Apple →  iPhone OS 4.0

Dünən Apple iPone OS`un yeni versiyasını tanıtdı. Bir sıra yeni maraqlı xüsusiyyətləri əlavə olunub. 1500`dən çox yeni API100 yeni funksiya əlavə olunub.
Yeniliklərdən bəziləri isə belədir:
Multitasking funksiyası. Demək olar ki istifadəçilərin ən çox arzuladığı funksiyalardan biridir. Yeni versiyada bu funksiya aktiv olacaq. Steve Jobs məsləhət görüb ki, bu funksiyada düzgün istifadə etmək lazımdır. Əks halda batareyanın tez qutarmağı ilə nəticələnə bilər. Bu xüsusiyyəti keçmiş versiyalardan təkcə 3GS istifadəçiləri istifadə edə biləcək.
Folder funskiyası. Bu funksiya ilə endirdiyiniz proqramları (application) ayrıca bir qovluq yaradaraq içinə yerləşdirmək olar. Məsələn sosial şəbəkələr üçün applicationlar ayrı, oyunlar ayrı və s.
E-mail funskiyalarında da yeniliklər olubdu. Artıq istifadəsi daha rahatlaşıb.
iPad`dan sonra iPhone`da da iBook xüsusiyyəti olacaq. Amma bu nəsə mənə maraqlı gəlmədi. iPad`da bu başa düşüləndir — ekran böyükdür. iPhone`da isə balaca ekranda kimdir kitab oxuyan.
Apple artıq oyunları ayrıca bir başlıqda — Game Center adı altında birləşdirir. Digər application`lardan ayıracaqdı oyunları. Bundan əvvəl Facebookda oyunları ayırmışdı. Deyəsən ümumiyyətlə oyunlar çox uğur qazandığına görə əvvəl ümumi başlıqlarda olmağına baxmayaraq sonradan bütün platformalarda ayrılmağa başlanır.
Nəhayət iAd. Bu haqda yazmışdım. Ehtimallar doğru çıxıbdı. Beləliklə digital reklam sahəsində Google`la rəqabət edəcək Apple iAd ilə hələki mobil reklamda öndə olacaq kimi görünür. Çünki kifayət qədər böyük bazarı əlində saxlayır. Məsələn iPad`ın satışa çıxarıldığı gün 300 min ədəd satılmağı və həmin AppStore`dan ~1 milyon application endirilməyi kifayət qədər böyük rəqəmdir. Deməli iAd`ın böyük bazarı olacaq.
Qeyd edim ki iPhone OS 4.0 bu ilin yayında istifadəyə aktiv hala gələcək.



Yazanda istifadə elədim: #1 #2 #3
Paylaş :
  • +2
  • 9 апреля 2010, 14:22
  • Shaig

Şərhlər (1)

RSS yığmaq / açmaq
+
0
Xəbərə görə təşəkkürlər=) Marağımı cəlb etdi.
avatar

GrAND


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.