Blog: rashadaliyev →  Wordpress.org-da yeni Cevher!

Son günlərdə Azərbaycanda WP istifadəçilərinin kəskin surətdə artması ilə birlikdə çox uzun zamandır beynimdə olan bir fikri canlandırmaq qərarına gəldim… Bu bayram günləri də hərdən işləyib yarım qoyduğum proqramı tamamlamağa köməkçi oldu. Xülasə CevherShare adı verdiyim WordPress paylaşma qoşmasını ərsəyə gətirdim…

Nədir bu CevherShare?



( http://www.wpusta.com/blog/cevhershare/ ünvanındakı açıqlamanı eynilə Sizə çatdırıram. )

CevherShare, WordPress üzərində hazırlanan saytın məqalə və ya səhifələr bölməsinə şaquli vəziyyətdə avtomatik yerləşərək dizayna uyğun olaraq sol və ya sağ hissədə, üfiqi olaraq başlıqların altında yerləşərək ən məşhur sosial şəbəkələrə paylaşma imkanını anında təmin edir.

Bundan əlavə Siz, xüsusi kodu istədiyiniz yerə yerləşdirmək vasitəsi ilə fərdi şablonlarınız üçün keçidləri təmin edə bilər, sevdiyiniz sosial saytların kodlarını paylaşım üçün sistemə əlavə edə bilərsiniz.

WordPress-dən Rəsmi Dəstək!

Proqramı ilk gün testləşdirdikdən sonra dil seçmə funksiyasını da əlavə edərək WordPress-ə müraciət etdim. Təqribən 10-12 saat sonra gələn emaildə pluqinin incələnərək Request Approved: cevhershare təsdiqləndiyini vurğulayan başlığı ilə WordPress platformunda host edilməsinə icazə verildiyi yazırdı. Verilən məlumatlara görə plugini WordPress.org rəsmi platformuna yerlədirdim. http://wordpress.org/extend/plugins/cevhershare

Rəğbət
Sevindirici haldır ki, pluginin daha 1 gün rəsmi olaraq fəaliyyət göstərməsinə baxmayaraq bu yazını yazdığım zaman baxdığımda WordPress saytından 175 nəfər tərəfindən yüklənilmişdi.

Yerli sayt və bloqlardan gələn dəstəklər də gecikmədi: Webbala, Avtobloq.info, SumqayitXeber bunlardan ilkləridir…

Qeyd: Əlbəttə bu öz sahəsində ilk qoşma olmasa da Azərbaycan dili dəstəyi olan və Azərbaycan WP dəstəkçiləri tərəfindən təqdim olunan ilk qoşmalardan olmasına görə dəstəklərinizi gözləyirik…

WordPress saytına daxil olaraq öz layiqli bildiyiniz reytinq qiymətini vermənizi gözləyəm.
Paylaş :

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
+1
Hansı şəbəkələrin buttonları var hal-hazırda?
avatar

Shaig

+
0
Shaig hal hazirda Twitter, Facebook, Buzz, Digg, Reddit, DZone, Stumbleupon, Yahoo və email göndərmə seçənəyi var.

P.S: Bir sonraki versiyasında Linkedin de olacaq;)
avatar

rashadaliyev


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.