Android →  Android 5.0 Jelly Bean bu ilin 2-ci rübündə istifadəyə verilə bilər


Google Android 4.0 Ice Cream Sandwich, daha yeni istifadəyə verilməyə başlamasına baxmayaraq artıq 5.0 haqqında məlumatlar yayılmağa başlayıb. Digitimesin Tayvan mərkəzli tədarükçülərdən öyrəndiyi məlumatlara görə kod adı Jelly Bean olacaq Android 5.0 əməliyyat sistemi, 2012-ci ilin ikinci rübündə çıxacaq.

Ice Cream Sandwich hələ cəmi 1% Androidlərdə var ikən yeni bir versiyanın bu qədər tez gəlməyi sual doğura bilər. Deyilənə görə bunun səbəbi yeni əməliyyat sisteminin əsasən smartfonlardan daha çox tablet PC-lər üçün nəzərdə tutulmağıdır. Eyni zamanda Chrome OS ilə də inteqrasiya edilə biləcəyidir.
Hətta bəziləri ‘Chrome OS yerinə Android 5.0, keçəcək' fikirlərini belə irəli sürməyə başayır.

Yeni çıxacaq Android 5.0-ın tablet PC-lər üçün daha çox xüsusiyyətlərə malik olacağı təxmin edilir. Tayvan şirkətinin iki OS-li planşetlər çıxarmağa hazırlaşdığı da gələn məlumatlar arasındadı. Belə vəziyyətdə, bu ilin sonlarına doğru həm Android həm də Windows OS-li həblər görə bilməyimiz mümkündür.
Windows 8 ilə Android 5-in eyni anda qurulduğu və cihazı bağlamadan OS-lər arası keçişin edilə biləcəyi planşet modelləri bir çox cihazda gələ bilər.
Paylaş :
  • 0
  • 16 февраля 2012, 17:15
  • Weboxu

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.