IBM → 19 il dalbadal ABŞ-ın ən çox patent qazanan şirkəti
Yanvarın ilk günlərində , o, 2011-ci ildə bir-birinin ardınca 19-cu dəfə olaraq “IFI CLAIMS Patent Services” tərəfindən ən çox patent sayına görə ABŞ-da . IBM-çilər öz şirkətinə il ərzində 6 180 patent qazandırıblar. 2011-ci ilin nəticələrinə əsasən patent sayına görə ABŞ-da lider şirkətlər bunlardır:
1. — 6,180;
2. Samsung — 4,894;
3. Canon — 2,821;
4. Panasonic — 2,559;
5. Toshiba — 2,483;
6. Microsoft — 2,311;
7. Sony — 2,286;
8. Seiko Epson — 1,533;
9. Hon Hai — 1,514;
10. Hitachi — 1,465.
IBM-çilərin rekord sayda patent qazanmaları yeni innovasiyaların meydana gəlməsinə, həmçinin şirkətin məhsul və xidmətlərinə nəzərə çarpacaq dəyər əlavə etməyə imkan verir. Bunlara əsasən satış, bankçılıq, tibbi xidmət, nəqliyyat və digər aparıcı sahələrə verilmiş bəşəri töhvələr aiddir. Bu patentləşdirilmiş kəşflər həmçinin yeni nəslin inkişafı üçün və daha rahat həyat üçün əvəzsiz rol oynayır. Təqribi hesablamalara görə IBM tədqiqat və inkişafa 6 milyard yatırım edib və bu yatırımlar onun gəlirini əhəmiyyətli dərəcədə artırıb.
2011-ci ilin patentlərindən bəziləri:
1. Elektron ticarət təhlükəsizliyi domenlərində istifadəçi imtiyazlarının verilməsi. Bu kəşf “IBM WebSphere Commerce” istifadəçilərinə müxtəlif onlayn mağazalarda azad autentikasiya və avtorizasiya mexanizmləri yaratmaqla inzibati və resurslara çəkilən xərcləri azaltmağa imkan verir. Başqa sözlə bu kəşf administratorlara və alqı-satqı edənlərə individual onlayn mağazalara, eləcə də eyni şirkət tərəfindən idarə olunan müxtəlif onlayn mağazalara giriş verir.
2. Analitik prosedurların avtomatlaşdırılmış interpretasiyası üçün sistem və metodlar. Bu kəşf mütəxəssisər tərəfindən müəyyən edilmiş şablonların köməyi ilə analitik nəticələrin adi dillə izahatının dinamik qurulması metodunu təsvir edir.
3. Kortik simulyasiya üçün sistem və metod. Bu kəşf beyin qabığının funksiyasını və idrak sistemlərinin kompüterləşdirilmiş beyin simulyasiyasının inkişafı metodunu nəzərdə tutur. IBM insan beyninin qavrama, hərəkət və idrakını yamsılayacaq eksperimental kompüter çiplərinin prototiplərini hazırlayıb.
4. Analitik funksiyaların istifadəsi. Bu kəşf istifadəçilərə müxtəlifcinsli verilənlərin mənbələri üzərində mürəkkəb dərəcəli kütləvi analizlər etməyə imkan verir.
ABŞ-ın patent sayına görə 10 lider şirkəti:

IBM və əsas rəqibləri:

©
IBM Macarıstan, Budapeşt




Şərhlər (4)
RSS yığmaq / açmaqMəsələn orada birmənalı olaraq deyilir ki yaxın gələcəkdə İBM-in ən böyük olaraq qalmasına heç kim mane ola bilməz (düz çıxdı məncə)
Satış baxımından ona yeganə rəqib ola biləcək firma HP-dir, gələcəyi parlaqdır (düz çıxdı, hazırda dünyada ən çox laptop satan firma HP-dir, laptopda qazancı yüksək olmasa da. O cümlədən HP server və.s. həllərində əla satışa malikdir)
O kitabda yeganə düz çıxmayan proqnoz ev kompüterləri sahəsində İBM-dir. Bildiyiniz kimi İBM bu sahədən tamamilə uzaqlaşıb artıq(Lenovoya satıb)
Apple haqda da çox maraqlı fikirlər və proqnozlar var, onlar da doğruldu zaman-zaman.
Apple 1984-cü ildə İBM-ə sataşaraq George Orwellin məşhur 1984-ünün motivləri əsasında qəşəng reklam çarxı çəkmişdi, paylaşaq onu da :)
Elliot
RMehbaliyev
Qaldı yenilməzliyə. Nəzəri olaraq mümkündür yenilməyi, əlbəttə, amma real yanaşmaq lazımdır, praktiki olaraq bu hazırda mümkünsüzdür. :)
Elliot
RMehbaliyev