Təhlil →  Azərbaycan üzrə ən çox istifadə olunan e-mail servislər [araşdırma, statistika]


Son vaxtlarda internetə qarşıma çıxan, dünya üçün və eləcə də Azərbaycan üçün müxtəlif statistikalarla qarşılaşdım, maraqlı bildiklərimizi də blogdan paylaşdıq. Axır bir neçə gün ərzində isə Facebook-un sosial inboxunu aktiv etməyi ilə demək olar ki, mail bazarında ən iddialı oyunçu oldu. Lakin iddialı demək, hələki lider demək deyil. Onun funksiyası ola bilər ancaq istifadəsinin nə dərəcədə yayılacağı bəlli deyil.
Bəs indi Azərbaycanda mail servislərinin istifadəsində kimlər irəlidədir? Bunun üçün sadə bir araşdırma elədim. Üzv sayı çox olan saytların qeydiyyat mailləri arasında hansı servisin üstünlük təşkil etdiyini yoxlamaq lazım idi. Bunun üçün müvafiq saytlardan bu barədə xahiş elədim və onlardan statistikanı aldım. Araşdırmaya kömək etdikləri üçün hər bir sayta təşəkkür edirəm.
Keçim statistikaya. Çalışdığım qədər həm çox istifadəçisi olan, həm də müxtəlif kateqoriyalara xitab edən saytlardan seçdim. Bunun üçün, elə statistikaları saytlardan aldığım ardıcıllığa görə də gedim.
Xaricidil.net — Təhsil yönümlü sayt. Xarici dillərlə bağlı müxtəlif materiallar təqdim edərək öyrənməyə kömək edir.
Qeydiyyatlı istifadəçi sayı — 26,951 (iyirmi altı min doqquz yüz əlli bir)

Mail.ru — 13121 — 48%
Box.az — 3160 — 12%
Hotmail — 2316 — 9%
Yahoo.com — 2287 — 8%
Gmail.com — 1394 — 5%
Rambler.ru — 1243 — 5%
Digər — 3430 — 13%

İlk yeri qəti sevmədiyim Mail.ru tutur. İkinci yeri isə yerli e-mail servisi olan Box.az. Üçüncü yer Hotmaildir. Favoritim olan Gmail 5-ci yerdədi.

Boxca.com — Fayl paylaşım saytı. Saytın auditoriyası müxtəlifdir. Cəmi qeydiyyatlı istifadəçi — 86783 — (səksən altı min yeddi yüz səksən üç)

Mail.ru — 44144 — 50.9%
Hotmail.com — 13587 — 15.7%
Box.az — 10495 — 12.1%
Yahoo.com — 4097 — 4.7%
Rambler — 3302 — 3.8%
Gmail — 2834 — 3.3%
Mynet — 622 — 0.7%
Yandex.ru — 567 — 0.7%
MSN — 311 — 0.4%
Mail.az — 269 — 0.3%
Digər — 6555 — 7.6%

Burada da ilk üçlük dəyişmir, sıralar bir qədər dəyişir. Buradakı Hotmailin daha çox olma səbəbi isə mən belə düşünürəm ki, Boxca.com istifadəçiləri arasında Türkiyə-dən istifadəçilərin də olmağıdır.

Seyahet.im — LBS servis. Düzdür rəqəmlər böyük deyil, ancaq seqment fərqinə görə qeyd eləmək yerinə düşər.

mail.ru 499 — 52%
box.az 139 — 14%
hotmail.com 90 — 9%
yahoo.com 54 — 6%
rambler.ru 40 — 4%
gmail.com 53 — 5%
mynet.com 2 — 0%
yandex.ru 9 — 1%
msn.com 2 — 0%
mail.az 6 — 1%
digər 78 — 8%

Mobiland.az — Mobil telefonlar kataloqu, mobil yeniliklər. Üzvlərinin sayı: 27093 (iyirmi yeddi min doxsan üç)



Mail.ru — 16716 — 62%
Box.az — 3401 — 13%
Hotmail — 1108 — 4%
Inbox.ru — 724 — 3%
Yahoo — 676 — 2%
Rambler — 657 — 2%
Gmail — 493 — 2%
Yandex — 119 — 0%
Digərləri — 3199 — 12%

Yenə ilk 3 ad dəyişmir. Mail.ru Box.az Hotmail.

Big.az — Son illərin populyar əyləncə kateqoriyasına daxil olan sayt. Qeydiyyatlı istifadəçi sayı ~90000 (Təqribi doxsan min).



Mail.ru — 49712 — 56%
Box.az — 12139 — 13%
Hotmail — 4557 — 5%
Yahoo — 2639 — 3%
Rambler — 2558 — 3%
Gmail — 1331 — 1%
Digərləri — 17064 — 19%

Ənənə pozulmur, ilk üçlükdə eyni adlar.

