Blog: SYD →  Sosial Yeniliklər Düşərgəsi haqqında

Bir neçə gün öncə saytımızda Sosial Yeniliklər Düşərgəsinin gəlməsi barədə xəbər yerləşdirilmişdi. İndi istəyirik Sosial Yeniliklər Düşərgəsinin nə olması barədə Sizi məlumatlandıraq.

Müasir dünyada biz insanların ehtiyacını və problemlərini nəzərə almaqla onların tələbatına cavab verəcək texnologiyalar yarada bilərik. Sosial Yeniliklər Düşərgəsi bu texnologiyaların formalaşdırılması məqsədi ilə rəqəmsal dünyada yeniliklərin internet üzərində tətbiq olunması ilə problemlərin həllinə yönəlmiş bir təcrübədir. Bu düşərgədə hansısa sosial problemlərə qarşı olan, eləcə də bu problemi veb alətlər əsasında həll etməyə hazır olan insanlar şəbəkə şəklində birləşib, rəqəmsal alətlərin köməyi ilə, problemə yeni həll yolu axtarırlar. Yeniliklərin rəqəmsal alətlər vasitəsilə həyata keçirilməsinin əsas səbəbi bu vasitələrin nəticəyə çatma prosesini asanlaşdırmasıdır. Burada insanlar konkret nəticə üçün çalışırlar və bütün bunlar cəmisi 48 saat içində baş verir. Düşərgənin ictimai rolu ondan ibarətdir ki, problemlərin həlli dövlət və digər qurumların üzərindən sadə əhali üzərinə yönəlir və problemlərin həlli prosesinə insanlar öz töhfələrini vermiş olurlar. Belə olan halda internet yeni xüsusiyyətlərə malik olmaqla bəzi problemlərin həllinə daha effektiv töhfə verəcək. BratislavadaTbilisidə keçirilən analoji tədbirlərdən sonra bu ideyanı Azərbaycanda da həyata keçirmək qərarını verdik.

Bu düşərgədə 2 qrup insanlar iştirak edəcək:
1. İdeya sahibləri. Bu insanların hər hansı bir sosial problemin həlli üçün internetdə reallaşdırılacaq hazır ideyaları var, amma bunun üçün şəxsi imkanları məhduddur. Bu kateqoriyadan olan insanlar saytımızda öz ideyalarını mütəxəssislərə təqdim edə biləcəklər.
2. Mövcud ideyaları reallaşdırmağa kömək edən iştirakçılar. Bu insanlar proqramçılar, veb-developerlər, koderlər, dizaynerlər, bloqçular, marketoloqlar və bu sahələrlə əlaqəli hər kəs ola bilər və bu tədbirdə onlara ən azı ideya sahibləri qədər ehtiyac duyulur. Sadəcə iştirakçı kimi qeydiyyatdan keçmək üçün saytımızda yerləşdiriləcək formanı doldurub göndərmək tələb olunacaq.
Sosial Yeniliklər Düşərgəsinin qısa tarixçəsini bu keçiddən oxuya bilərsiz.

Sosial Yeniliklər Düşərgəsinin İnkişaf Meneceri Katherine Huinin bu tipli düşərgələr haqqında fikirlərinə bu videoda baxa bilərsiz:

Paylaş :
  • 0
  • 2 августа 2010, 20:54
  • SYD

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
0
Zaman və məkan haqqında hələ də məlumat yoxdur.
avatar

Shaig

+
0
Shaig, dəqiqləşən kimi məlumat verəcəyik
avatar

SYD


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.