Blog: Shaig → 31 avqust - Dünya blog günü

Bu günün (31 avqust) ilk dəfə dünya blog günü olduğunu 2008-ci ildə, Barcamp Lənkəranda öyrənmişdim. 29-31 Avqust tarixində keçirilən ölkədəki ilk Barcampın son günü «Dünya blog günü»nə təsadüf edirdi. Mənim də həmin günü bloglara aid olan təqdimatım olmuşdu. Niyə məhz 31 avqustun blog günü olduğunu dəqiq bilmirəm. Təxminim isə Blog sözünün «31og» bənzəməsi və bu bənzəmədən də 31 avqust ifadəsinə yaxın bir məna alınmasıdır. Ancaq tamamilə səhv fikir də ola bilər. Bilənlər varsa bölüşə bilər. Bu fikrə saytında gördüyüm logolara baxaraq gəlirəm.
İki il əvvəl Barcampda etdiyim təqdimatın adı «Blogosfer» adlanırdı. Bu gün isə Barcamp Azerbaijan, -nun təşkilatçılarındandır.
Bloqosfer demişkən, saytda blog günü də unudulmayıb. Bu haqda bir . Həmin yazıya davam olaraq mən də 5 blog adı çəkim:
1. — Rus dilində də olsa, texnologiya haqqında oxumalı yazılara rast gəlinir.2. — Elvin Hacıyev-in blogu. Maraqlı yazılarını bizlərlə qrup blogda bölüşür. Ancaq ara-sıra fərqli yazıları da öz blogunda yazır.
3. — Ramin Orucov, bir başqa maraqlı texnologiya blogu. Əsasən Oracle haqqında yazılar üstünlük təşkil edir.
4. — Samir Kərimov, Türkiyədə yaşayıb, işləyən həmvətənimiz. Fəaliyyət göstərdiyi yer fərqli olduğuna görə, blog da türkcədir.
5. — Pərviz Hacıyev, hər nə qədər gec-gec yazsa da ümid edirəm bundan sonra daha tez-tez yazar.
Əslində siyahıya , , , -da əlavə edə bilərəm. Ancaq bunlar daha gec-gec yenilənirlər.
Blog Gününüz Mübarək.




Şərhlər (2)
RSS yığmaq / açmaqraminorucov
Elliot