Reytinq
+2.26
səsıər:
2
avatar

Android  



Android →  Huawei-dən Android 3.2 ilə işləyən planşet: MediaPad


Çinli istehsalçı Huawei, irəli düşərək Android 3.2 əməliyyat sisteminə sahib planşeti çıxaracaqları barədə açıqlama verdi. Məhsulun payız aylarında istifadəyə verilməsi planlaşdırılır.

Çinli mobil cihaz istehsalçısı Huawei, planşet bazarında Samsung və Apple-dən pay qoparmağa çalışan firmalardan yalnız biridi. MediaPad adlı planşet görünüş və təchizat olaraq digər planşetlərdən çox fərqli deyil. Tək bir şey xaric. Huawei MediaPad-ın fərqi Android 3.2 əməliyyat sisteminə sahib olmasıdı. Android istifadə edən bütün planşet istehsalçılarından əvvəl davranaraq Android 3.2 istifadə edən məhsulu açıqlayan firma istədiyi diqqəti beləcə üzərinə çəkə bildi.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android Market artıq tətbiqlərin hansı cihazlarla uyğun olduğunu göstərir

Androidin rəqibi iPhone-a qarşı ən böyük çatışmamazlıqlarından biri cihaz və Android versiya müxtəlifliyinin çox olması səbəbiylə ortaya çıxan uyğunluq problemi idi. Android Marketə gətirilən yeni xüsusiyyət ilə, bir app endirmədən əvvəl Google hesabınızda qeydə alınmış Android cihazlarınızın hansılarıyla uyğun olduğunu görə bilir və ona görə yükləmənizi reallaşdırırsınız.

Bu yeni xüsusiyyət ilə, tətbiqlərin şərhlərini oxumaq ya da başqa istifadəçilərin şərhlərini gəzmək məcburiyyətində deyilsiniz. Çox vaxt onsuz da app-ın detallarını oxumaq istəməyən istifadəçilər, app-ın idarəsini cihaza yüklədikdən sonra deyil endirmədən edə biləcəklər.
Paylaş :

Android →  Android Market-də pullu app.-lar Azərbaycan üçün də açıldı!

Twitter-də verilən bir sualdan sonra bunu indi yoxladım. Android Market-də pullu applicationları artıq görə bilirəm:

Yəqin ki, bu da Google I/O eventinin nəticəsidir.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Google Docs app Android Mağazasında


Google-un sənədlər düzəldib, tənzimləməmizə, internetə yükləməmizə və online paylaşmamıza imkan verən Google Docs tətbiqi Android Mağazasındakı yerini aldı.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android Ice Cream ilə Google TV, Android smartfonlar və Tablet PC-lər birləşir


Google-un Android Ice Cream planları düşünüləndən də geniş və əhatəli ola bilər. GTVSource saytının qaynaqlarından aldığı məlumatlara görə Androidin gələcək versiyası yalnız Android 2.3 Gingerbread və 3.0 Honeycomb versiyalarını bir-birinə yaxınlaşdırmaqla qalmayacaq, Google TV üçün də xidmət edəcək şəkildə üç kod əsasını tək bir proyektdə birləşdirəcək. Yeni versiyanın 2011 May ayındakı Google I/O konfransında açıqlanmağı gözlənilir.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Adobe Flash player 10.2 martın 18-də Android üçün gələcək


Adobe Flash Player 10.2-nin Android platforması üçün bu həftə etibarilə yeni versiyası çıxacaq. Adobe-un açıqlamasına görə 10.2 versiyası 18 Mart Cümə günü Android Market üzərindən istifadəyə veriləcək.


( Ətraflı oxuyun )
Paylaş :

Android →  Oktyabr 2008 - Yanvar 2011 Android-li alətlərin aktivləşdirmə videoqrafikası

Paylaş :

Android →  İki ekranlı Android - Sprint Kyocera Echo


Bir müddət əvvəl 3 ekranlı telefon konsepsiyası barədə məlumat yayılmışdı. Bu dəfəki isə konsepsiya deyil, artıq telefonun özüdür.
2 ədəd 3.5 düymlük 800x480 ekrana sahib olan Kyocera Echo, Android 2.2 əməliyyat sistemini istifadə edir. 5 megapiksel kamera və 1 GHz prosessorlu telefon, 199 dollardan iki illik kontraktlı olaraq istifadəçilərə satılacaq. Kontraktsız qiyməti isə hələki bizə məlum deyil.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Ice Cream fərqli olacaq.


Android Ice Cream, Honeycombun bəzi xüsusiyyətlərini smartfonlara gətirəcək.
Daha çox tablet cihazları hədəfləyən Honeycomb (Android 3.0) telefonlarda istifadə edilmir. Google, GRI17 (Ice Cream) əməliyyat sistemi ilə Honeycombun bəzi xüsusiyyətlərini ağıllı telefonlara əks etdirəcəyini açıqladı.

Android telefonları, Android tablet PC-lərə yaxınlaşdıracaq olan bu yeniliklərin detalları hələ müəyyən deyil. Lakin Ice Cream gəldiyində detallar dəqiqləşəcək. Bu ilin sonunda meyvələrini verməsi gözlənilən bu yeniliyi izləməyə davam edəcəyik.
Paylaş :

Android →  Android Marketin web versiyası açıldı


Google yenicə olaraq Android Marketin web versiyasını təqdim etdimarket.android.com/. Əvvəllər təkcə mobil applicationdan aktiv idi. Android Marketi internet üzərindən gəzmək üçün www.appbrain.com saytına daxil olmaq lazım idi. Bundan sonra yəqinki həmin saytın da ziyarətciləri azalacaq.
Google indiyə qədər Android Marketdə əsas kəmiyyətə üstünlük verirdi. Bu il yayılan xəbərlərin ümumi məzmunundan belə qənaətə gəlmək olar. Böyük ehtimalla 2011-ci ilin sonunda Google, Android Marketin kontentini də istədiyi səviyyəyə gətirəcək.
Paylaş :