Blog: Shaig → Öz backgroundumuz

dünən axtarış səhifəsinin arxa fonuna şəkil yerləşdirmək imkanını bildirdi. Mən isə dünən Twitter-də xəbər . Google.com-da artıq aktivdir. Amma hələ .az, .ru, .com.tr-ə baxdım onlarda aktiv deyildi.
Google-un neçə illərdir ağ səhifə üzərində olan dizaynında son zamanlar bir xeyli dəyişiklik olmağa başlayır. Son dəyişiklik isə istər-istəməz hamıya -i xatırladır. İndi maraqlıdır niyə Google-da Bingləşmə gedir?
Düzdür Bingdən fərqli olaraq siz məcburi şəkillə qarşılaşmırsınız bu şəkillərlə. Sadəcə istədiyiniz zaman öz hesabınızda istədiyin şəkli seçə bilərsiniz. Əslində seçim imkanı çox gözəl imkandır. Background seçim imkanları əsasən çox şəxsiləşmiş platformalarda adamın qarşısına çıxır. Telefonun backgroundunu, Kompüterin backgroundunu şəxsiləşdirir, istədiyimiz şəkli yerləşdiririk. Bunun da istər istəməz psixi olaraq insanlara təsiri olar. Səhifəni daha doğma hiss etdirər insanlara. Məsələn mən Bakının şəklini yüklədim:

Əgər Binglə müqayisə eləsəm mənə daha doğmadır. Bəs görən bu həqiqətən də sadəcə Bing-ə bənzətmə nəticəsində atılmış bir addımdır. Yoxsa yuxarıda qeyd etdiyim kimi Google-u şəxsi platforma kimi qəbul etdirmək cəhdi. Yoxsa bu dəyişikliklərin ilin sonuncu rübündə reliz olunacaq Chrome OS-la bir əlaqəsi var?..




Şərhlər (4)
RSS yığmaq / açmaqMRenat
Bu bir funksiya belə deyil demək olar. Sadəcə insanlara yaxın olmanın yoludur məncə. Necəki Telefonun ekranına şəkil qoyuruq, kompüterimizə qoyuruq. Google özünü o dərəcə yaxınlaşdırmaq istəyir. Bəlkə də Chrome OS-a alışdırmaq istəyir ).
Shaig
MRenat
Strange