Blog: admincik →  Azərbaycanın İlk Rapidshare`si, Paylash.net!


Artıq Azərbaycanda da əyləncə saytlarından savayı warez tipli saytların da yaranması üçün şərait yaradıldı. Belə ki xaricdəki əksər saytların gəlirləri yükləmələrdən əldə etdikləri qazanclar ilə əldə olunur. Bu məqsədlə Azərbaycanın ilk rapidshare«si www.paylash.net istifadəçilərin, sayt sahiblərinin ixtiyarına verilib. Aznetdə mövcud olan boxca.com, endir.az kimi digər sadə qaydada yükləmə saytları imkanlarına görə bu sayt ilə heç bir halda müqaisəyə gəlməz. Faylların saxlanılması üçün gözəl və geniş imkanlar mövcuddur.
Paylaş :
  • 0
  • 7 сентября 2010, 22:28
  • admincik

Şərhlər (22)

RSS yığmaq / açmaq
+
+1
Bir az sayta baxdım. İdeya, görünüş filan maraqlıdır. Hətta hər 3 operatora məxsus sms nömrəsi də gördüm. Ancaq file paylaşım saytlarında əsas olan yerdir. Mən sayta baxanda whois.domaintools.com/paylash.net onun özünün serveri olduğunu görmədim. Tələbat çox olanda onu qarşılamaq şansı nə dərəcədədir?
avatar

Shaig

  • 7 сентября 2010, 23:08
+
0
1-2 aya server yatar ^)
avatar

Millenium

+
+1
maraqli lahiyedir, uğurlar, en çox yüklenen fayllarda «boxca scripti» 3.dür=)http://twitpic.com/2m7ccs
avatar

haciyev

  • 7 сентября 2010, 23:26
+
0
Uğurlu lahiyedir.Göresen 2GB upload limiti günlükdür yoxsa ümumi?
avatar

kerimovs

  • 8 сентября 2010, 00:35
+
0
Uğurlar.

P.S. Gəlir qazanmaq imkanı! — olmaz. Gəlir əldə etmək və ya Pul qazanmaq imkanı olmalı.
avatar

Elliot

  • 8 сентября 2010, 00:44
+
+1
Belə görünüşcə yaxşı bir şeyə oxşayır amma ki, təzə sayt üçün başlayan kimi premium user və pul bu artıq bizimkilərdə «alerqiya» oyadacaq.Heç olmasa proyekt özünü tutardı sora cibə gələn xeyir fikirləşilərdi.
Ümumiyətlə şəxsi praktikama əsasən 90%li qənaətlə deyə bilərəm ki, heç bir adi hostinq paketinə ciddi və ümumişlək yükləmə servisi qurmaq mümkün deyil.Trafik serverdə ən bahalı bir şeydi nə vaxtsa bunun limiti gəlir.Bu site5.com hostinqi barədə son zamanlar çox eşitmişəm kimsə praktiki cəhətdən bu hostdan istifadə edib? necə hostdu?
avatar

DeviD

  • 8 сентября 2010, 00:46
+
0
Mən də elə bu yer, trafik məsələsinə comment elədim. Mümkün deyil hostinqlə bu iş qarşılansın.
avatar

Shaig

+
0
Hostin yox? dedicated DATA CENTER server lazımdır!
Bu hosting DEDİCATED serverdə olmas, 1-2 aya beli qırılacaq.

Ən yaxşısı belə server Azərbaycanda yerləşdirmək və 32 mb-lik fiber-optik kanal çəkmək. Onda xarici serverlərlə və xətlə problem olanda, bu server həmişə onlayn olar.