Ümumilikdə Azərbaycan istifadə olunan maillərin ən çox istifadəsinə görə:
1.Mail.ru
2.Box.az
3.Hotmail.com


Statistikalara əsasən deyə bilərik ki, Azərbaycanda ən çox istifadə edilən mail Mail.ru-dur. Bu təəssüfləndirici haldır. Çünki UTF-8-i dəstəkləmir. İkinci yerdə Box.az gəlir. Yerli mail servisinin bu uğuru sevindiricidir. Yaxşı rəqabət aparır. Üçüncü yerdəki Hotmail isə nəsə mənə lap nostalji hissləri yaşadır.

P.S. İlk üçlüyün Gmail, Box.az, Yahoo olmağını istəyərdim.

Qeyd: Kim istəsə, saytının statistikalarını şərhlər vasitə ilə açıb bizimlər bölüşə bilər.
Paylaş :
  • +4
  • 1 февраля 2011, 20:59
  • Shaig

Şərhlər (27)

RSS yığmaq / açmaq
+
0
Məndə ilk üçlükdə Gmail, Box.az, Yahoo olmağını istəyərdim. Amma qeydiyyatdan keçdiyim bütün saytlarda mail.ru servisin göstərirəm. Hərdən gmail.com ola bilər göstərim oda ki mail.ru dəstəklənmədiyi saytlarda.
avatar

HKamran

+
0
Şaiq nə əcəb digər ilk 3-lükdə olan əyləncə saytlarından soruşmamısan. Big.az dan soruşmusan mix.az və tac.az qalıb...
avatar

HKamran

+
0
Mümkün qədər auditoriyası fərqli olan saytları seçdim. Eyni kateqoriyadan üç sayt məncə lazım deil. Aralarından Big.az da ona görə ki, Azərbaycandan ən çox istifadəçisi olan həmin saytdır.
avatar

Shaig

+
0
uyda gmail 1-5%
avatar

haciyev

+
0
Amma bu gmaillə bağlı bel bir məsəl də var ki, bəzən korporativ maillər də birləşdirilir. Yəni display mail olaraq görsənməsə də, arxada gmail işləyir. Ona görə statistikalara da çox düşməyə bilər.
avatar

Shaig

+
+3
avatar

anar

+
0
133% necə alındı? o_O
avatar

AzeriFire

+
0
Mən belə başa düşdüm ki, 133 — istifadəçi sayı, yanındakı 38 isə %-lə ifadəsini göstərir.
avatar

Sadig

+
0
aha indi aydındır, vergül çaşdırıb məni.
avatar

AzeriFire

+
0
aha, tamamile duzdur :)
avatar

anar

+
0
Digiboard`da da lider Mail.ru-dur. İkinci yerdə Gmail olması yəqin saytın auditoriyası ilə bağlıdır.
avatar

Sadig

+
0
Əvvəla visual formada da qoyaq daha yaxşı olsun =).


Mail.ru-nun liderliyi yenə də davam edir. Burada Gmail ikincidir. Üçüncü Yahoo. Ancaq ümumi say azdır deyə demək olar ki, rəqəmlər yaxındır. Məncə say artdıqca rəqəmlər də kəskin dəyişər.
avatar

Shaig

+
0
nəsə mail.ru-nin ilk yerdə olmağı, gmalinin statistikada yer almaması müəmmalıdır.
əla araşdırma idi təşəkkürlər.
avatar

RafiqSV

+
0
Gmail statistikalarda yer alır, amma aşağı göstərici ilə. Mail.ru-nun ilk yerdə olmağı isə normaldır. Mail.runun öz statistikalarına görə də, Yanvar ayında Azərbaycan üzrə 1,786,885 host olub.
avatar

Shaig

+
0
Hotmail-in ilk 3 lükdə olması mənim fikrimcə sırf, MSN Messenger in bir zamanlar populyar olması ilə bağlıdır və bu tendensiya azalma ilə gedəcək.
avatar

AzeriFire

+
0
MSN messengerin də təsiri var. Ancaq bəzi adamlardan eşitmişəm ki, onun Outlook-la inteqrasiyası yaxşıdır deyə seçiblər.
avatar

Shaig

+
0
Gmail-ə istənilən korporativ maili inteqrasiya etmək olur, gtalk notifier kimi çıxış edə bilər, brouzer extension notifierləri var və ya html5 notifier çıxıb — bütün bunlardan sonra outlook-un nə kimi unikal üstünlüyü qalır ki? Məncə Outlook işlədib tez tez problemlə üzləşənlər bu barədə düşünməli. Şəxsən mən heç vaxt outlook işlətməmişəm və işlətmərəm də. :)
avatar

