Təhlil → HTML5 və Flash

Əvəllər düşünməzdim ki, HTML ilə Flash-ı bir-biri ilə qarşılaşdırmaq məntiqli gəlsin. İndi isə aktual qarşılaşdırmalardan biridir. Xüsusi ilə `ın öz məhsullarında onu dəstəkləməməsi məsələni lap qızışdırır. İndi texnologiyada hər kəs Flasha qarşıdır kimi bir fikir formalaşmağa başlayır məndə. İlk olaraq S.Jobs — Apple, Flashı tərk etdi. Öz açıqalamarında Flashı dəstəkləməmə səbəblərinin başlıca olaraq texnoloji tərəfdən geri qaldıqlarını, sürət və təhlükəsizlik problemləri olduğunu göstərdi. Əvəzinə HTML5-i məsləhət görür. iPad və iPhone-larda artıq flasha icazə yoxdur…
isə hələki məsələdə tərəf tutmur (ya da mən qarşılaşmamışam). Hər iki formatı dəstəkləmək fikrindədir.
təmsilçiləri isə HTML5-in tərəfdarıdır. Deyirlər ki, Flash-sız web olmaz, ancaq gərək Flash özünü təkmilləşdirə. İndi kifayət qədər problemləri var.
isə bu mübahisədə Flashdan tərəf durandır. Android platformaasında — eləcə Google Tabletdə Flash dəstəyi olacaq. Hətta Chrome-un yeni versiyasında isə Flash əlavə plugin olaraq deyil, Chrome-un öz daxilindədir.
Microsoft-Explorer isə onsuzda müassir standartları dəstəkləyən bir browser deyil. Ancaq yeni, 9-cu versiyası üzərində iş gedir. Hətta beta testlərini belə . Təmsilçilərindən Dean Hachamovitch deyib ki, HTML5 web standartlarının gələcəyidir. Yeni versiya ilə birgə CSS3 də dəstəklənəcək. Microsoft da Flashla yaxşı keçinməyənlər arasındadır. Onlarda eyni bəhanələr — «sürət və təhlükəsizlik» bəhanələrini gətirirlər. Ancaq internetdə çox contentin Flashda olduğunu nəzərə alırlar və hələki ona dəstək verəcəklər kimi görsənir.
Belə görsənir ki, iki kəskin ayrı cəbhə var — Apple və Google. Biri tam dəstək verir, digəri isə dəstəyini tam kəsir. Qalan digərləri isə Flashı özünü təkmilləşdirməyə səsləyir. Əslində browser statistikaları isə götürsək, Flash çox şey itirmir. Ancaq imic cəhətdən bu ona böyük zərbədir. Nəzərə alsaq ki, digər firmalar çox vaxtı Apple-ı izləyirlər. Həmdə mobil cihazlar və application bazarından məhrum olur. Bəs maraqlıdır görən uzun müddət Adobe ilə əməkədaşlıq edən Apple niyə birdən-birə münasibətləri pisləşdirdi. Bu münasibətlər pisləşən zaman isə Google-un onla daha yaxın əməkdaşlığı tam başadüşüləndir. Application bazarını genişlətmək ona sərf edəcək. Flashla işləyən developerlər isə artıq AppStore üçün yox Android Market üçün yazacaqlar.
Mənə maraqlı gələn digər məqam isə Microsoft-un mövqeyidir. Özləri Flasha rəqib Silverlight texnologiyası inkişaf elətdirirlər. Buna baxmayaraq həmin texnologiya heç də Flashla rəqabət aparmağa qadir olmur. Demək olar ki, heç yanından da keçə bilmir. Ancaq hələ tam hazır olub üzə çıxmayan HTML5 çıxır və illərin Flashının başına ağrı olur. Bu bizim Microsoft da həmin o HTML5-i gur səslə açıqladıqlarını deyirlər. Məncə bu Silverlight-ın üstündən xətt çəkmək kimidir.
