Apple →  Apple rəqiblərinə acıq verib


Apple`ın səhmdarları arasında toplantı keçirilibmiş. Əsasən bu yığıncaqlarda Steve Jobs iştirak etmir. Ancaq bu dəfəki yığıncaqda iştirak edibdi. Belə görsənir ki, nəsə vacib məsələləri müzakirə ediblər. Üstəlik yığıncaqdan sonra da Steve yaman iddialı danışıbdı. Onun açıqlamasına görə, Apple bundan sonra bir sıra riskli işlərə yatırım edəcəkmiş. Eyni zamanda bəzi şirkətləri də satın almaq niyyətləri var. Bu yatırımlarda isə, Steve Jobs uğursuzluq halında isə, 40 milyard dollarlıq nəğdinə güvəndiklərini dedi.
Apple`ın iPhone və iPod satışlarından hədis kar əldə etdiyi bilinir. Həmin gəlirlərə görə də Apple heç yerdən kredit almadan istədiyi işə sərbəst şəkildə girə bilər. Şirkətin belə böyümə potensialının olmağı və bunu yaxşı dəyərləndirməyi də, başda Google olmaq üzrə bir çox rəqib şirkəti də narahat edər yəqin.
Digər tərəfdən Google`un mobil telefonundan sonra Steve Jobsun səhmdarlar toplantısında iştirakı və sonrasındakı bu cür açıqlamaları adamda şübhələr də yaradır. Maraqlıdır görən Apple internet sahəsində nələrsə etməyi fikirləşir?

Yeri gəlmişkən qeyd edim ki, Apple`ın yeni qərarları arasında Çində 25 rəsmi store açmaq var.
Paylaş :
  • 0
  • 1 марта 2010, 02:25
  • Shaig

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.