Blog: Zhala_Najafova → YazYay Məktəbi-Bloqlar haqqında təlim
AEGEE-Bakının Yaz-Yay Məktəbi — Bloq yazmaq istəyən, bloqer olmaq istəyən gənclər, tələbələr və gənc jurnalistlər üçün təlimlər layihəsi davam edir.Üç günlük təlim ərzində öyrənəcəksiniz:
* Bloq nədir? Nə üçün YAZmaq lazımdır?
* Bloq YAZmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli)
* Məşhurlaşdırmaq və YAYmaq (oxucuların cəlb olunması)
* Bloqun idarə olunması (istifadə rahatlığı, funksionallıq, əks-əlaqə)
* Bloq yaratmaq (prinsiplər, ad seçimi, platforma seçimi )
* Bloqdan qazanc (Kim qazanır? Nə və necə qazanır?)
Təlimə nəzəri məlumatla yanaşı praktik məşğələlər də daxildir. İştirakçılar komputer və internetlə təmin olunacaqlar.
Təlimdə iştirakın şərtləri:
1.18-27 yaş arası gənclər iştirak edə bilərlər
2.Təlimin hər üç günündə iştirak etmək vacibdir
3. Hal-hazırda bloqu olanlar və ya olmayıb yaratmaq istəyənlər də iştirak edə bilər
4. Bu təlimdə əvvəlkilərdə iştirak edənlər qoşula bilməzlər
Suallarınızı yazyay@gmail.com ünvanına göndərə bilərlərsiniz.
Online ərizə forması:
Son tarix: 24 may 2010
Tarix: 27-29 may (saat 10.00-17.00)
Məkan: Bakı Jurnalistika Məktəbinin təlim otağı
Yaz Yay Məktəbi Açıq Cəmiyyət İnstitutu tərəfindən dəstəklənir. Layihə haqqında ətraflı məlumatı saytından ala bilərsiniz.




Şərhlər (0)
RSS yığmaq / açmaq