Təhlil → Sona çatan trend - portal

Mənim üçün artıq portal erası rəsmi şəkildə bitdi deyə bilərəm.
Uzun müddətdir internet portal kimi fəaliyyət göstərən saytımız -u da bağladıq. Bu haqda şəxsi fikirləri, .
Qısa deyim ki, saytın sadəcə 4 bölməsi fəaliyyətini davam etdirəcək. Səbəbləri filan barədə də ətraflı qeyd eləmişəm.
Mənim üçün niyə portal öldü?
Techcrunch-da maraqlı bir yazıyla . Burada istedad transferləri haqqında idi.

Istedadlı insanların nəhənglər arasında transferləri. Hər kəs digərindən özünə istedad cəlb edə bilib. Bir tək -dan başqa. Mövqeyini kəskin itirir. Çünki, zamanla ayaqlaşa bilmir. Gəlir gətirməyən bir xeyli bölməsini bağlayıb. Bağlamaq istəmədiklərini satdı. Bir vaxtların qibtə ilə baxdığımız Yahoo-su artıq əvvəlki kimi deyil. Hələ də portallıq anlayışını, «hər şeydən bir az» prinsipini buraxmaq istəmirlər.
İndi istifadəçilər daha konkret həllər sevirlər. Daha ixtisaslaşmış saytlarla işləmək istifadəçiyə də rahatdır. Heç vaxt Yahoo-nun ya da bu kimi başqa saytın xəbərlər bölməsi New York Times qədər oxunmadı və inanmıram oxunsun. Bu onların ixtisaslaşmış sahəsidir və daha etibarlı mənbə hesab olunur. Hətta New York Times-ın texnologiya bölməsi , qədər oxunmaz. Yəni «kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan».
Bu cəhətdən Google hələ ki, çox yaxşı işləyir. Saytın əsas xətti bəllidir. Daxil ol və axtar. Ona görə istifadəçi üçün çox rahatdır. Digər bölmələrini isə əsas səhifədə kobud formada təqdim eləmir. Məsələn biz daxil olanda xəritə ilə əlaqəli nəsə görmürük, heç video, mail və s. ilə də əlaqəli. Ancaq biz belə bir servis axtaranda onu dərhal tapırıq.
Hərçənd Azərbaycanda bəziləri hələ yeni-yeni portal qurmağa cəhd edirlər. Ancaq indiyə qədər olan modellər də öz mövqeyini itirib. Ona görə yenisinin də xeyri olmayacaq.
Hər halda gedişatın nə yerdə olacağını zaman göstərəcək. Portallar yenidən doğulacaq ya tarixin bir hissəsinə çevriləcək. Ən azından indiki zamanda qurulan saytlar ixtisaslaşmış kütləyə xitab edir.
3 il əvvəl -un indiki qədər böyüyəcəyini bilmək olmazdı. Ya da -in. Hətta 2010-un başlanğıcında Angry Bird-ün bu qədər populyarlaşacığını proqnozlaşdırmaq çətin olardı. Facebook-a application yazan Zynga-nın milyardlarla dollar dəyər qazanacağını düşünmək olmazdı. Ona görə gələcəyin də yeni trendi haqqında indidən dəqiq fikir söyləmək çətin olar…




Şərhlər (7)
RSS yığmaq / açmaqarazqululu
Maraqlı gəldi ki ana səhifədə veboxu, azerdict və digər saytlara link qoymusuz.halbuki eyni səbəb məncə olarda da var.Yəni ki xeyir gətirmirlər.İndi digər saytlarınızı da bu taleh gözləyir?
DeviD
İndi qalan resurslar isə belə deyil. Məsələn var o artıq yenilənmir ancaq saytın bağlamaq filan kimi fikir yoxdu. Çünki, orada yazılmış məqalələr blog yazıları filandır və daimi yenilənmə tələbi yoxdur.
allinks.in Vekran onsuzda bizdən vaxt filan heç nə tələb eləmir.
azerdict Azərbaycan dili öləndə bağlanar :).
Weboxu isə sırf gəlir gətirmək məqsədi ilə qurulmuş bir resurs deyil ). Nə vaxta qədər IT sektorunda işləyəcəyiksə o qədər açıq qalacaq inşa Allah.
Xazar isə qeyd edildiyi kimi tam açılmamaq üzrə bağlanmayıb. Sadəcə mənasız təkidin yeri yoxdur. Onsuz da bağlanan bölmələri yeniləməyə vaxt yox idi. Yeni açılacaq servislər də, servis xarakterli olacaq inşa Allah.
Shaig
Elliot
Gələcək barədə artıq dumanlı fikirlər formalaşıb. Gerisi vaxt və maliyyədən asılıdır.
Shaig
Empathy
guliyev85