Reytinq
+2.28
səsıər:
4
avatar

AİF  



AİF →  Milli Net Təşkilat Komitəsinin açıqlaması

Milli Net Müsabiqəsinə başlanmasından artıq 1 aydan çox müddət keçib. Ötən müddət ərzində Milli Net –in məram və məqsədinin daha geniş yayılması, İnternet ictimaiyyətinin diqqətinin bu prosesə cəlb edilməsi, sayt sahiblərinin Müsabiqədə aktiv iştirak etməsi istiqamətində xeyli iş görülüb.

Milli Net Təşkilat Komitəsinə daxil olan müraciətlər göstərir ki, Azərbaycan dili versiyası olmayan saytların müsabiqədə iştirakına yol verilməməsi və Müsabiqə komissiyasının tərəfsiz və müstəqil olması istiqamətində atılan addımlar yüksək qiymətləndirilib. Eyni zamanda TK tərəfindən Qaydalara uyğun olaraq AzNet-də daha keyfiyyətli və istifadəçilərin özləri tərəfindən yaradılan saytlara önəm verilməsi İnternet ictimaiyyəti tərəfindən anlaşıqlıqla qarşılanıb.


( Ətraflı oxuyun )
Paylaş :

AİF →  Milli Net –Milli İnternet Mükafatı üzrə Müsabiqənin başlanmasına həsr olunan mətbuat konfransı keçirilib.

Bu gün AİF tərəfindən Milli Net –Milli İnternet Mükafatı üzrə Müsabiqənin başlanmasına həsr olunan mətbuat konfransı keçirilib.
AİF prezidenti, Müsabiqənin Təşkilat Komitəsinin nümayəndəsi Osman Gündüz mətbuat konfransını açaraq Milli Net haqqında, Müsabiqənin məqsədləri və mərhələlərin haqqında məlumat verib. O, Mükafatın hər il müxtəlif sahələrdə fəaliyyət göstərən milli internet resurslarına və İKT sahəsindəki layihələrə müsabiqə üsulu ilə veriləcəyini bildirib. O, Müsabiqəyə HP, Azercell, Delta Telecom şirkətləri tərəfindən dəstək verildiyini bildirib.
Milli Net müsabiqəsinin keçirilməsində məqsədin ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarət olduğu qeyd olunub. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcəyi vurğulanıb.


( Ətraflı oxuyun )
Paylaş :