Təhlil →  Azərbaycanda "qrup satınalma" xidmətləri - endirim saytları


Azərbaycanda Qrup satınalma sahəsinin ilk addımları ötən atılmağa başladı. Bu sahədə ilk ciddi iş isə Poni.az tərəfindən görülmüşdü. Arada keçən vaxt ərzində isə bu sahəyə maraq daha da artdı. Son həftələr ərzində qarşıma çıxan bu tipli çox saylı saytları görüb onlar haqqıdna blog yazmaq qərarına gəldim.
Əvvəla ondan başlayım ki, ilk ciddi oyunçu artıq bir az daha sistemini təkmilləşdirərək işinə davam edir. Linklərini verəcəyim bəzi saytlar artıq fəaliyyətə başlayıb, bəziləri test mərhələsindədir, bəziləri isə hələ hazırlanır. Hər halda bu sahəyə maraq çoxdur.
Mənə maraqlı olan isə bu tip servislərin əsasən böyük şəhərlərdə, ölkələrdə daha sərfəli biznes olduğu halda Azərbaycan və ələxsus da Bakı kimi balaca bir yerdə bu tip servis saytların bir az çoxluğudur. Mənim müşahidə etdiklərim:
poni.az
bakupon.az
fursat.az — sayt hazırlıq mərhələsindədir, facebook ünvanında aktvlik edirlər — www.facebook.com/Fursat.az
bazinga.az
alkupon.az/
kuponum.az/
kuponx.az/ — sayt hazırlıq mərhələsində
kuponlar.info — sayt hazırlıq mərhələsində
citysale.az — Facebook ünvanı fəaliyyyət göstərir — www.facebook.com/CitySale.az
groople.az/
burabax.az
aksiya.az/

Mən bu sahəyə aid 12 resurs müşahidə etmişəm (sizin bildikləriniz əlavə varsa şərhlərdə bölüşün).
Dünyadakı digər populyar servislərin əksinə bu sahəyə aid saytlar məncə qısa müddətə və daha təkmil formada açılmağa başlayır. Bunun səbəbini müxtəlif yönlərdə axtarmaq olar. Məsələn bu tip bir servis hazırlamaq texniki cəhətdən çox çətin deyil və az resurs tələb edir. Yəni servisi klonlamaq daha rahatdır. Bu işdə əsas insan resursudur ki, hətta Groupon-un özündə də əsas rolu offline işçilər oynayır.
Digər tərəfdən psixoloji amil ilə də izah etmək olar. Bu sahəyə maraq göstərənlər gəlir modelini aydın görürlər və bu sahəyə pul qoymaqdan çəkinmirlər. Digər servislərdə olduğu kimi, gəlirin gələcəkdə “filan cürə” olacağını göstərmək lazım deyil. Düz məntiqlə gəlir və gedərlər görünür.

Düzünü desəm mən belə bir sahəyə girməyi düşünməzdim. Çünki, iş təkcə kompüter arxasında, ofisdə olan iş deyil. İşin daha böyük hissəsi texniki tərəfdə, online-da deyil. Əsas məsələ yuxarıda da qeyd elədiyim kimi offline-dır. Yaxşı əlaqələr qurmaq, yaxşı satmaq bacarığı lazımdır. Digər tərəfdən təkcə saytın yox əməkdaşlıq edilən məkanların da peşəkarlığı istənilən formada olmalıdır ki, bizdə bu bir qədər sual altındadır. Satış kuponlarını tənzimləmək, məkanlarla daimi əlaqədər olmaq lazım olur. Daimi olaraq da yeni yerlər tapmaq lazım olur.
Bir başqa məsələ də, bizdə bu sahəyə ehtiyacı olan nə qədər məkanın olmaısıdır. Mən hələ indiyə qədər heç bir kupondan yararlanmamışam. Ancaq saytlardan yararlanmışam. Yəni, arada açıb saytlara baxıb maraqlı xidmətlər olub-olmadığına baxıram. Əgər diqqətimi çəkən yer olsa, endirimi təqdim edib etməmə vaxtından asılı olmayaraq vaxt tapanda getmək üçün.

