Təhlil → Facebook-un pulsuz mobil platformu
yeni servisi olan 0.facebook.com -u . Başlıqdan da oxuya biləcəyiniz kimi bu pulsuz mobil platformadır. Xatırlayan olar yəqin ki, bir müddət əvvəl Facebook lite versiyasının fəaliyyətin idayandırmışdı. İndiki versiyada bir növ onu xatırladır mənə. Ancaq burada mahiyyət daha başqadır. Facebook-un özünün açıqladığı rəqəmlərə inansaq, 100 milyondan çox sırf mobil istifadəçisi var. Bu isə çox böyük rəqəmdir. İndiki servis isə 40-a yaxın ölkədə 50-dən çox operator tərəfindən pulsuz olaraq fəaliyyət göstərəcək. Yəni saytda mobil telefondan daxil olmaq, status update-ləri, dostluq təkliflərinin dəyərləndirilməsi, şəxsi mesajlar və s. pulsuz olacaq. Təkcə fotolara baxmaq pullu olacaq. Beləcə mobil istifadəçilərə daha yaxın olacaq və paralel olaraq da istifadəçilərini daha da çoxaldacaq. Dəstəkləyən ölkə və operatorlar:

Siyahəya baxanda Azərbaycanı görməmək adamı o qədər də təəccübləndirmir. Statistikaya əsasən 80 ölkədə 200-dən çox operator öz reklamlarında Facebookdan istifadə ediblər. Təbii ki, bu əsasən 3G reklamlarında idi. Beləcə daha tez və effektli şəkildə 3G — mobil internetin istifadəsini yayırdılar.
Mənə maraqlı olan isə Azərbaycanda yeganə 3G dəstəkli operatoru niyə reklamlarında bu tip məhsullardan istifadə etmir. Bir dənə . Başqa da heçnə yoxdur. Halbu ki, Azərbaycanda mobil internetdən istifadə edən kifayət qədər çox adam var. Vap saytlar tərəfə nəzər salsaq aydın görə bilərik. Əgər Azerfon da bu siyahıya qoşulsa idi, deməyə "ən" dən başqa daha çox sözləri olardı




Şərhlər (10)
RSS yığmaq / açmaqSadig
kiber
Shaig
Bizim operatorlar ümumi qazancın 50%-ni özlərinə götürürlər, səncə onlarla iş görmək olar? həm də pulsuz? Gərək ən azı bizdə də 4 milyonluq istifadəçisi olan bir sayt olsun ki, bəlkə onda Azərcell(və ya başqaları) belə bir şeyə addım ata =)
kiber
Millenium
ORIK
Strange
Shaig
Strange
Elliot