Təhlil →  Dünyanın böyük saytlarının .Az domainləri


Bu mövzuya toxunmaq çoxdan bəri ağlımda idi. Ancaq ətraflı araşdırma üçün vaxt olmurdu. Mən də fikirləşdimki, yaxşısı budur hər dəfə vaxt edəndə bir az baxım, yazım və qaralamada saxlayım. Yadımdan çıxanları şərhlərdə paylaşarıq. Demək olar ki, mənim baxdıqlarım arasında konkret tendensiya ilə qarşılaşmadımki, bir qayda olaraq hamsı boş və ya alınmış olunsun. Maraqlı nəticələrlə rastlaşdım.
Dünyada böyük sayt deyəndə, təbii ki ağlımıza ilk əvvəl Google gəlir. Google`un da .az sonluqlu domaini var — Google.az.

Yəqinki bu haqda çox yazmağa ehtiyac yoxdur. Hər kəs tanıyır. Ona görə də digərlərinə keçirəm.
Yahoo ilə davam edirəm. Yahoo.az`ı da özləri qeydiyyat edibdi.

Düzdür .az domaininə məxsus sayt qurulmayıbdı. Daxil olanda world.yahoo.com `a yönlənir. Nə vaxt buna aid ayrıca bir sayt qurular, Yahoo bizim bazar haqqında düşünər demək çətindir. Amma domainləri özlərindədir.
Baxılacaq digəri isə başqa bir internet nəhəngi Microsoft olsun. Onunda domaini özünə məxsusdur.


Microsoft.az da Azərbaycana yönəlmiş, Azərbaycan dilində olan saytdır.

Dünyada Google`un ardınca ikinci olan Facebook`un isə .az domaini free görsənir. Maraqlıdır tərkibində Azərbaydan dili olan belə böyük sayt niyə .az domaininə sahib çıxmayıbdı.


Mikrobloq sistemi olan Twitter isə .az domainin alıbdı. Twitter.az isə əsas sayta yönlənir.


Google məhsullarından olan, dünyanın ən böyük video paylaşım saytı Youtube`un .az domaini yoxdur.


Microsofta məxsus Live.com domainin (Alexa sıralamasında 5-ci yer). Həmin domainin .az`ı isə özlərinə məxsus deyil, hansısa yerli bir sayta yönlənir:


Ən çox istinad edilən mənbə olan Wikipedia`nın Azərbaycan domaini fərdi şəxsə malikdir. Həmin domain isə wikipedia.az yönlənir Birja qəzetinə.

Nəsə Wikipedia`nın domainin fərdə məxsus olacağına inanmazdım.

Boş domainlər siyahısında MySpaceWordpress də var.


Microsoftun axtarış motoru Bing`in .az domaini isə sərbəst deyil. Ancaq qeydiyyatçı nəsə İtaliyanı göstərir. İnformasiya arasında isə Microsoft detalları tapa bilmədim:


Amazon`un .az domaini də özünə məxsus olanlardandır:


Şimal qonşumuz Rusiyanın axtarış motoru Yandex`in də .az domaini aktivdir.

Qeydiyyat edənin adı fərdi şəxs kimi görünsə də, NS`ləri Yandex`ə aid görünür. Eyni zamanda Yandex.az özü də Yandex.ru`ya yönlənir.
Paylaş :
  • +3
  • 25 февраля 2010, 16:57
  • Shaig

Şərhlər (24)

RSS yığmaq / açmaq
+
+1
Maraqlı təhlillərdir, təşəkkürlər.
avatar

BayramovR

  • 25 февраля 2010, 22:01
+
+1
maraqlıdır
avatar

kefkom

  • 25 февраля 2010, 22:13
+
0
Burda sadalanan boş olan domainlər başqaları tərəfindən alınsa belə, bildiyim qədərilə, beynəlxalq markalar olduqları üçün istədikləri vaxt həmin domainləri ala bilərlər. Nə də olsa, hamısı böyük şirkətlərdir və müvafiq qanunları nəzərə alıblar.
avatar

Ferhad

  • 25 февраля 2010, 22:22
+
+1
Təbii ki ala bilərlər. Ancaq istisna hallarda olur. Məsələn Almaniyada belə bir hal var. Gmail.de domaini Gmail.com`dan əvvəl var olduğuna görə, Almaniya daxilində gmail.com`a daxil olmaq mümkün deyil, ancaq googlemail istifadə oluna bilər. Çünki Gmail.de (Germany Mail) məhkəmədə bunu udubdu.
avatar

Shaig

+
0
NT-də bu tip brendlərə uyğun domain-lər kənar şəxslərə verilmir. Ən azından mən yahoo.az-ı almaq istəyəndə mənə demişdilər brenddir, verilə bilməz =)
avatar

kiber

+
0
Hamsını tanımırlar, məsələn indi baxıram vkontakte.az alınıbdı.
Yahoo filanda özləri alıbdı. Ümumiyyətlə mən bu araşdırmanı xarici brandlərin Azərbaycan bazarına maraqları nə dərəcədədir ona görə aparmışam. Yoxsa burada NT`lik bir şey yoxdur. Satar-satar, satmazda satmaz öz işləridir. Burada əsas məsələ onlar bizim bazarı ciddi qəbul edirlərmi.
avatar

