməyəcək, hansı ki, eyni resurslara giriş əldə etmək olacaq.

Məsələn, Android-dəki sənədi Windows-da quraşdırılmış printerdə çap etmək olacaq. Təbii ki, istifadəçilər Windows'da işləyərkən Androiddə tanıdıqları tətbiqləri də işə sala biləcəklər. Onlar Microsoft-un əməliyyat sistemi ilə sıx inteqrasiya olunacaqlar — tətbiqləri vəzifələr çubuğuna bükmək olacaq, multivəzifə rejimində bir neçə tətbiq ilə işləmək imkanı həyata keçiriləcək.

BlueStacks'in bu yeni proqramı hələ geniş istifadəçi sferası üçün əlçatan deyil. Proqnozlara görə, beta versiyası mayda, son relizi isə yayda təşkil olunacaq.
Paylaş :

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.