Reytinq
0.00
səsıər:
0
avatar

Apple  



Apple →  iPhone 4S-in təqdimatından videolar [edit#1] [video]


Bu gün iPhone 4-ün tanıtımı oldu. Apple bu cür tanıtımları digər texnologiya şirkətlərindən fərqli olaraq canlı yayımla vermir. Ancaq tədbirdən canlı bloglar yazılır. Tədbirin mühüm hissələri barədə Weboxu-da Engadget və başqa resurslardan əldə etdiyimi mühüm məlumatları paylaşırdıq.
CNN isə tədbirin bəzi yerlərini video formatında internetdə yerləşdirib.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  Yeni iPhone 4S tanıdıldı [edit#2] + [video]


Apple aylardır gözlənilən iPhone-u tanıdacaq. Bununla birlikdə iOS 5 və iCloudun nə vaxt istifadəyə veriləcəyi bu tanıtımda bilinəcək.
Yeni iPhone-nun hansı kod adı ilə gələcəyi məluma olmasa da mediada iPhone 5 və iPhone 4S adları çox çəkilirdi.
Tədbir Apple-ın əsas mərkəzinin olduğu Cupertinoda təşkil ediləcək. Təqdimatı isə Tim Cookun etməsi gözlənilir
Tədbirdən vacib məqamları real vaxt ərzində bu yazıda bölüşəcəyik.
Tədbirdən maraqlı anlar və fotoları blogda istifadəçilərlə bölüşdük.
Apple-ın yeni telefonu iPhone 4S adı ilə istifadəyə verilir.


( Ətraflı oxuyun )
Paylaş :

Apple →  Steve Jobs, Apple CEO-luğundan istefa verdi

Steve Jobs, Çərşənbə günü həmtəsisçi olduğu Apple-ın idarə heyətinə istefasını təqdim etdi.

«Mən həmişə demişəm, əgər Apple CEO-su kimi öz vəzifəmin öhdəsindən gələ bilməsəm ilk olaraq özüm bu barədə məlumat verəcəm. Təəssüf ki, o gün gəlmişdir» deyə yazdı.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  AppStore Azərbaycan üçün də aktiv oldu [yenilənib]

Apple şirkətinə məxsus application mağazadı AppStore-da Azərbaycanın adı yox idi. Qeydiyyatdan keçmək, oradan nəsə endirmək istəyənlər qonşu ölkələr adından qeydiyyatdan keçirdilər.
Bu gün Apple-ın Azərbaycandakı mağazası Alma Store-un Facebook Page-ində bu barədə xəbər veriblər. Yazılana görə, App Store-da ölkəmizin adını əlavə etmək üçün Apple-ın Azərbaycandakı biznes partyoru olan Mac.az Ltd şirkətinin təşəbbüsü olub.
Bu mağaza Mac OS X Lion üçün olan Mac App Store-dur. Ümid edirik, ki yaxın vaxtlarda Azərbaycan Apple məhsullarında tam dəstəklənəcək. Mövzu barədə ətraflı olaraq İnfoCity-də yazılıb.
Qeyd edək ki, dünyada fəaliyyət göstərən nəhəng şirkətlərdən yalnız Apple-ın application mağazası Azərbaycan üçün aktiv deyildi. Bundan əvvəl Blackberry-nin mağazası App World və Google Androidin mağazası Android Market də Azərbaycan üçün aktivləşmişdi. Beləliklə texnologiya nəhənglərinin Azərbaycan bazarına girişləri də sürətlənir.


Yeniləmə #1: 25 iyul — iTunes Store-da da Azərbaycan adı aktivdir. Artıq istənilən şirkət öz app (proqram) –ini hazırlayaraq App Store-da yerləşdirə və lokal iPhone, iPad və iPod touch istifadəçilərinin onların xidmətlərindən yararlanmasına şərait yarada bilərlər.
Paylaş :

Apple →  WWDC 2011-dən bəzi qeydlər - Mac OS X "Lion", iOS 5, iCloud


Apple-ın hər ilki WWDC tədbiri bu ildə reallaşdı. İnsanları başlarına yığıb yenə öz yeniliklərini tanıtdılar.
Bu event-dən maraqlı bəzi qeydləri yazıda oxuya bilərsiniz.
Konfrans əsasən 3 başlıqda aparıldı.
Mac OS X «Lion»
iOS 5
iCloud


( Ətraflı oxuyun )
Paylaş :

Apple →  “Angry Birds” oyun müsabiqəsi.

