AİF →  AİF tərəfindən RİTN`ə və Delta Telecom Şirkətinə müraciət göndərilib

AİF ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Ötən gün AİF tərəfindən Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasova və Delta Telekom Şirkətinin rəhbəri Ramazan Vəliyevə müraciət göndərilib.
Müraciətdə internetin keyfiyyətsizliyi ilə bağlı səbəblərin aradan qaldırılması istiqamətində zəruri olan informasiyaların açıqlanmasına diqqət yönəldilib.
Belə ki, ATS –lərin resurslarından istifadə dən Provayerlərin hər bir ADSL müştərisinə görə ATS-lərə ödədikləri rüsumların açıqlanması, RİTN tərəfindən Tarif Şurasının xəbəri olmadan müəyyən olunan tariflərin açıqlanması, hər bir Provayderlərin ADSL müştərilərinin ayrılıqda sayı haqqında məlumatların, bazarda hökmran mövqe tutan və RİTN -ə tabe olan dövlət provayderlərinin gəlirlərinin və xərclərinin açıqlanması nazir Əli Abbasovdan xahiş olunub.
Müraciətdə bir sıra hallarda RİTN tərəfindən internet xidmətinin göstərilməsi üçün müəyyən edilən bəzi tariflərin qonşu ölkələrlə müqayisədə 10 dəflərlə baha olması qeyd edilib.

Müraciətdə Delta Telekom şirkətinin internet bazarında hökmran mövqedə olması və bu səbəbdən də İnformasiya əldə edilməsi haqqında Qanuna görə ictimai informasiya sahibi olması qeyd edilib.

Delta Telekom şirkəti tərəfindən 2-ci səviyyəli Provayderlərə satılan internetin həcmi, qiyməti və sürəti ilə bağlı məlumatların hər bir Probvayder üzrə açıqlanması, şirkətin prezidenti Ramazan Vəliyevdən xahiş olunub.
Paylaş :
  • +1
  • 14 апреля 2010, 16:04
  • Weboxu

Şərhlər (3)

RSS yığmaq / açmaq
+
0
diyesen qiymetler bir azda endirilecek amma endirmek yoxe keyfiyyet artmalidir hec olmasa nezere alsalar super olar
avatar

Strange

+
0
məncə qiymətlər olduğu kimi qalacaq, internet sürətini «artıracaqlar.» həmişəki strateqiya…
avatar

kiber

+
0
Qiymətlər düşməsə də, heç olmasa qiymət və keyfiyyəti artırsalar yenə bizim xeyrimizə olar.
avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.