Blog: RashadMedia →  DREAM - ReBranding - 11.09.10 Açılış

Hər kəsə Salam.



Əvvəlki postdan bugünə kimi hər gün 6-9 saat gündə bu sosial pltaforma üzərində işləyirəm. Və artıq platformanın özəyi demək olar hazırdır.

Lakin axır vaxtlar məni bir məsələ çox düşündürürdü. Bu ad məsələsi idi. Fikirləşirdim ki, DREAM adı sosial şəbəkə üçün nə qədər uğurludur?! İstifadəçilər dostlarına «Mən DREAM-dən istifadə edirəm deyəndə», dostu internetə girəndə «dream» əvəzinə «drem, dram, drim və s.» yaza biləcəyini daha çox ehtimal etdiyim üçün son 2-3 gündə adı dəyişmək fikrinə gəldim.

Keçən ilin yəni 2009 əvvəlindən portal üzərində çalışırdım. Domain adı park.az. Tam 1 ilə yaxın proqramlaşdırma və dizaynı ilə məşqul oldum və Azərbaycanda Portal yaratdım (yerli məhsul, heç bir hazır scriptsiz...)

Artıq 1 ilə yaxındı ki, portal işləyir. Əvvəllər (keçən ilin senytabr-dekabr) sayt gündə 350-600 host alırdı və istifadəçilər üçün çox maraqlı idi. Lakin sonradan mənim şəxsi işlərim sayta girməyə və yeniliklər etməyə manə oldu. İstifadəçilər getdikcə azalır və özbaşınalıq hökm sürürdü. Nəisə…

Fikrimdə o idi ki PARKı bu 1 illiyində yeniləyim. Lakin DREAM çıxdı ortaya və s.

Uzun sözün qısası, artıq PARK bir portal kimi faəliyyətini dayandırdı. Və DREAM proyekti PARK adı altına keçdi (necə deyərlər rebranding :D )… Belə…

Onuda qeyd edim ki, PARK — bu ilin sentyabr ayının 11 işıq üzü görəcək (beta halı ilə)

P.S. — Bu kiçik rebranding haqqında fikirlərinizi və proyekt haqda suallarınızı eşitmək (məcazi mənada) xoş olardı.

URL: www.park.az
Paylaş :

Şərhlər (5)

RSS yığmaq / açmaq
+
0
Yaxşı ad dəyişmədir.
Niyə məhz 11 sentyabr? Sem dayı inciyər a. :)
avatar

Elliot

  • 31 августа 2010, 13:26
+
0
11 sentyabr 2009-da parkın 1 yaşı tamam olur. Həmdə ki, bu tarix mənə çox doğmadır :)
avatar

RashadMedia

+
0
11 sentyabır… açılış olmadı???
avatar

MrPresident

  • 11 сентября 2010, 13:18
+
0
oldu
avatar

RashadMedia

+
0
Təbriklər uğurlu olsun İnşa-Allah
avatar

MrPresident

  • 11 сентября 2010, 19:52

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.