Blog: Ferhad →  WordCamp Türkiyə

Bugün İstanbul Bersay İletişim Entstitüsündə WordCamp Türkiyə baş tutdu. WordPress-in qurucusu Matt Mullenweg başda olmaq üzərə internetin və bloq dünyasının bir çox tanınmış siması konferansda çıxış etdi. İlk olaraq WordPress Türkiyə-nin təmsilçilərindən Emre Erkan WP 3.0 haqqında qısaca məlumat verdi. Yeri gəlmişkən, bildiyiniz kimi WP 3.0 release candidate artıq istifadəyə verilib. Bundan başqa, Emre WordPress-in artıq sadəcə blogdan daha çox CMS skripti kimi görülməli olduğunu Türkiyə saytlarından misallar gətirərək iddia etdi. Şəxsi istifadə ilə birlikdə WordPress-in Turkcell, Efes PilsenGittiGidiyor kimi böyük kooperativ saytlarda istifadə edildiyi göstərildi. Eyni zamanda AzerDict olaraq biz də saytın bloqunu WordPress üzərinə qurmuşuq.
İkinci çıxış edən Türkiyədə məşhur internet və sosial media mütəxəssisi Arda Kutsal oldu. Daha çox qurucusu olduğu webrazzi.com-dan bəhs etdi. Webrazzi, Teknorazzi, Blograzzi, Webrazzi TV və Webrazzi Global olaraq 5 bloq idarə etdikləri üçün hərhansı bir yenilik və ya dəyişiklik etdikləri zaman hamısında tək-tək etmək məcburiyyətində qalırlar ki, bu da yetərincə vaxt və əmək deməkdir. WP 3.0 bir mühərrik ilə bir neçə bloq idarə ediləbildiyi üçün bu problem de qalxmış olacaq. Amma belə görünür ki, Webrazzi heyəti biraz təmkinli davranır. Bununla yanaşı Arda Kutsal bloqda facebook ilə inteqrasiyanı artırmağı hədəflədiklərini dedi və bunu hər kəsə tövsiyyə etdi.
Daha sonra BlogDestek-in qurucusu Burak Dönertaş WordPress-in rahatlıqlarından bəhs etdi:


Dünyaca məşhur yazıçı Timothy Ferris söhbətində daha çox blogging-dən bəhs etdi. Öz blogundan misallar gətirərək yaxşı kontentin, yazı strukturun və yazı aralıqların vacibliyindən danışdı.
Wordcamp olaraq (daha sonra etohum davam etdi) ən son Matt Mullenweg danışdı. 2003-ci ildə WordPress-in yaradılmasında məqsəd o zamanlar open source bloq skriptinin olmaması idi. Matt ilk zamanlarda WordPress developerlərin istifadəçilərdən çox olduğunu yumoristik bir tərzdə dedi. Niyə open source sualını Matt bu şəkildə açıqlayır: satmaq da daxil olmaq üzərə hər məqsəd üçün istifadə edilə bilər; dəyişdirilə bilər və inkişaf etdirilə bilər; dəyişdirilmiş versiyası paylayışıla bilər. İnternetin gələcəyini mobil cihazlarda gördüyünü deyən Matt Mullenwegin ən sevimli oyuncağı iPad imiş. Təvazökarlığı ilə diqqət çəkən Matt internetə bu qədər təsir etməsinə baxmayaraq özünü daha çox musiqiçi və fotoqraf kimi təqdim etməsi maraqlı idi. Konferansdan sonra Matt ilə şəxsi olaraq WordPressin lokalizasiyası haqqında danışdıq.
Paylaş :
  • +5
  • 29 мая 2010, 19:39
  • Ferhad

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
0
Mən də iştirak etmək istərdim. Azərbaycana da dəvət etmək lazımdır inşa Allah. Gələn Barcamplarda əlaqə saxlayıb dəvət edərik.

Təssüfki Azərbaycanı tanımır. Dünya arenasına çıxmağımız xeyli çətin olacaq.
avatar

Shaig

+
0
Ferhad söz verib qatılabilmediyim üçün sorry, maraqlı keçib )
avatar

haciyev


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.