Press-reliz: 27, 28, 29 May tarixlərində Alma Store mağazalarında “Angry Birds” oyun müsabiqəsində iştirak et, oyunda iştirak et və Apple iPad, iPod touch, iPod nano və ya onlarla dəyərli hədiyyə qazan.

Müsabiqə haqqında məlumat
“Angry Birds” Apple istifadəçiləri arasında ən məşhur olan oyunlardandır. Müsabiqə daha əvvəl başda New York olmaqla dünyanın bir çox ölkələrindəki Apple Store və Apple Premiun Reseller mağazalarda keçirilmişdir. Artıq Azərbaycanda da “Angry Birds” fanları da bu oyun üzrə öz məharətlərini göstərə biləcəklər.

Müsabiqə şərtləri
— Müsabiqədə iştirak etmək üçün:
1) Ad, soyad və yaşınızı mayın 27-dək info@almastore.az e-mail ünvanına “Angry Birds” başlığı ilə göndərirsiniz.
2) Və müsabiqənin keçriləcəyi tarixlərdə Park Bulvar AVM, 3-cü mərtəbədə yerləşən Alma Store mağazasına gələrək oyunda iştirak edirsiniz.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  Apple 1 trilyona doğru


Apple-ın 1 trilyon dollara çatan ilk şirkət olma ehtimalı çox yüksəkdir.
Formula Capital-dan James Altucher, Businnes, Businnes Insider ilə etdiyi reportajda; inanılmaz sürətli və balanslı bir inkişaf sərgiləyən Apple-ın 1 trilyon dollarlıq ilk şirkət olacağını söylədi.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  Ağ iPhone 4 satışa çıxır


Engadgetin verdiyi məlumata görə, Vodafone İngiltərə qısa zamanda iPhone 4 satışlarına başlayır. Hətta bir satıcılarından biri qara zənn edib səhvən bir dənəsini artıq satıb. Yaxşı ehtimalla 27 Apreldə yəni 2 gün sonra satışa çıxarılacaq, pis ssenari isə önümüzdəki həftəni göstərir.

Bəs Azərbaycan üçün nə gözlənilir? Əlbəttə qeyri-müəyyəndir. Bizdə operatorlar Blackberry-dən başqa heç bir smartfonu rəsmi satmırlar.
Paylaş :

Apple →  Apple iOS 4.3 çıxdı


Apple iOS 4.3 update-i bu gün çıxdı.
Əgər iPhone 4, iPhone 3GS, iPod touch 3G / 4G və iPad 1 sahibisinizsə, bu proqramı endirib cihazınızı update edə bilərsiniz. Cihazınızı kompüterə bağlayıb iTunes üzərindən bunu edə etmək mümküdür.
Alternativ olaraq da aşağıdakı linklərdən istifadə etmək olar.

iPhone 4
iPhone 3GS
iPod touch 3rd gen
iPod touch 4th gen
iPad
Apple TV
Paylaş :

Apple →  iPhone Nano proyekti


Applenin mobil cihazlarda istifadə etdiyi əməliyyat sistemi iOS həm interfeys həm də touchscreen performansı olaraq digər əməliyyat sistemlərini kölgədə qoysa da son illərdə mobil bazarın olduqca genişlədiyini görən dünyanın ən böyük axtarış mühərriki Google, açıq qaynaq koduyla təqdim etdiyi Android əməliyyat sistemi, iOSin ən böyük rəqibi oldu. Apple kimi yalnız yüksək seqmentdə ağıllı telefon çıxaran HTC, məhsullarında Android əməliyyat sistemini istifadə edərək cihazlarına dəyər qatır və bu bazarda Applenin ən böyük rəqibi olaraq görünür. Digər tərəfdən Samsung, LG kimi firmalar da yuxarı seqment ilə bərabər orta seqment üçün də telefonlar istehsal edir. Amerika bazarında isə Motorola Androidli smartfonları ilə iPhone üçün başağrısına çevrilir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 12 февраля 2011, 03:53
  • Weboxu
  • 1+1