Reytinq
+2.26
səsıər:
2
avatar

Android  



Android →  Android 5.0 Jelly Bean bu ilin 2-ci rübündə istifadəyə verilə bilər


Google Android 4.0 Ice Cream Sandwich, daha yeni istifadəyə verilməyə başlamasına baxmayaraq artıq 5.0 haqqında məlumatlar yayılmağa başlayıb. Digitimesin Tayvan mərkəzli tədarükçülərdən öyrəndiyi məlumatlara görə kod adı Jelly Bean olacaq Android 5.0 əməliyyat sistemi, 2012-ci ilin ikinci rübündə çıxacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android ICS 4.0-a keçəcək HTC modelləri


Androidin yeni versiyası olan ICS 4.0 hələki bazardakı Android telefonların 1%-də mövcuddur. İstehsalçı markalar isə «update» (aktuallaşdırma) edəcəkləri device-larını mətbuata təqdim etməyə başlayırlar. Aktuallaşdırma mövzusunda HTC-dən yeni bir açıqlama gəldi. Firmanın Facebook hesabından etdiyi şərh ilə birgə HTC Desire HD, Desire S və Incredible S modellərinin də, Android 4.0 aktuallaşdırmasını ala biləcəyi açıqlandı.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android üçün Chrome istifadəyə verilir


Google-un kompüterlər üçün brouseri Chrome internetdəki uğurlu gedişatından sonra Android brouserlər üçün Beta formasını təqdim edir.
Bu barədə Chrome blogunda məlumat verilib.
Mobile Chrome yeni versiya olan Android 4.0 Ice Cream Sandwich-lərdə aktiv olacaq. Bu həm mobile həm də tablet PC-lərdə istifadəyə açıq olacaq. Aşağı versiya brouserlər üçün aktiv deyil.
Android Marketdən Beta versiyanı endirib test etmək mümkündür.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Google, Android developerlərinə menu buttonu haqqında xəbərdarlıq etdi


Android 4.0 Ice Cream Sandwich-in çıxması ilə birgə istifadə olunmayacaq menyu button-u (düyməsi), Google tərəfindən edilən bir xəbərdarlıq mesajıyla gündəmə gəldi.

Android Developers Blog üzərindən edilən xəbərdarlıqda Google, app developerlərin yeni dizaynlarını menyu düyməsi istifadəsinə gərək olmayacaq şəkildə hazırlamasını tövsiyə etdi.

Android 3.0 Honeycomb-da başlayan menyu düyməsi olmayan Android interfeysi axını, Android 4.0 ilə birlikdə fərqli bir anlayış ilə davam edəcək. Belə düşünmək olar ki, 2012-ci ildə Android interfeysi üzərində cəsur və yenilikçi application (tətbiq) dizaynları görə bilərik.
Paylaş :

Android →  "Android Market"-də endirilən tətbiqlər 10 milyardı keçdi


Mobil əməliyyat sistemi bazarında iOS və Android arasında gərgin çəkişmə olsa da açıq qaynaqlı olmağına görə Android bir addım daha öndədir. Google-ın əməliyyat sistemi Androidin rəsmi blog səhifəsindən edilən açıqlamaya görə Android Marketdən bu günə qədər endirilən tətbiq sayı 10 milyardı keçdi.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android.com yeniləndi


Google öz əməliyyat sistemi Androidin versiyasını 4.0-a yenilədi. Ötən ay təqdimat elan oldu. Google, Androidin saytını — android.com-u da yeniləyib. Google son zamanlarda bütün servislərini ümumi stilə sadiq qalaraq yeniləyirdi. Androidin ümumi cizgiləri də yeni stilə uyğun gəlir.
Saytda əvvəl daha çox developerlər nəzərə alınırdı. Androidin API-ləri haqqında məlumat və SDK endirimi daha ön planda idi. Artıq sayt təkcə developerlər üçün deyil bütün istifadəçilər əməliyyat sistemi barədə məlumat almaqlarına kömək edəcək şəkildə qurulub. Dizaynda yenə də Google-un minimalistlik stilinə sadiq qalınıb. Eyni zamanda HTML5 texnologiyasından da istifadə edilib.
Paylaş :

Android →  Google/Samsung Nexus Prime-ın təqdimatı təxirə salındı edit#2


Samsung ilə Googlenin birgə çıxaracağı Android nəsilinin yeni üst səviyyəsi telefonu Galaxy Nexusun (Nexus Prime) təqdimatı təxirə salındı.

