Blog: Baku →  Netty-dən danışaq?


İştiraka qəbul edilmiş 437 sayt. Çox «maraqlı» gəldi, bu nə saytlardır belə. Elə bölmələrlə gəzək. Dövlət saytları — normaldır. Korporativ saytlar — Merkezi, dizayni, topladiq. Başqalarını bilmirəm ancaq mənim gözümə belə şeylər həmişə ilişir və çox vaxt buna yazanın komputerdə dil dəyişmək tənbəlliyi kimi görürəm. Belə sözlərə yəqin çox rast gələcəm. Elm və təhsil, Mədəniyyət və incəsənət — aha, eyni səhvlər. Üstəlik biri mənə başa sala bilər «Kurtlar Vadisi Pusu»nun mədəniyyətə vəya incəsənətə nə dəxli var?)) İnformasiya və xəbərlər, Servis-saytlar — maps.az Bilmirəm bu xəritəni hardan tapıblar və neçənci ilindir, ancaq orda olan səhvləri saymağa başlasaq səhər olar yəqin. Nəysə keçdik. Çatdıq ən əsas bölməyə. Sözün düzü elə bu yazının səbəbinə. "Əyləncə" — ən maraqlısı indi olacaq :)
1. OyunBaz — girən kimi «Söhbət qutusu» gözə dəyir, hansındaki kim nə gəldi yazıb. Qısaca nəzarət edən yox.
2. AZBLOK
<title>WwW.AZBLOK.NET | АЗЕРБАЙДЖАНСКАЯ МУЗЫКА в MP3 БЕСПЛАТНО! | AZERI MP3 MUSIC | Картинки со стихами и фразами | азербайджанские картинки | Сафура Ализаде mp3 | Safura Alizade mp3 | Safura Elizade mp3 | Drip-Drop | Azerbaijan Eurovision 2010 Oslo<title>
Heç normaldır? Başlığı nə bilim, teq buludu ilə səhv salıblar deyəsən. Elə bununla qurtarmaq olardı, ancaq yenədə «ay Allah şablonu nə günə qoyublar :P»
3. Open.az — Fərhad o dəfə yaxşı yazmışdı. «Open.az artıq ikinci dəfə bu layihənin qalibi olmaq istəyilə Əyləncə bölməsində qeydiyyatdan keçib. Burada artıq irad Netty-yə yox, çox Open.az administrasiyasına olar. Bir nominasiyada iki dəfə qalib olmaq nə verirki?»
4. Show-biznes.az — Bunun domenini oxumaq mənə bəs edir. Next please!)
5. Halay.az — Müsabiqəyə təqdim edilmiş sayt açılmır) Google keşinə baxdıqda isə belə: «Sayt müvəqqəti olaraq bağlıdır. Coming Soon...Yeni versiyada | Halay.az»
Hə, birdəki burada yazmadığım saytların çoxu hamı üçün kontent əsas olmaqla hərşey aydındır məncə :)
6. PARK.az — HandMade bir sayt görərmişəm bu bölmədə)
7. KEYFİYYƏT REKLAM DEYİL! [Hamıya aydındır yəqin)] — «AzNet-in eləcədə dünya internetinin ən prestijli, sevimli, baxılan saytlarından biri» Daha nələr. Next!
Exclusive vəya «Exkluziv» sözünü hər dəfə görəndə, bilmirəm vallah. Davam.
8. run.az — Sayt «Senin eylence saytın» və «mp3, video, chat ...» yazıları ilə iki dəfə qəbul edilib, heç olmasa xəbərləri var görəsən?
9. otval.net — Domeni = :)
10. tok.az — «Musiqi, video, şəkillər, əyləncə, kliplər, maraqlı, hekayələr, şeirlər, xəbərlər, şou biznes, proqramlar» Məndə elə bildim BEŞ-in saytıdır))
11. kam.az — İlk ağlıma gələn «Камаз» oldu əlbəttə)) Ancaq yox, sən demə bu «mp3/foto/video/chat/form/ Ən son xəbərlər və daha nələr nələr» olduğu "#1 portal" imiş.
12. style.az — Müsabiqəyə təqdim olunan «Sayt Borcdan baglanib!» :)
13. Baku-Kino — Ucozu qoyaq bir yana, Chrome mənə «Warning: Visiting this site may harm your computer!» yazısını verdi.
14. mix.az — «Biz aznetin inkishafi uchun chalishiriq, bes siz bizimle olmaga hazirsinizmi?» LOOOL! http://weboxu.com/blog/530.html Məncə konkret bu saytla bağlı heç bir şərhə ehtiyac yoxdur!
Dedim bir sayım. Əyləncə bölməsində hardasa 80 sayt var və bunlardan bir 50 dənəsi DLE üzərində qurulub. Hə, məncə bundan sonra nə səhv görsək, nə olsada "Əyləncə" «sayt»larımızın yanında heçnə olacaq. Ona görə davam etməyə ehtiyac yoxdur məncə. Sadəcə çox zaman ağla gələn bir sual: "Nə vaxta qədər?"
Paylaş :
  • +3
  • 29 апреля 2010, 01:13
  • Baku