Bu sahədə də, stabilliyi qoruyan saytlar zamanla öz mövqeyini tutacaq. Müəyyən bir kütlə yığacaq. Ancaq inanmıram yaxın zamanlarda (məsələn 2012) qrup satınalma saytlarımız “böyük qardaş”a çevrilsin.

Fikrimcə bu sahəyə başqa bir yaxın xidmət göstərən “pirvate shopping” saytları olsa idi, onu daha çox insan istifadə edə bilərdi. Düzdür bunu hazırlamaq “qrup satınalma” xidmətindən daha çətin başa gələr. Ancaq daha çox adam tərəfindən istifadə edilər. Gəlirləri də daha çox olar. Mən inanıram ki, kifayət qədər çox adam, brand-ların məhsullarından endirimlə yararlanmaq istəsin.
Paylaş :
  • +5
  • 26 декабря 2011, 02:00
  • Shaig

Şərhlər (13)

RSS yığmaq / açmaq
+
+2
Twitter-də Rəşad.Ə.Sergey.M. ilə müzakirədən sonra İngiltərədə Grouponla bağlı olan maraqlı hadisə barədə əlavə etmək qərarına gəldim:
Londonda yerləşən «Need a Cake» adlı bir tort mağazası, 40$-dan satdığı kekslərin, Grouponda 75%-lik endirimli qiymət üzərindən kampaniya təşkil etdi (10$). Bu da mağazaya baha başa gəlib. Mağazanın sahibi BBC-ə bu barədə məlumat vermişidi deyə mənim də xəbərim oldu. Deməli kampaniyadan faydalanmaq üçün 8,500 adam müraciət edib və 102.000 keks sifariş verilib. Həmin mağaza da cəmi 8 nəfər işçi çalışırmış. Sifarişləri qarşılamaq üçün əlavə 25 nəfər işə götürüblər. Bununla da satdıqları hə keksdən mağazaya 3$ ziyan dəyib.

Bütün emalat ya da xidmət xərcinin bunu təqdim edən şirkətə aid olmasına baxmayaraq Groupon bir reklam şirkəti kimi çalışaraq satışın kampaniyadakı 50%-nə sahib olur. Beləcə də, Need a Cake hər satışdan 3$ zərər edərkən, Groupon isə hər satışdan 5$ qazanmış oldu.
avatar

Shaig

  • 26 декабря 2011, 02:57
+
0
“pirvate shopping" diqqətimi çəkdi
avatar

KMK-news

  • 26 декабря 2011, 09:23
+
0
KuponX Türkiyənin Biletix inin klonudur web03.biletix.com/static/images/logos_alternatif_biletix.jpg
avatar

iamzaur

  • 26 декабря 2011, 19:04
+
0
Aidiyyatı yoxdu Zaur bəy...))ola bilər adda oxşarlıq olsun ama sistem dizayn tam fərqli idi.)
avatar

HamidAghayev

+
0
təklif edirəm ki, «BiLet`s»go
avatar

iamzaur

  • 26 декабря 2011, 19:06
+
0
Salam. Bu tipli saytların iş ve qazanc mexanizmi əsasən necə olur?
avatar

Jurnalist

  • 29 декабря 2011, 01:03
+
0
Bu saytlar həmin endirim üçün yolladıqları hər bir müştəridən qazanırlar. Əsasən iki cür olur. Ya etdikləri satışın yarısını götürürlər, ya da xüsusi endirim kuponlarını satırlar və onun qazancını özləri götürür.
avatar

Shaig

+
0
Operativ cavab üçün təşəkkürlər, Şaiq bəy! Həmin saytların partnyorları (satıcılar) həmin endirimləri ekskluziv olaraq yalnız o saytın istifadəçiləri üçünmü şamil edirlər və belə olursa, həmin sayt konkret satış üzərində nəzarəti necə tənzimləyir?
avatar

