Blog: sESo → Windows 7 yenə irəlidə...
Statscounter'a görə Windows 7 ümumi bazar payını 20.09%'ə yüksəltdi. Windows Vista isə 19.41%'ə qədər gerilədi. Vista'nın RTM versiyası 2006-cı ildə hazırlanmış və əməliyyat sistemi 2007-ci ildə isə satışa çıxarılmışdı. Windows 7 isə 2,5 yaşındakı əməliyyat sistemini sadəcə 12 ay içində 175 milyondan çox lissenziya sataraq geridə qoydu.9 yaşındakı Windows XP isə 59.92%-lik bazar payı ilə hələdə birinci sırada gedir. Ancaq son bir neçə ay içində kəskin bir azalma gözə dəyir. Bu da istifadəçilərin sürətli bir şəkildə Windows 7-yə inteqrasiya olduğunu gözlər önünə gətirir. Rəqəmlərə baxdığımızda Windows XP, Windows 7'nin çıxışından bəri payının 24%'ni itirdiyini görürük.
2009-cu il noyabr ayında sadəcə iki həftəlik zamanda Apple'ın Mac OSX Snow Leopard əməliyyat sistemini geridə qoyan Windows 7, 3 ay içərisində 10%-lik bazar payına çatmışdı.
Windows 7-yə görə Internet Explorer 8'in istifadəsində də böyük bir artış olduğu qeyd edilir. Çox heyifki IE hələdə bazardaki ən populyar browserdi, ancaq bunun içərisində browserin 6 və 7-ci versiyaları da mövcuddur. Internet Explorer 9'un istifadəyə hazır olduğunuda unutmamaq lazımdır.




Şərhlər (1)
RSS yığmaq / açmaqMillenium