Shaig

+
0
bezen ele olurki domen axtarish verirsen bosh olduqu chixir… amma gedib ofisden almaq istedikde deyirler bu domeni qeyd etmek olmaz… bazada bu domen var… + sheher adlarimizda verilmir…
avatar

Asgerov

  • 25 февраля 2010, 22:55
+
0
Bunlar normal proseduradır. Bəzən vvhoisdə olmasada NT`nın onlarla müqaviləsi olur. Məsələn gedib müqavilə bağlayırsan ama məlumat forumunu doldurub yollamırsan. Bu zaman vvhoisdə nəticə çıxmır ancaq müqavilə olduğu üçün o domain boş sayılmır.
avatar

Shaig

+
0
Bu siyahıya nokia.az, ebay.az da əlavə etmək olar…
avatar

kiber

  • 25 февраля 2010, 23:35
+
0
Xatırlatma üçün təşəkkür. Nokianın bizim bazara marağı aydındır. Telefona tələbat çoxudr. Ancaq ebay`ı görmək sevindiricidir.

avatar

Shaig

  • 25 февраля 2010, 23:46
+
0
təəssüf, amma mən sayta daxil ola bilmədim… =(
avatar

kiber

+
0
Sayt aktiv deyil, sadəcə daomaini əllərində saxlayırlar. Bu gələcəyə ümid verir ən azından. Ancaq nokia`nın saytı işləyir.
avatar

Shaig

+
0
maraqli arashdirmaya gore teshekkurler!
avatar

Oozexx

  • 26 февраля 2010, 08:51
+
0
adobe.com.az
avatar

kataloq

  • 26 февраля 2010, 10:10
+
0
Maraqlıdır niyə .com.az alıblar .az yox.
avatar

Shaig

+
0
Bir cox ölkədə birbaşa domen istifadə oluna bilməz. Ola bilsin ki, ümumi standartı qorumaq üçün onu alıblar.
avatar

kataloq

+
0
Maraqlı təhlildir! Bravo!
avatar

rashadaliyev

  • 26 февраля 2010, 11:19
+
0
Belə aydın olur ki, sırf internet sahəsində işləyən texnologiya şirkətlərinin Azərbaycan bazarına marağı digərlərindən daha azdır.
avatar

Shaig

  • 26 февраля 2010, 16:32
+
0
maraqlıdır, twitter.ru, facebook.ru yoxdur amma bu saytların domeni .az olan səhifəsi var ))
avatar

telmansoy

  • 26 февраля 2010, 23:30
+
0
feysbukun neinki .az domainli, hec basqa domanli versiyalri da yoxdur., feysbuk idarecileri eger hansisa dilde feysbuk teqdim eliyirlerse hemin unvan bele olur, meselen, az-az.facebook.com, ru-ru.facebook.com ve s. Bu yaxinlarda bir sayt gordum azerbook.com, fesybukun eynisi, eger onlarin xeberi olsaydi ki facebook.az havadadi,yeqin ele utanmazca gedib onu goturerdiler. Amma mence onalrin adindan istifade lunmasin deye yahoo twitter kimi onlar da bu domainleri almalidilar, sozsuz, eger pullari varsa =)))
avatar

Turalfot

  • 27 февраля 2010, 02:13
+
0
Bizim ölkədəki clonları biyabrçılıqdır. Ancaq yenə də həmin domainləri alıb, yönləndirmək olar. Məsələn facebook.az yönlənərdi Azərbaycan dilli versiyaya. Məsələn youtube.ru kimi.
avatar

Shaig

+
0
gör aaaa uşaqdakı fərasətə .az tezbazar alıb ki,bu gün sabah bahasına satsın.Bunları eləyən məncə bu gsm nomrələrini alver-eləyənlərdir təcrübə toplayıblar bu sahədə indidə keçiblər +9940az birinci belə başa ddüşüblər sonra örgəniblər ki,bu nəmrədəndə daha ciddi və gəlirlidir .az olmalıdır.
p.s.
Bu arada bir sitata fikirləşdim «hər şey .az olacaq»necədü bəyənən yazsın
avatar

qar6

+
0
Onsuzda domain biznesi ən gəlirli bizneslərdən biridir və internetədə də yayılan biznesdir. Buna aid xüsusi saytlarda var. Ama bizdə .az`da qaydalar bir qədər sərtdir.

Hər şeyi bilmirəm ama familyaları .az eləmək fikri ortaya düşmüşdü onsuzda.
avatar

Shaig

+
0
Təklif edirəm kimin imkanı var copyright.az domenini alsın :)
avatar

Millenium


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.