Elliot

+
0
İşlətməmə məsələsində mən də razıyam. Onsuzda dediyin kimi edirəm). Yeni notification sistemi də lap yerinə düşüb. Hələ Androiddə (smartfonlarda) Gmailin rahatlığı da ayrı üstünlükdür. Sadəcə bəzi adamlar üçün rahatlıq imiş. Facebook sharelərindəki commentlərdə gördüm )
avatar

Shaig

+
0
M@il.ru`nu dolandıran Azərbaycandıkı ,-)))
Bilmirəm sizlər necə amma mən fikir verirəm internetə start mail.ru ilə başlayır 87% istifadəçilərdə.
Mən bilən ən çox Türklər hotmail istifadəçisidir 7`dən 77`yə.Belə fikirləşirəm ki,Türklər Azərbaycanda çoxdur ona görə ,-)))))
Bir şeyə məətəl qalıram eeee… bu mail.az da niyə portal olsun ee…
NT`nin «gənəsidi» dirəşib mail.az domenini saxlamağa demək olar ki ilk vaxtdan bəri 10mb`dı vəssalam kişi kimi sözü 1 dəfə dedidə.

p.s.
Xatirinizdıdirsə vax var idi «atoo.az» adlı portalda var idi?
avatar

iamzaur

+
0
Başqalarını bilmirəm, mən gmail accountumu eylenceli saytlarda qyediyyat zamanı istifadə etmirəm, bunun üçün «trash» kimi istifadə etdiyim mail.ru accountum var
avatar

exodius

+
0
Burdakılardan təkcə biri əyləncə saytıdır ). Mən də qeyri rəsmi qeydiyyatdan keçdiyim yerlərdə box.az adresimi istifadə edirəm. Ancaq məsələ var ki, mailin nə üçün istifadəsindən asılı olmayaraq, həmin saytı ziyarət etmiş oluruq.
avatar

Shaig

+
0
menden cox maildan istifade eden yoxdur yeqin! Gmail.com adi var,men uzun yazi yaza bilmemisem! Gonderende sisdem islemir 1 azdan yeniden ceht eleyin yazir! En yaxsisi menim ucun 1ci yerde Yandex.ru-dur 2 mail.ru 3cu hotmail.comdur!
avatar

Fuad-Urek

+
0
menden cox maildan istifade eden yoxdur yeqin! Gmail.com adi var,men uzun yazi yaza bilmemisem! Gonderende sisdem islemir 1 azdan yeniden ceht eleyin yazir! En yaxsisi menim ucun 1ci yerde Yandex.ru-dur 2 mail.ru 3cu hotmail.comdur!
menden cox maildan istifade eden yoxdur yeqin! Gmail.com adi var,men uzun yazi yaza bilmemisem! Gonderende sisdem islemir 1 azdan yeniden ceht eleyin yazir! En yaxsisi menim ucun 1ci yerde Yandex.ru-dur 2 mail.ru 3cu hotmail.comdur!
menden cox maildan istifade eden yoxdur yeqin! Gmail.com adi var,men uzun yazi yaza bilmemisem! Gonderende sisdem islemir 1 azdan yeniden ceht eleyin yazir! En yaxsisi menim ucun 1ci yerde Yandex.ru-dur 2 mail.ru 3cu hotmail.comdur!
avatar

Fuad-Urek

+
0
Bu analiz demək olar ki, düzgün deyil. Mən şəxsən özüm ciddi işlərdə gmail-dən istifadə edirəm. Geydirmə işlərdə, hansısa saytdan qeydiyyatdan keçəndə mail.ru və ya box.az-dan istifadə edirəm. Məncə gmaildən peşəkarlar, mail.ru-dan qızla tanış olmaq istəyən uşaqlar istifadə edirlər.
avatar

shr0525

+
+1
Araşdırmanın nəyi düzgün deyil? Heç bir bazarda peşəkar çox olmur. Adi istifadəçilər çoxdur. Mail.runun Azərbaycandan aylıq 2 milyon istifadəçisi var. FƏrqi yoxdur kim ordakı hesabdan nə olaraq istifadə edir, spam ya nə. Əsas odurki saytı ziyarət edirlər.
avatar

Shaig

+
0
mence box.az ucun 2ci yer olmaq qelebe deyil...cunki mail.ru dan cox cox geri qalir.
avatar

succes

  • 25 августа 2011, 14:43
+
0
mence box.az ucun 2ci yer olmaq qelebe deyil...cunki mail.ru dan cox cox geri qalir. eminemki
box.az Azerbaycanda 1 nomreli sayt olacagina…
avatar

succes

  • 25 августа 2011, 14:44

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.