Parketinq →  Nar Mobile-dən Limitsiz fırıldaq!

Nar Mobile - Limitsiz danış tarif planının reklamı

Son zamanlar Nar Mobile-da «Limitsiz» adı ilə bir neçə reklam kampaniyası keçirilib. Qərara gəldim ki, bu reklamları araşdırım. Əvvəlcə, «limit» sözünün mənasını aydın başa düşmək üçün Azərbaycan dilinin izahlı lüğətinə baxaq:
Limit — (lat. limites — sərhəd) Bir şeyi işlətmək, bir şeydən istifadə etmək üçün icazə verilən norma, miqdar; son hədd.

Demək «limitsiz» sözü də «sərhədsiz», «son hədsiz» deməkdir. Amma Nar Mobile-nin həmin kampaniyalarının hamısı hədlidir, özü də necə.


Limitsiz Şəbəkədaxili tarifi
Reklamda yazılana inansaq, 1 qəpik ödəyib 1 saat ərzində limitsiz danışa bilirik və ya misal üçün, 24 qəpik ödəyib 24 saat, yəni, 1 gün limitsiz danışa bilirik. Dəqiqləşdirmək üçün  Nar Mobile-nin saytına, «Limitsiz Şəbəkədaxili» tarif planı bölməsinə daxil oluram. İlk yazılan cümlələrə diqqət edin:
Limitsiz Şəbəkədaxili tarifi bütün Nar abunəçiləri ilə sərhədsiz danışmaq imkanıdır. Bu tarif çərçivəsində gündəlik olaraq şəbəkədaxili 100 bonus dəqiqə və 10 bonus SMS təqdim olunur.

2 cümlə və aralarında təzad: birincisində sərhədsiz deyilir, 2cisində isə 100 bonus dəqiqə. Demək, bu heç də gün ərzində sərhədsiz, limitsiz, istədiyin qədər deyil, cəmi 100 dəqiqə danışa bilirsiniz. Təqdim edilən tarif planı heç də «limitsiz» deyil və bu müştərini birbaşa aldatmaq deməkdir.

Tarif planı ilə tanış olmağa davam edirəm:
Limitsiz Şəbəkədaxili tarifindən gündəlik istifadə haqqı 48 qəpikdir.

48 qəpik? 48/24=2 — demək, reklamda yazıdığı kimi saatı 1 deyil,2 dəfə baha — 2 qəpikdir! Abonenti belə kobud formada aldatmaq olarmı?

Bu da həmin tarif planının Youtube-da yerləşdirilmiş reklam çarxı:



Məsələni aydınlaşdırmaq üçün Nar Mobile müştəri xidmətlərinə zəng edirəm:



Məlum olur ki, tarif  planı düz 3 dəfə dəyişdirilib, limitsiz şərtlərə limit təyin olunub, qiyməti 2 dəfə artırılıb, amma köhnə şərtli küçə reklamları (misal üçün, avtobuslar üzərində, dayanacaqlarda) hələ də yığışdırılmayıb, yuxarıdakı reklam çarxı isə, Nar Mobile Facebook səhifəsində qalmaqdadır. Qeyri-dəqiq reklama yol verməmək üçün, tarif şərtləri dəyişdirildiyi zaman bütün reklamlar yığışdırılmalı və dəyişdirilməlidir!
Nar Mobile Limitsiz SMS Paketləri limitlidir 

Limitsiz SMS paketi
Bu reklamı da araşdırmaq üçün saytın «Kampaniyalar» bölməsinə daxil  oluram.

Kampaniya səhifəsi isə bu sözlərlə başlayır:
SMS sevərlər üçün limitsiz imkanlar!
İndi Siz dost və tanışlarınıza limitsiz SMS göndərə bilərsiniz.

Qaydalarla tanış olaq:
Limitsiz SMS paketini sifariş etməklə Siz 1 həftə ərzində bütün Nar abunəçilərinə limitsiz, ölkədaxili digər nömrələrə isə 20 SMS göndərə bilərsiniz. Paketin qiyməti 1 manatdır.

Demək şəbəkəxarici SMS-lərə cəmi 20 sms-lik limitimiz var. Axı reklamda «limitsiz şəbəkədaxili sms paketləri» deyilmir. Şərtlərlə tanış  olmağa davam edirəm:
Limitsiz SMS paketi çərçivəsində 5000 şəbəkədaxili bonus SMS təqdim olunur.

Limitsiz adında, hətta şəbəkədaxili SMS-lərə də limitimiz əmələ gəldi :)
Qeyri-dəqiq reklam qanunla qadağandır!
Reklam haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə:
Maddə 8. Qeyri-dəqiq reklam

Aşağıdakılar barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur:

Əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, təyinatı, istehlak xassələri, istifadə şərtləri, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, kəmiyyəti və istehsal olunduğu yer;

...

Qeyri-dəqiq reklama yol verilmir.

Demək, Nar Mobile-nin limitsiz adlı, abonentləri aldatmağa yönəldilmiş bu reklamlar və kampaniyalar ölkəmizin qanunvericiliyinə ziddir. Belə qeyri-dəqiq reklamların 2 səbəbi ola bilər: abonentləri bilərəkdən aldadaraq cəlb etmək və ya Nar Mobile-nin marketinq və reklam işçilərinin səriştəsizliyi, savadsızlığı və bacarıqsızlığı!

Nar Mobile - Xalqın seçimi?!

Azerfon şirkəti Azərbaycan Respublikasının qanunvericiliyini kobud formada pozur! Bu reklamlar dərhal, qeyri-şərtsiz yığışdırılmalı, həmin reklam və  kampaniyalara icazə vermiş şəxslər cəzalandırmalıdır.

P.S. Nar Mobile özünə şüar kimi «Xalqın seçimi» kəlməsini seçib. Heç olmasa işlətdiyiniz şüardan utanın.
Paylaş :

Şərhlər (1)

RSS yığmaq / açmaq
+
0
Bütün reklamlar düz idi qaldı bu… Qanunla çoxsunda belə problemlər var
avatar

kenan_mamedov

  • 19 сентября 2011, 18:34

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.