Şərhlər (46)

RSS yığmaq / açmaq
+
0
Вот я только не успел опубликовать свой сайт :(
avatar

stop-narkotik

+
0
Eybi yox, bu son müsabiqə deyil
avatar

Shaig

+
+1
menim netty texminim:

korporaativ- designmachine.az/
elm tehsil — azadfikir.org/
meden. ve incesenet — 3ds.az
inf. ve xeber.- news.az
servis — azerdict.com,maps.az (yeqinki navigator.az alacaq)
eylence — apar tulla
idman — lankaranfc.com
Azerbaycan — .history.az, azcookbook.com
şexsi — baxmadım
cemiy. — adam.az
e-comm.- sinta.az
avatar

haciyev

+
0
Sinta fırıldağdı :) Sən necə onun e-commercde qalib gəlməsini istəyirsən?
avatar

Millenium

+
0
burdakiların arasından seçdiklerimdir,sinta.az haqqında melumatım yoxdu, saxtakarlıqda bi növ e-commercdir), (navigator da niyese eminem :))
avatar

haciyev

+
0
İdmanda — DYSNarimanov.az (DYSNarimanov.com)
ELm — www.azgraf.net/
avatar

Millenium

+
+1
Düzü heç dərinliklə baxmamışam kimlər mübarizə aparır. Amma təxminimə görə Azərbaycan bölməsində 100% history.az qalib gələcək. Servisdə navigatoru gözləyirəm. Xəbərlərdə də news.az
avatar

Sadig

+
0
Doğrudan lap unutmuşdum maps.az — yenilədim.
«Bilmirəm bu xəritəni hardan tapıblar və neçənci ilindir, ancaq orda olan səhvləri saymağa başlasaq səhər olar yəqin.»
avatar

Baku

+
0
Kimi sə qoyunbaz adlandırmaqla sən özünü nə hesab edirsən?
Oyunbaz.info mənimdi düzdü söhbət qutusu nəzarətsiz qalmışdı ona görə ki bəzilərinin səviyyəsizliyi nəzərə alınmamışdı bunu adam kimi normal şəkildə burda yaza bilərsən ama «qoyunbaz» yazmağınla özünün daha yuxarılarda olduğunu hesab edirsənsə yanılırsan.Bilmirəm tanımıram kimsən ama səni yazılarında bir az diqqətli olmağa dəvət edirəm
QarışqaBAZ
avatar

Qarishqa

+
0
Səhv salma, mən ora heçnə yazmamışam.
avatar

Baku

+
0
Bu arada şəxsi saytlarda KənanAnarın saytları :)
avatar

Baku

+
0
Atash bagishlagineneee sen ozuvu ne hesab edirsen bilmek olarmi ?! Nettynin derdi sene qalib,yoxsa aznetin derdi??? Cavab verginen! Senin hech olmasa duzemelli saytin var??belke de var cox boyuk ehtimalla ya Data Life Engine,ya da Joomladi...sen bele boyuk boyuk danishma! hech kes de de sehv axtarma! Goze girmek yox,gozden dusheceksen!!! Neyseyeee men ordaki bezi saytlarla raziyam ki aidiyyati olmayan bolmelerde saytlarini qeyd edibler ...Bele eleme!!!
avatar

GrAND

+
0
Belə deyimdə… Aznetdə hal hazırda olan «səviyyə» burda olan çox adam kimi mənidə narahat edir və tənqid yönümlü postların səbəbidə budur… Həm bu arada söhbət «mənim» saytımdan yox Netty-dəki saytlardan gedir… Bizə gəldikdə, biz hər halda belə şeylərə yol vermirik… Bu arada mənim «gözə girməyə» ehtiyacım yoxdur, tanıyan tanıyır, bilən bilir ;) Uğurlar…
avatar

Baku

+
0
Bilirsen necedir men sizden yox mehz senden danishiram! Goze girmemeyin hiss olunur!!!
avatar

GrAND

+
0
Əylənvə saytlarında birazda aşağı düşsəydin görəcəkdin. Bu sayt haqqında da fikirlərini bölüşsəydin yaxşı olardı. Əgər səhvimiz varsa düzəltməyə çalışardım.
avatar

Tural

+
0
Əslində qalib təxminlərini ilk 3lük qalandan sonra deyəndə 80% tutur :). Keçən il 1-2də səhvlik eləmişdik :). İndi bir az bilmək olmurki kim ciddi yanaşayaraq təqdim edib saytı ora, kim xətir üçün. Ancaq daha çox müzakirələr, tənqidlər fikrimcə nəticələr açıqlanandan sonra səslənəcək :)
avatar

