Təhlil →  Android və iPhone, Google istəyinə çatır...


Google-un Nexus One-ı uğursuz kimi qiymətləndirilir analitiklər tərəfindən. Çox tez-tez o iPhone ilə müqayisə olunur. Eyni vaxt dilimində satış göstəriciləri qarşılaşdırılır. Mən isə Google-un müvəffəqiyyətini cihazda deyil, daha çox əməliyyat sisteminin yayılmasında görürəm. Ola bilər ki, Nexus One satışları o qədər də uğurlu olmamışdı. Ancaq Motorola Droid-in satışları kifayəq qədər uğurlu oldu. Fikrimcə Google-a lazım olan da budur. Əsas məqsəd əməliyyat sistemini yaymaq və Android Marketdən gəlir götürmək. Buna görə də Android Marketdə olan Applicationların sayının artmasında maraqlıdır və buna səy göstərir. Yəni bir növü o Apple-ın bazarına girməkdən daha çox, öz bazarında olan elektron ticarətdə də liderliyə yüksəlmək istəyir. Yəni hədəf iPhone-dan daha çox, Apple-ın AppStore-udur. Məhz ona görə də yeni çıxacaq Google Tabletdə də əməliyyat sistemini Chrome OS deyil, Android edəcəklər.

Belə görsənir ki, Google istəyinə nail olur. Bu gün oxudum ki, Google-un mobil əməliyyat sistemi Android, Apple iPhone-un əməliyyat sistemini Amerika üzrə keçdi.


Əslində bunu təkcə iPhone və Android olaraq dəyərləndirməmək də olar. Ümumiyyətlə əməliyyat sistemləri arasında olan bir mübarizədir. Ancaq mən ikisi haqqında şərh edəcəm.
Statistikaya görə 21% iPhone, 28% isə Android istifadə edilir. Cədvələ baxanda Androidin sürətli yüksəlişini də görmək olar. Düzdür bu hələki təkcə Amerika daxilində olan göstəricilərdir. Ancaq nəzərə almaq lazımdır ki, Androidli telefon istehsalçısı olan Motorola da daha çox bazar payına Amerikada malikdir. Nexus One isə Avropaya yeniliklə, Vodafone vasitəsi ilə gələcək. Deməli Androidi gözləyən böyük bir bazar daha var. Dünyada da Android, iPhonu keçə bilər.
Beləcə Google əməliyyat sistemini açıq qaynaqlı etməklə çox ağıllı bir hərəkət elədi. Beləcə çox telefon istehsalçısı ondan istifadə edir. Nəticədə əməliyyat sistemi yayılır və Android Marketdən istifadə edənlərin sayıt artmağa başlayır. Google isə pulunu buradan qazanır. Nəzər alsaq ki, AdMob-u da Google alıb. Deməli mobil reklamçılıqdan da gəlir götürmək üçün planları var.
Paylaş :
  • +2
  • 12 мая 2010, 23:16
  • Shaig

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.