AİF → Elektron xidmətlərin göstərilməsinə hazırlıq sahəsində problemlər var

Press-reliz: 04 noyabr 2011-ci il tarixdə Multimedia Mərkəzi tərəfindən “ Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər ” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz mövzu ilə bağlı təqdimatla çıxış edib. O, ölkədə elektron hökumət quruculuğu və xüsusilə də elektron xidmətlərin göstərilməsinə hazırlıqla bağlı müəyyən işlərin güldüyünü vurğulayıb. Bununla belə o, Prezidentin Elektron xidmətlərin göstərilməsinin təşkili haqqında 23 may tarixli Sərəncamında nəzərdə tutulan bəzi mələlərlə bağlı hələlik ictimaiyyətə heç bir açıqlama verilmədiyini bildirib. Təqdimatda Mərkəzi icra orqanları tərəfindən hansı xidmətlərin təqdim edilməsi və onların sosial əhəmiyyətliliyi məsələsinə toxunulub. Ümumiyyətlə bütün dövlət və bələdiyyə xidmətlərinin qabacadan inventarizasiyasının aparılmasının vacibliyi vurğulanıb. Hər bir dövlət qurumunda elektron xidmətlərlə bağlı məsul şəxslər və strukturların yaradılmasının, konkret büdcə bəndinin müəyyən edilməsinin vacibliyi qeyd olunub. Elektron hökumətlə bağlı hazırda həyata keçirilən Dövlət layihəsində şəffaflıq və informasiya mühitinin yetərli olmadığı qeyd olunub. Bu Layihə çərçivəsində hansı işlərin görüləcəyi, Vətəndaş cəmiyyətinin və biznes strukturlarının bu Layihəyə hansı formada töhfə verə biləcəkləri aydın deyil. Vahid Portalın, onun strukturu və işləməsi qaydalarının da hələ də hazırlanmamağından narahatçılıq ifadə olunub. Elektron xidmətlərlə bağlı ayrıca Qanun Layihəsinin hazırlanmasının vacibliyi bildirilib.
( Ətraflı oxuyun )
- 0
- 4 ноября 2011, 17:45
- şərh yaz
AİF → "Azərbaycan İnterneti beynəlxalq tədbirlərə hazırdırmı"

Press-reliz: Azərbaycan İnternet Forumu yaxın zamanda “Azərbaycan İnterneti beynəlxalq tədbirlərə hazırdırmı” mövzusunda ictimai müzakirə keçirmək niyyətindədir.
AİF- dən verilən məlumata görə tədbirdə “Eurovision–2012” mahnı müsabiqəsinin keçirilməsi üçün Azərbaycan İnternetində görülməsi vacib olan məsələlər, həmçinin tədbir ərəfəsində Azərbaycan İnternetində yarana biləcək problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılacaq.
( Ətraflı oxuyun )
- +1
- 23 июня 2011, 13:36
- 1+1
AİF → Dövlət qurumlarının və bələdiyyələrin İnternet resurslarının monitorinqinin yekunları

21 iyun 2011- ci il tarixdə Multimedia Mərkəzi tərəfindən “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz Mərkəz tərəfindən 6 ay ərzində 60 dövlət qurumunun və 15 Bələdiyyənin internet resursunun monitorinqinin aparıldığını qeyd edib. Rəsmi saytların 67 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirilib. İnformasiya açıqlığı üzrə dövlət qurumlarının və Bələdiyyələrin növbəti Reytinq Cədvəli və Hesabat ictimaiyyətə təqdim edilib. Hesabatda son yarım il ərzində dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet saytlarında yerləşdirilən informasiyanın kəmiyyət və keyfiyyət baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb. O, ictimai informasiyaların internet resurslar vasitəsilə yayılmasında müsbət istiqamətdə xeyli irəliləyişlər olması ilə bərabər hələ də ciddi problemlərin qaldığını bildirib. Xüsusilə, informasiya açıqlığı sahəsində dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğu vurğulanıb.
( Ətraflı oxuyun )
- +1
- 21 июня 2011, 14:05
- şərh yaz
AİF → Milli Net 2010 qalibləri

sona çatdı. Mükafatlar dekabr ayının 4-ü Ambassador oteldə gerçəkləşdi. Mərasim internet vasitəsi ilə canlı yayımlandı.
Qaliblər isə aşağıdakı kimi sıralandı:
( Ətraflı oxuyun )
- +2
- 4 декабря 2010, 20:00
- 29+29
AİF → Dekabr-ın 4-ü Milli Net-in təqdimatıdır
Milli Net Təşkilat Komitəsi bildirir ki, 04 dekabr tarixdə saat 15-də Ambassador OtelindəMilli Net -2010 qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək. Təqdimat barədə ətraflı olaraq sabah gün boyu Weboxu-da yeniliklər barədə məlumat ala biləcəksiniz. Təqtimatın internet üzərindən canlı yayımlanma planları da mövcuddur. Yayım barədə blogumuzda xəbərdar ola bilərsiniz.
14 Nominasiya üzrə 74 Nominant arasında keçirilən Milli İnternet Mükafatı uğrunda Müsabiqədə 2-ci səsvermə artıq 02 dekabr tarixdə başa çatıb.
( Ətraflı oxuyun )
- +1
- 3 декабря 2010, 18:24
- 2+2
AİF → Milli Net 2010 nominantları bəlli oldu

— Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi başa çatib.
Milli Net 2010-a start veriləndən qeydiyyat prosesi başa çatanadək 2300 istifadəçi millinet.az saytında qeydiyyatdan keçib və 437 sayt Müsabiqəyə təqdim edilib.
Onlardan 309 sayt Müsabiqəyə qəbul edilib, 128 sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə görə müsabiqəyə buraxılmayıb.
Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Səsvermə Komissiyası üzvündən 13 nəfəri 1-ci mərhələdə saytların qiymətləndirməsin də iştirak edib. İki nəfər münsif onlara aid olan saytların səsvermədə iştirakı səbəbindən Səsvermə Komissiyasından azad edilib.
Nominantlar:
( Ətraflı oxuyun )
- +2
- 23 ноября 2010, 16:19
- 10+10
AİF → Milli Net 2010-da son qeydiyyat günü
Noyabr ayının 20-si, internet mükafatında son qeydiyyat günüdür. Bu yazını yazanda artıq 430 resur təqdim edilmişdi və 300-dən artığı müsabiqədə iştiraka haqq qazanıb.
Gedişat ilə bağlı nominantlar çıxanda blogda daha ətraflı fikirlər olacaq.
Qeydiyyat başa çatdıqdan sonra da, namizədliyini təqdim edən, ancaq qəbul edilməyən saytlara bir neçə gün əlavə möhlət veriləcək ki, onlar çatışmamazlıqlarını aradan qaldırsınlar. Bundan sonra nominantlar elan ediləcək. Nominantların seçilməsi ilə birgə, ikinci səsvermə mərhələsinə keçid olacaq və səsvermə yekunlaşacaq. Qaliblər dekabr ayının əvvəlində keçiriləcək tədbirlə ictimaiyyətə geniş təqdim olunacaq.
Qeyd edək ki, hal-hazırda səsvermənin birinci tutu davam edir. Hər gün müxtəlif sayda, müsabiqəyə buraxılmış saytlar münsiflərin baxışına verilir və qiymətləndirmələr aparılır.
- 0
- 20 ноября 2010, 02:25
- şərh yaz
AİF → Milli Net 2010-da ilkin səsvermə ayın 10-u, yekun isə 20-si başlayır

Milli Net 2010 — Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesinin başa çatmasına az bir müddət qalıb. Hazırda qeydiyyat davam edir və Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.
Təşkilat Komitəsi bildirir ki, Milli Net 2010 başlanandan indiyədək 2000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 300-dən çox sayt Müsabiqəyə təqdim edilib. Onlardan 200 –dən çoxu Müsabiqəyə qəbul edilib. Hələlik daha çox sayt İnternet xidmətləri, Asudə vaxt, idman və əyləncə, Elm və təhsil, Korporativ saytlar nominasiyaları üzrə qeydiyyatdan keçib.
( Ətraflı oxuyun )
- 0
- 6 ноября 2010, 17:39
- şərh yaz
AİF → AİF-in saytlara girişin məhdudlaşması ilə əlaqədar açıqlaması
AIF bildirir ki, son günlər internet resursuna girişin ölkə ərazisindən mümkün olmaması ilə bağlı məlumatlar yayılıb. Bir sıra media və ictimai qurumlar adı çəkilən resursa girişin hökumət tərəfindən bloklanması və bununla da ölkədə İnternet senzuranın tətbiqi haqqında fikirlər səsləndiriblər.AİF –in araşdırmaları göstərib ki, həqiqətən də son günlərdə ölkə istifadəçiləri adı çəkilən resursdan ümumiyyətlə istifadə edə bilməmişlər. Adı çəkilən resursa digər ölkələrin ərazisindən giriş sərbəstdir.
Son bir neçə gündə AİF -in mütəxəssisləri və bir sıra ekspertlər tərəfindən baş verən məhdudiyyətin mahiyyətinin araşdırılması, problemləri törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır.
( Ətraflı oxuyun )
- +1
- 16 октября 2010, 13:32
- 2+2
AİF → Provayderlərin internet xidmətləri keyfiyyətsizdir

AİF tərəfindən sentyabr ayı ərzində ölkədə internet xidmətinin keyfiyyəti ilə bağlı aparılan Monitorinq və araşdırmanın növbəti mərhələsi başa çatıb. Monitorinq müddətində ölkədə internet trafikdən istifadə üzrə vəziyyət, konkret provayderlər üzrə bu xidmətin keyfiyyəti və ADSL istifadəçilərin artım tempi araşdırılıb.
Monitorinqə 01 sentyabr 2010-cu il tarixdə, Delta Telekom şirkəti tərəfindən Provayderlərə satılan internetin qiymətinin 2 dəfə endirilməsindən sonra start verilmişdi. Bu qiymət endiriminin kifayət qədər əhəmiyyət daşıması baxımından gözləmək olardı ki, ölkədə internetin keyfiyyəti xeyli yaxşılaşacaq və ADSL istifadəçilərin sayı artacaq.
( Ətraflı oxuyun )
- 0
- 12 октября 2010, 13:44
- şərh yaz



