Blog: Millenium →  Inet.Az virusa bulandı


Azərbaycanın populyar olan counter (sayğac) sistemlərindən biri olan İnet.az virusa bulandı. Və bunula da yerləşdiyi bütün saytları Google tərəfindən təhlükəli saytlar siyahısına saldı.

Mənim saytım da ora düşmüşdü. Webmaster tools vasitəsilə müraciət etmişəm, çıxardılacaq.



Sizədə məsləhət görürəm, mənim kimi İNet.az -ın counterlərini müvəqqəti siləsiniz səhifənizdən.
Paylaş :

Şərhlər (12)

RSS yığmaq / açmaq
+
0
Google-un qara siyahısına düşəndən sonra, oradan çıxmağı da yaman vaxt alır. Hər kəs tez üstünə düşsə yaxşı olar.
kataloq.net/v2/ boxca.com/ filan kiimi böyük saytlar da xeyli əziyyət çəkəcək.
avatar

Shaig

+
0
bu saytlar ucun boyuk zerbedir cunki istifade ashagi dushur tez elca etmek lazimdi
avatar

Strange

+
+3
google-un badware listinden çixmaq üçün
www.google.com/webmasters/ sehifesine üzv olub,
saytı elave edib,verilen kiçik meta kodu sehifeye yerleşdirib saytı tesdiq edirik, sonra toolslardan badware listinden çixmaq üçün olanı seçib çıxmaq mümkündür.
avatar

haciyev

+
0
Hansı virus idi? Mən bir şey görmədim kodunda — www.siteadvisor.com/sites/inet.az
avatar

Emin

+
0
SiteAdvisor normal göstərir bəyəm nəsə? :)
avatar

Millenium

+
0
Düzü mən virusa baxmamışdım. Day Chrome və Firefoxda açmadı deyə, çox baxmadım. Bəlkə təmizlənəndən sora olan nəticədir bu.
avatar

Shaig

+
+1
Ne yaxsi ki milli sayghac istifade etmirem :)
avatar

Elliot

+
0
Əksinə milli resurslardan istifadə etmək daha yaxşıdır :). Sadəcə yaxşı işləsinlər.
avatar

Shaig

+
0
Salam,

Doğurdanda, dünən yeni işçimiz məcburiyət qarşısında Total Comanderdən istifadə edərək fayllarda dəyişiklik etdi, kompüterində troyan olduğundan ftp-ilə fayllardan birinə kənar skript atılmışdı. Bu troyan əsasən index.php və digər standart adlı fayllara öz əlavələrini edir.

İndi isə, virusla bağlı problemlər artıq aradan qaldırılıb. Yandex elə dünən yeniləndi, Google isə bir-iki saat olar.

Hər hansı problemlər olarsa saytda support bölməsində öz suallarınızı verə bilərsiniz.

Narahatçılıqa görə üzr istəyirik.

Hörmətli Elliot,

Məncə, bu məsələyə milli və ya xarici saytlar mövzusunu parallel gətirmək aidiyyatsız olardı. Ümumiyyətlə, bir cox xarici proyetklərdə hansısa vaxtlarda bu virusla qarşılaşıb, ancaq, bizimkilər yenədə hər şeyi milli məhsulda görür.

Hörmətlə,
Samir.

avatar

samirmamedov

+
0
Yəqinki artıq inet.az-ı çıxaran resurslar geri qaytarmaq haqqında fikirləşər.

Həmin virus çox developerin başını xarab edib. index, main kimi əsaslığı bildirən fayllara bulaşır. Çox yaxşı olardı ki, FTP parolları FTP clientin yaddaşında saxlamayasız. Çox kömək olur qorunmaq üçün.
Uğurlar.
avatar

Shaig

+
0
clientin yaddaşından deyil ki, trojan 21 ci portdan ötürülən bütün məlumatları sniff edir.
Yeganə həll, sftp dən istifadə etməkdir (antivirusa güvənmək olmursa)
avatar

Emin

+
0
Baxır tipinə. Çox pro-ları edər yəqinki. Ancaq böyük ölçüdə qarşısını alır.
Bir də iş görməyən vaxtlarda FTP-ni bağlamaq yaxşıdır ).
avatar

Shaig


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.