Təhlil → Dünyanın böyük saytlarının .Az domainləri

Bu mövzuya toxunmaq çoxdan bəri ağlımda idi. Ancaq ətraflı araşdırma üçün vaxt olmurdu. Mən də fikirləşdimki, yaxşısı budur hər dəfə vaxt edəndə bir az baxım, yazım və qaralamada saxlayım. Yadımdan çıxanları şərhlərdə paylaşarıq. Demək olar ki, mənim baxdıqlarım arasında konkret tendensiya ilə qarşılaşmadımki, bir qayda olaraq hamsı boş və ya alınmış olunsun. Maraqlı nəticələrlə rastlaşdım.
( Ətraflı oxuyun )
- +3
- 25 февраля 2010, 16:57
- 24+24
Təhlil → Zamanla ayaqlaşan texnologiya?

`nin saytına elədə tez-tez daxil olmuram. Olduqda isə elədə uzun vaxt keçirtmirəm. Ümumiyyətlə isə sayt Rus dilində və elə həmin dildə də istifadə edirəm. Heç Azərbaycan dilinə , istifadə etməmişdim. Bu yaxınlarda bir dostumun tövsiyyəsi ilə Azərbaycan versiyasına daxil olanda maraqlı bir paradoksla qarşılaşdım. Son yazılan 26.09.2005 tarixində idi. Xəbərin başlığı isə Network Technologies zamanla ayaqlaşır idi. Yəniki 5 il əvvəl yenilənən saytın/şirkətin zamanla ayaqlaşması böyük bir paradoksdur. Onsuzda bu sayt .AZ domainlərini qeydiyyata alan saytdır. Yenə Rus dilli versiyada son yenilənmə 2007-ci ildir. Amma Azərbaycan dilli versiyada bu lap 2005-ci ildir. Ümumiyyətlə Texnologiya şirkətinin saytlarının belə gec yenilənməsi yəqinki ancaq Azərbaycanda görünə bilər. Bir şirkətin ki biznesi internet üzərində qurulubdu və həmin şirkət öz biznesinə biganə yanaşırsa bu doğurdan təəccüblüdür. Mənə isə daha çox maraqlı gələn bu paradoks oldu.
- 0
- 18 февраля 2010, 22:25
- 9+9
Təhlil → Facebook və Twitter`in populyarlıq səbəbi nədir ?

Son vaxtlarda Facebook və Twitter adından ən çox bəhs edilən sosial şəbəkələrdir. Hətta iş o yerə çatıbdırki gedərək axtarış sistemlərinə meydan oxuyurlar. Sosial şəbəkələr — xüsusilə Facebook haqqında şəxsi fikirlərimi . Bu məşhurluqda Facebooka rəqib isə sadəcə Twitter`dir. Düzdür istifadəçi cəhətdən hələki lider mövqedə olan Facebook rəqib tanımır. Ancaq populyarlıq cəhətdən onun rəqibi Twitter`dir. Üstəlik Twitter`dəki artım tempi başgicəlləndirici dərəcədə çoxdur. Belə ki, 1 il əvvəl 6 milyon istifadəçisi olan saytın artıq 75 milyon üzvü var. Sosial paylaşımlarda da aparılan statistikalar göstərir ki, bu saytlar ilk 2 yeri paylaşırlar.
( Ətraflı oxuyun )
- 0
- 18 февраля 2010, 00:21
- 10+10
Təhlil → Ultra şirkətinin "Korporativ Stilin hazırlanması" konkursu - ciddi iş yoxsa reklam?
Bu gün Ultra şirkətinin yeni konkursu barədə yazı . Yazıda Azərbaycanın ən böyük İT şirkətlərindən biri olan şirkətinin bir elanı var idi. Məsələ İT şirkəti ilə bağlı olduğuna görə məndə xəbəri paylaşmaq istədim. Ancaq nəsə bir məqam mənə qaranlıq qaldı.Deməli başlıqdan da görsəndiyi kimi konkursda «Korporativ Stil» hazırlanmalıdır. sitat:
( Ətraflı oxuyun )
- 0
- 2 февраля 2010, 17:12
- 2+2