Subyektiv olaraq Flashın öləcəyinə nəsə inanmıram. Adobe o qədər də balaca kompaniya deyil. Əminəm ki, texnoloji cəhətdən müsbət yeniliklər edəcəklər. Digər tərəfdən əsasən bu mübahisələrdə Flashı ancaq video player kimi istifadəsindən danışırlar. Ancaq Flash təkcə bu deyil. Ən balaca olaraq bannerlərindən tutmuş, mürəkkəb oyunlarına qədər bir çox sahədə istifadə olunur. Bunları inanmıram HTML5-də etmək mümkün olsun.
Amma HTML5-də də çox gözəl yeniliklər var. Ancaq istifadə eləmək üçün hələki tezdir. Yəqin 2-3 ilə yayğın istifadə olunar. Ancaq bizim ölkədə nə vaxt istifadəyə keçər onu bilmirəm. Ümumiyyətlə bizim internetimizə bu münaqişə/mübahisənin heç bir təsiri olacağına inanmıram. Çünki, əksər istifadəçi köhnə browserlərdən xüsusi ilə IE6-dan istifadə edir. Normal browser istifadə edən advanced user-lər isə onsuzda lazım olan flashlara dəstəkləyən bir browser tapıb baxacaqlar.




Şərhlər (19)
RSS yığmaq / açmaqTuralfot
Shaig
Elliot
Shaig
Elliot
kataloq
kataloq
Düzü flashın video playerinin də işsiz qalmağı çətin məsələdir. Çünki dediyiniz kimi bir işarələmə dilində çətin flash playerin funksiyalarını əldə etmək mümkün olsun.
Shaig
jQuery ilə Flash olsaydı daha məntiqli gələrdi məncə mübarizələri :) Amma bu «yekə» şirkətlərin işini bilmək olmur ki :)))))
Panda
Shaig
Elliot
Flaşda qlobal yenilikdlər 3-4 ildirki yoxdur. Ona görədə Macromedia onu Adoba «satdı».
Apple onsuzda bazarın çox az hissəsini tutur…
Millenium
SilverLİght-a qətiyyən «daha imkanlı» demək düzgün deyil, ən yaxşı ehtimalda «daha perforanslı» deyə bilərsiniz. Amma o performansın özünə görə zibil tərəfləri var. İmkanlar baxımından Flash heç geriyə qalmır.
ActionScript2-dən 3-ə keçməyi qlobal yenilik hesab etmirsinizsə, mənim day heç sözüm yoxdur.
kataloq
ActionScript 3-ü deyə bilmərəm, amma 2-də matrixlərlə başım vaxtı ikən çox ağrayıb :'(
Millenium
Bu meqaleye elaven maraqlı olar bunu oxumaq
kerimovs
İlkin təəssürat isə onu göstərir ki, ola bilsin Apple artıq bu alternativi hazırlamışdı. Sadəcə diqqətləri bu mövzuya cəlb etmək lazım idi. Ona görə uzun müddət diqqətləri Flasha cəlb etdi. Flasha alternativ olaraq onsuz da HTML5 kimi işarələmə dilinin alternativ kimi göstərilməsi düzgün yanaşma olmazdı. Silverligth-ı rəqibi olduğu üçün göstərmirdi. Əvəzindən HTML5-i seçdi. Elə məhz ona görə də video player məsələsini qabartdı. İlk təəssüratlar onu göstərir ki, istəklərinə nail olurlar. Bütün diqqətlər o sahəyə yönəlib, hər kəs də bu sahədə çıxacaq yeni texnologiyaya maraq göstərəcək. Ehtimal ki, öz məhsulunu bazara çıxarıb promo etdikdən sonra yeni Flasha icazə verəcək.
Shaig
Bənzər misal: Windows özünü nə qədər dartsa da, o daim olaraq özünü MacOS-a oxşatmağa çalışır, amma daimi olaraq da gecikir, çünki ona çat-ha-çatda Mac artıq yeni daha gözəl imkanları təqdim edir…
kataloq
Çünki Mictosoftun GUİ əladır və asanddır. Mac-dan Windows-a keçənlər, rahat keçir, amma tərsinsinndə həmişə çətinlik çəkirlər.
Macla özümdün də şəxsi təcrübəm var. Deyim Windows qat-qat rahatdır. Düzdür, Mac-da yaxşı security seçənəkləri var, amma yeri maclıq yox Vindovsluqdur.
Millenium
Millenium