Amma DEDİCATED serveridə saxlamaq asand iş deyil :)
avatar

Millenium

+
0
Mənə maraqlı gələn niyə Paylaş sözü Pay və Lash sözlərinin birləşməsi kimi göstərilib? Mənalı olmur axı :)
avatar

Ferhad

  • 8 сентября 2010, 08:27
+
0
LaVaş :)
avatar

Millenium

+
0
Qeyd: Hörmətli şərhçilər və sayta fikirləri bildirənlər. Hal-hazırda proyektin yaranmasının əsas səbələrini deyəcəm.
İlk növbədə onu qeyd edim ki əvvələr uploadları xarici saytlara edirdik və nəticədə böyük bir problemlə qarşılaşırdıq, istifadəçilər faylları yükləyə bilmirdilər, yükləmə saytlarında erotik reklamlar edirdi, fayllar qısa müddətdə silinirdi. Bütün bunları nəzərə alraq və imkanlarmızı götür qoy etdikdən sonra belə bir sayt açmaq qərarına gəldik. Bizim sayt xarici saytlardan heç də geri qalmır. Əsas məqsəd bu saytı aznetdə bir nömrəli paylaşım saytı etməkdir.

Belə ki yüklənilən 2000 fayla görə 1 AZN qeyd etmişik və aznet jurnalistlərinin və redaktorlarını 3-5 mb-lıq faylları uplodlarını nəzərə alaraq gəlir yalnız 10MB-dan yuxarı fayllar yüklənəndə hesaba alınır. Bu həm də ona görədir ki saytın xərci gəlirini dəfələrlə çox qabaqlamasın. Həmçinin premium istifadəçi olmayanlar faylalrı 50kb\san-dən artıq yükləyə bilməyəcəklər.
1 aylıq premium isə cəmi 3.54azn-ə başa gəlir. Burdan bizə 1 premiumdan gələn gəliri açıqlasam gülməli rəqəm alınacaq. 3.54azn-dən cəmi 50 qəpik!
Serverə gəlincə isə ayrıca server alınmışdır, hələlik server baxımından ciddi problem yaşamamışıq. Gələcəkdə əgər tələbat çoxalarsa 2-3 bəlkədə daha çox server alıb qoşmaq imkanları mövcuddur.
Saytının adının mənasına gəlincə isə, Hörmətli .az domainini satanlar lazımlı bütün adları alıb arxivlərinə atıblar, Bizdə çalışmışıq ki ən münasib ad seçək. Adın mənası sözlərin birləşməsindən əmələ gəlməyib. Paylaş — sözdür, logonun baxımlı alınması üçün bu cür hazırlanıb.

2GB yükləmə limiti hər fayl üçündür. Premium istifadəçilər üçün isə 8gb limit var. Yəni 2gb həcmində istənilən qədər fayl yükləyə bilərsiniz.

şəxsi fikirləriniz və iradlarınız bizim üçün xoşdur.!
avatar

admincik

  • 8 сентября 2010, 16:02
+
0
Fayl sistemi nədir? Linux Extended? Mən 2 eyni adlı fayl yükəsəm nolar?
Birdənədə məsləhət. 10 MB çox yuxarıdır. Cammat bura 3-4 mb-lıq MP3 yükləsin, sizdə baxın :)
Faylın genişlənməsi, MİME-Type, COntent, Header və genişlənmələri ilə bağlı limitlərdə qoyun.
Birdə məsləhət görərdimki hostinginizə antivirus qoşasınız.

P.S.: Rapidşhare mənə çox ucuz başa gəlir.
avatar

Millenium

+
+1
Fayl sistemi Linuxdur.
10 MB çox yuxarı deyil məncə, nəzərə alsaq ki bura Azərbaycandır 99.9 faiz adamlar ancaq pulsuz yükləyəcək. Bu qiymət aşağıdır desək yanılmarıq.
Bu serverlərdən niyə belə hamı qorxur axı. Xaricdə çox ucuz qiymətlərə fayl mübadilə saytları üçün hostinqlər satılır.
— 2eyni və ya daha çox eyni faylı yüklədikdə heç bir problem yaşanmır. Çünki hər faylın adından qabaq linkində onun nömrəsi yazılır.
Digər məsləhətlər üçün təşəkkürlər nəzərə alarıq
avatar

admincik

+
0
Bu sayt servisi və keyfiyyətli xidməti ilə fərqlənsə Azərbaycanda digər yükləmə saytlarından yüksək yerə çıxa bilər.