Jurnalist

+
0
Bəli yalnızca razılaşdıqları saytlar üçün edirlər. Bu mexanizm də xüsusi kodlarla tənzimlənir. Məsələn saytdan xüsusi kodlar və ya kuponlar alınır. Məsələn cafey gedəndə həmi koddan istifadə edilib güzəşt alınır.
avatar

Shaig

+
+1
Kuponx.az saytı fəaliyyətini 7 ay əvvəl dayandırıb...Yazınızla tam razıyam ki işin əsas hissəsi offline həyata keçirilir...Bunun bilavasitə şahidi oldum və Azərbaycanda bu iş modelini inanın ki neçə yerlə görüşdük bir neçə mərkəzlərdən başqa ki,bunlar da hazırda poni və bakupon da kampaniyası olan mərkəzlərdi başa sala bilmədik iş modelini yada başa düşmək istəmədilər))Yəniki Azərbaycanda ənənvi satış üsullarından kənara çıxmaq istəyən çox az yenilik istəyən çox az yerlər var ...Bu iş modeli dünyadakinin əksinə azərbaycan üşün tezdir…
Qaldı private shopping ə inanmıram ki burda bir markafoni morhipo ve ya trendyol olsun...Cunki bizde yerli firmalar yoxdu turkiyede esasen yerli firmalarin mehsullarina bu cur private shopping de endirimler edilir..Ama azərbaycana uyğunlaşdırma olsa bəlkə nəsə alınar..Bunu da ancaq private ilə collective buying i birləşdirməklə etmək olar...Yəniki xarici firmaların məhsullarını(xidmət deyil) qrup endirimlə satmaq olar ...ama bu da bir qədər qaranlıqdı mənə ..nə isə poni yə halaldı ))onlardan sonra ilk biz girmək istiyirdik qrup satınalma sahəsinə ama alınmadı ən azınnan poni hələdə survive olub bu şəraitdə))
avatar

HamidAghayev

+
0
Poni-nin qurucularını yaxından tanıyan biri kimi deyə bilərəm ki, bazara ilk girməklərinə və hələki bazarın ən yüksəyində durmalarına baxmayaraq onların satışlarını biləndən sonra bu sahəyə qəti investisiya etməyim gəlməz =). Yəni o qədər aşağı dövriyyələrə malikdir.

Private shoppingdə isə sizinlə qismən razıyam. Düzdür ki, yerli firmaların olmağı buna müsbət təsir edərdi. Ancaq bu bizim yerli investorların gözündən baxanda belə tez görünür. Mən ümumi deyirəm ki, həmin məsələn Türkiyənin Azərbaycanda olan brand-ləri ilə sövdələşməli nəsə etmək olardı. Ya da elə Markafoni, Trendyol kimi nəhənglərin özlərinin bu bazara daxil olmağı halında da uzun müddətli baxanda işləyə biləcəklərinə inanıram ).
avatar

Shaig

+
0
Birinci dediyiniz variant mümkün görünür burda fəaliyyət göstərən türk firmaları ilə sövdələşməli fəaliyyət...Ama nəzərə almaq lazımdır ki,bizim camaatda hələdə internet üzərinnən alışveriş etmək uzaq görünür...Bizdə ancaq hələki məncə məlumat xarakterli səhifələr daha cazib görünür insanlara...məsələn endirimlər.az kimi…
avatar

HamidAghayev

+
+1
Hal-hazırki vəziyyətdə tamamilə razıyam. Ancaq dəyişir. Yəni öndə olmaq lazımdır. Məsələn Son 1 ay ərzində Azərbaycan bazarına yatırım etmək istəyən 3 Türkiyəli investorla görüşmüşəm. Bazar canlanacaq. Bir az səbrli olmaq lazımdır məncə.
avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.