Təhlil → Azərbaycanda browserlərin statistikası: Statcounter 2010

Mətbuatda oxuduğumuz kimi, brouser bazarında Explorer artıq öz mövqeyini itirir. -a görə Avropada ümumiyyətlə liderliyi əldən verib. Dünyada isə kəskin azalma olmağına baxmayaraq hələki birinciliyini qoruyur. Ancaq kifayət qədər azalmaları var.
2009-un dekabr ayında bazarın 55.72%-ni tutan Explorer 2010-cu ilin eyni ayında 46.94%-ə geriləyib.
FireFox-da da az geriləmə var 31.97%-dən 30.76%-ə geriləyib. Ən çox diqqəti çəkən isə Chrome-dur. Demək olar ki Explorerin bazar payını tamamilə Chrome yeyir. 5.45%-dən 14.85%-ə qalxıb. FireFoxun son zamanlarda Chrome-a qarşı sürətdə uduzması olmasa idi bəlkə də Explorerin bazar payından FireFox da alardı. Amma həm Google-un öz saytlarında Chrome-u təbliğ etməyi, həm də keyfiyyətinin artımağı onu bazarda mühüm oyunçu edib. Yəqinki 2011-ci ildə bu 3 brouserin — İ.E. Firefox və Chrome-un yarışını izləyəcəyik. Bu artım faizi ilə getsə gələn ilin sonunda Chrome liderlik üçün Firefoxla mübarizə apara bilər.
Bazarda stabil oyunçu olan Safari və Opera-da olduqca cuzi artımla öz mövqelərini qoruyurlar:

1. İ.E. 46.94%
2. Firefox 30.76%
3. Chrome 14.85%
4. Safari 4.79%
5. Opera 2.07%
Bəs bizim bazarda vəziyyət nə yerdədir?
Ümumi baxışda gördük ki, dünyada ilk üçlük bəllidir. Sadəcə bəzi qitələrdə birinci ilə ikincinin yeri dəyişir.
Azərbaycan bazarında vəziyyət daha fərqlidir:
2009-un sonunda 55.94% olan Explorer kəskin düşərək 39.22% gəlib. Bu gedişlə davam etsə bizim bazarda da liderliyini itirə bilər.
İkincilikdə isə bütün dünyadan kəskin şəkildə fərqli olaraq Operadır. 25.09%-dən 29.34% -ə qalxıb. Firefox da bazar payını artırıb. 14.07%-dən 17.27%-ə qalxıb. Bizdə də Explorerin bazar payından ən çox yeyən Chrome olub — 3.77%-dən 12.69%-a qalxıb. Sonuncu yerdə 1.32%-lə Safaridir.
Bir sözlə bütün brouserlər payını artırarkən, Explorer itirir. Belə davam eləsə Azərbaycan bazarında da Explorer mövqeyini itirə bilər və bazarın lideri dəyişər.

1. İ.E. 39.22%
2. Opera 29.34%
3. Firefox 17.27%
4. Chrome 12.69%
5. Safari 1.32%%
Bizim blogda isə 2010 dekabrına olan vəziyyət:

1. Firefox
2. Chrome
3. Opera
4. Internet Explorer
5. Opera Mini
5. Safari
Göründüyü kimi Safari Opera Mini mobil brouserindən belə azdır.
-da 31 dekabra olan göstəricilər isə :

Qeyd edim ki, bu statistika ilk10.az-da qeydiyyatdan keçmiş saytların ümumi statistikasıdır. Heyif ki, aylıq vermir təkcə günlükdür.
Mənim diqqətimi başqa bir məqam da çəkdi. Azərbaycanın statistikasına baxanda qonşu bazarlara da baxdım. Rusiya, Gürcüstan, Ermənistanda Explorerin vəziyyəti ağırdı. Türkiyədə isə Explorer bazar lideridir. Burda yəqin ki, Microsoft Türkiyənin fəal işləməyinin böyük rolu var. Həm də irəlidə olan Explorerin son versiyaları daha çox istifadə edilir.
Böyük bazara malik qonşuların statistikası:
Rusiya :
1. Firefox 33.22%
2. Opera 31.51%
3. İ.E. 21.81%
4. Chrome 11.33%
5. Safari 1.56%
Türkiyə :
1. İ.E. 69.02 %
2. Firefox 17.04%
3. Chrome 12.72%
4. Opera 0.75%
4. Safari 0.43%




Şərhlər (5)
RSS yığmaq / açmaqanar
Shaig
Tural
DeviD
Ona görə ayırmadımki versiyaları. Onda gərək bütün brouserlərin versiyalarını ayırardım. Ayıranda isə belə bir mənzərə ortaya çıxır:
1. İ.E. 8.0 — 20.94%
2. Opera 10.6 — 14.04%
3. Firefox 3.6 — 13.36%
4. İ.E. 7.0 — 10.88%
5. Chrome 8.0 — 8.98%
6. İ.E. 6 — 7.19%
7. Opera 11.0 — 4.32%
8. Opera 9.6 — 2.44%
9. FireFox 3.5 — 2.18%
10. Opera 10.1 — 2.16%
11. Opera 10.5 — 2.07%
12. Opera 10.0 — 1.79%
13. Others — 9.66%
Shaig