Pullu servisə qaldıqda isə fikrimcə istifadəçilər digər xarici saytlara verdikləri gəlirləri bizimkilərə versə daha yaxşı olar. Yaradıcılara isə bu stimul verər və onlar servisləri daha yaxşı və effektivli etməyə çalışar.

Uğurlar
avatar

RashadMedia

  • 8 сентября 2010, 20:06
+
0
Bilirsiniz… Zahiri görünüş cəhətdən sayt çox gözəldir. Əsasən də onun loqosu. «Pay» — ödə/ödəmək sözü və «lash» — azərbaycanca arxası «paylaş». Əladır. Amma flaşda bir az kiçik problemlər var (ox aşağı düşəndə əsir və sair). Həmçinin bu qiymət «kağızları» elə də xoş və professional gəlmir. Hər-halda çox gözəldir. Real alternativ bir şeyə oxşayır. Əgər belə getsə yəqin ki, lazım olanda elə lazımi faylları sizin servisə yükləyəcəm.

Bu arada mənə maraqlıdır, bu hazır proqram təminatıdır (yəni sıfırdan yığılma bir şeydir. Ya düşünmüsünüz ki, velosiped kəşf etmək mənasızdır)?
avatar

Oder

  • 8 сентября 2010, 23:52
+
0
4share.com
avatar

Millenium

+
+1
Keçidi düz vermisiniz?
avatar

Oder

+
0
avatar

Millenium

+
-1
Anlamıram bu saytın bizə nə aidiyyatı var ki. Birincisi işlətdiyimiz sistem hazırdır, sadəcə çoxlu dəyişikliklər etmişik.
avatar

admincik

+
0
Maraqlıdır. Fərhad və Şaiqin şərhi ilə tam razıyam…

Öz fikrim:
Fərqlilik o ola bilər ki, premium üstünlüyü var. Ama Şaiqində dediyi kimi, hostinq-in bu cür xidmətə gücü çatmaz. Ama məncə xeyirli layihə deyil. Niyə məhz paylash.netdən istifadə etməliyik? Bu sualın cavabını düzgün şəkildə doğrultsan, məndə istifadə edəcəm və öz yaxınlarıma isitadə etməsini məsləhət görəcəm. Niyə boxca.com endir.az yox? Paylash.net..Və təhlükəsizlik baxımından, necədir? Boxca.Com — da məşhur və çox istifadə olunan faly yükləmə sistemidir, ama 2 dəfə dağıdılıb və fayllar silinib..Mənim fikrimcə, daha xeyirli layihələrə əl atsaq daha yaxşı olar…
avatar

AKO

  • 9 сентября 2010, 01:37
+
0
4shared.com 250 GB storace və heç bir limiti yoxdur!
avatar

Millenium

  • 25 октября 2010, 13:30
+
0
həqiqətəndə veb sitəyə ad vermək türklərdə maraqlı alınır.Mən inanmıram ki onlar "Ş" hərfini «Sh» kimi veb sitələrində yazsınlar.
Özümüzünküləri başa düşmürəm və bunun adını sevmədim.«paylas.net» pismi səslənir.Bu bizdə xəstəlikdir sənin alfabetin necədir elədə davam et.
Bu sitəni kiməsə telefonda başa salmaq istəsən əziyyət çəkərsən, qarşı tərəfdəki də deyəcək «s»ı yəxsa «s»,«h»ıı.Vallahi mən düz deyirəm.
Mən şəxsən bundan istifadə etmiyəcəyəm
alternativ boxca`nı görürəm
avatar

iamzaur

  • 29 октября 2010, 09:34

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.