Apple →  Apple yeni mobil reklam servisi açır ?

Apple, iPadı ilə texnologiya aləminə əməlli-başlı səs-səda saldı. Hələki iPad`ın xəbəri köhnəlməyibdi. Belə görsənirki Apple mobil internetə çox maraqlıdır. İndi də söz-söhbət gəzir ki, yeni bir mobil reklam servisi istifadəyə verəcəkdi. Yeni servisin adı isə iAd olacaqmış. Düzü bu tip xəbərlər əksərən əsassız olmur. Ancaq çox vaxt ad barəsində verilən proqnozlar özünü doğrultmur. Ona görə də adının dəqiqliklə nə olacağı bilinməsə də, hələki şərti olaraq iAd adlanacaq servis barədə aprel ayının 7-də ətraflı məlumat veriləcəyi deyilir.
Paylaş :
  • 0
  • 28 марта 2010, 00:51
  • Shaig

Şərhlər (7)

RSS yığmaq / açmaq
+
0
Deyilənə görə Apple`ın yanvar ayında 300milyon dollara aldığı mobil reklam servisi Quattro iAd`ın bünövrəsi olacaqmış.
avatar

Shaig

+
+1
Apple Google`un inkişaf tempindən və onun sahəsinə girməsindən görünür olduqca əsəbləşib, Google`un Admob`u almasıdan və mobil reklama marağını artırmasından sonra Apple da onun çarxınsa çomaq salmaq istəyir =)
avatar

Sadig

+
+1
Teki yenilikler her zaman olsun ki…
avatar

KamalKMK

+
0
Məlumat üçün təşəkkürlər!Heç bu haqda məlumatım yox idi.Aprelin 7-sini gözləmək vare.«Apple»dan nə desən gözləmək olar)
avatar

GrAND

+
+1
Mojiva, admob-dan sonra maraqlıdır ki,bu necə xidmət olacaq. Belə baxanda iPhone proqramları üçün həddindən artıq dərəcədə rəğbət olan bir sahədir. Güclü düşünülmüş servis olarsa bu səbəbdən mobil bazarda tez yer tutacağına inanıram…
avatar

rashadaliyev

+
+1
Onsuzda Admob`u Google alan ərəfədə onun rəqibi Quattro`nu da satın alıbmış.
avatar

Shaig

+
0
Apple internet raklam isinde usaqdir
avatar

coser


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.