Əvvəlcədən də məlumat verdiyimiz kimi, model 11 Oktyabr tarixində təşkil ediləcək olan Samsung Mobile Unpacked 2011 fəaliyyəti daxilində tanıdılacaqdı. Google və Samsungdan mövzuyla əlaqədar edilən ortaq açıqlamada təxirə salmanın detallarına dair bir məlumat yoxdur. Deyilən tək şey yeni bir məhsul təqdimatı üçün doğru zaman olmadığıdır.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  3 günlük Batareya saxlayan Huawei Honer


Avqust ayının son günlərində internetdə görüntüləri yayılan Huaweinin yeni Android əməliyyat sistemli ağıllı telefonunun olduqca yaxşı xüsusiyyətlərlə gələcəyi bilinirdi. Huawei markasına daha çox alt və orta seqment telefonlarında rast gəlirik. Lakin Honor bir az daha üst seqmentə xitab edən smartfon olacaq!

Ortaya çıxan texniki xüsusiyyətlərin bir qisimi təsdiqləndi. Huawei Honor, 1.4GHz tək nüvəli prosessor, 4 düyüm FWVGA (854 x 480 piksel) həllolma əmsalı, touchsreen ekran, 4GB Daxili yaddaş, microSD kart slotu (32GB-a qədər dəstəkləyir.), 512MB RAM, 8MP arxa, 2MP ön kamera və 1900mAh standart Lityum iyon batareya ilə gəlir. Sahib olduğu digər xüsusiyyətlər isə belədir;

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 27 сентября 2011, 16:07
  • Weboxu
  • 2+2

Android →  Android 4.0 "Ice Cream Sandwich" oktyabr və ya noyabr ayında çıxır


Android nəsilinin yeni nümayəndəsi olacaq Android 4.0 (Ice Cream Sandwich) versiyasının çıxışının təqribi vaxtı bilindi.

Google idarə heyətinin sədri Eric Schmidt tərəfindən birinci ağızdan edilən açıqlamaya görə, Android 4.0 ya önümüzdəki ay içərisində, ya da ən pis ehtimalla noyabr ayında çıxacaq. Hərçənd yeni əməliyyat sistemi ilə istifadəyə verilməsi gözlənilən Nexus Prime-ın oktyabrda çıxacağı deyilir. Bu da düşünməyə əsas verir ki, böyük ehtimalla elə birlikdə ictimaiyyətə təqdim ediləcəklər.

Bildiyimiz kimi Android 4-ün ən əhəmiyyətli xüsusiyyəti planşetlərlə smartfonların birləşdirəcək olmasıdır. Yəni, Android 2.x «Gingerbread» ilə Android 3.x «Honeycomb» versiyalarını sinxronizasiya edəcək. Google-un kameraya daxili panomara xüsusiyyəti əlavə etdiyini də bilirik. Əsas dəyişikliklər isə interfeys təməlli olacaq. Bu da düşünməyə əsas verir ki, yeni versiya Androidin son bir ildəki device-larda dəstəklənmək ehtimalını gücləndirir.
Paylaş :

Android →  Android üçün Gmail yeniləndi


Yeni versiya ilə birlikdə bir çox bug-lar fix olunduğu kimi, yeni xüsusiyyətlər də əlavə olunub. İstifadəçilərin ən çox şikayət etdiyi problemlərdən biri də tətbiqin gərəyindən çox batareya xərcləməsi idi. Ancaq Google bu problemi də tamamilə arada qaldırmış vəziyyətdədir.

Yeni versiya sayəsində artıq labellərə görə, gələn e-poçtun bildiriş musiqi tonunu fərdiləşdirmək mümkündür. Gələn digər yeni xüsusiyyətlərdən bəziləri belədir:

Göndərənlər üçün "Şəkil Göstər" xatırlama xüsusiyyəti
Müraciət üçün daha yaxşı TalkBalk dəstəyi
Performans artımı
Labelə görə bildiriş tonu seçə bilmək
Sinxronizasiya prioriteti
Paylaş :