Shaig

+
0
Inciməyin ama bu səs vermə boş şeydi məncə hamının yeri hazırdı qabaqcadan:))Digər saytlara baxacaqlarda indi lazım olan adamların saytlarına yerlərini versinlər yerdə qalanlarada bir görüm baxım edərlər:)))Necə olurki işləmiyən saytlara 4-5 səs verilib ama lazım olan saytların heç 1 səsidə yoxdu :((
avatar

azerios

+
0
Mingecevirli bu heqiqeten boss sey imis :):) inanmayan baxsin www.infocity.az sayti islemir amma 5 sesi var.bu ses verme dunen baslayib dunende bu sayt islemirdi 5 sesi nece ala biler? neyseee aznet oncun inkisaf etmirdeee..sora deyrk bele hele.
avatar

vbci

+
0
infocity stabil saytdır düzü. Bir gün işləməməyi ilə ona qiymət verməmək olmaz. Əvvəldən oranın oxucuları çoxdur və ola bilsinki əvvəlki dəyərləndirmələrə görə qiymət verilsin. Hansı nominasiyadadır bu? Mənə əsas maraqlı gələn informasiya dəstəyi verən saytın iştirak etməsidir. İstənilən halda nəticəni şübhə altında qoyan amildir.
avatar

Shaig

+
0
aciqi deyim nese bul ilki ses verme o qederde duzgun aparilmayacaq mence cunki gorunur huri secimi ve satlarin teqdim edilmesi bele demek olarsa «bashdansovdi'di. Bu il kecen ilkinden mence daha pis kececek.Hec bir yaxshi shey gozlemirem.
avatar

Strange

+
0
dovlet — sheki-ih.gov.az
korporativ- designmachine.az
elm tehsil — bala.az
meden. ve incesenet — 3ds.az
inf. ve xeber.- news.az, xronika.az
servis — webmasterik.biz(evveller lap yaxshi idi), az.vc, pal-mail.info

navigatorun ishtirak etmemesi meqsede uygun idi, bashqalari da bir shey udsun da :S, ozude uruscaxdi, esas istifadechilerin chox olmasi deyil esas yenilikdir.)

eylence — mIx.az (xahish edirem duz oxuyun)
idman — lankaranfc.com, dysnarimanov.com
Azerbaycan — history.az
şexsi — zeynabxanlarova.com
cemiy. — adam.az
e-comm.- quqqu.com
avatar

adam

+
+2
Əgər bu il Netty yaxşı olmasa Millinet birinciyi əlinə keçirəcək.
avatar

coser

+
+3
coser-e qatılıram, bu ilki Netty-ni nezere alsaq növbeti Millinet netty-den daha uğurlu olacaq
avatar

haciyev

+
+1
Dəfələrlə Netty-dən 0 səslə çıxmış sözün əsl mənasında layiqli saytlar Millinet-də yer tutmuşdu. Netty çox məntiqsiz bir idarə qaydası var. Adicə bir neçə sayt varki, öz saytlarında userlərə «yalvarmaqFASON» deyirlərki juri olun bizə səs verin. Baxın 7 səs birdən gedib ) nə isə, gözdən pərdə asmaq üçündür… Millinetə hazırlaşın :)
avatar

adigozalov

+
-1
Millinetin bu ilki nəticələrinə baxanda Netty toya getməlidi! Millinet düzdü yeniliklər, dəyişiliklər edib amma ki məsuliyyətsiz, marağı olmayan juri heyyətini qoymaqla müsabiqəni də gözdən saldılar.2ci dəfə Millinetdə o qədər sayt olmayacaq, necə ki indi netty-də az sayt var.Çünki heç kəsin inamı qalmayıb artıq.Reytinqli saytların orda iştirakçı olub, nominant olmaması biyabırçılıqdı.
Ayrıca dizayn və scriptnən qurulan saytlar dura-dura Dle saytları nominant etmələri artıq finalsız da millinetin marağını itirmişdi.
O ki qaldı Netty-yə az sayt iştirak edib getdikcə də azalacaq.Çünki müsabiqəyə ciddi yanaşmırlar.yola ver bir layihədi.Virtual juri isə mənasız bir şeydi, hər sayt admini saytında ya da Pm məktubla elan yazaraq səs artırmaq üçün öz adamlarını qeydiyyatdan keçirdirlər.
Netty-yə nəsə təklif etməyin bir mənası yoxdu, amma Millinetə təklif edərdim ki, səsverməni nominant olan sayt adminlərə görə edilsin, öz saytna səs verməmək şərtilə.Məncə bundan sonra heç kimdə heç bir şübhə qalmaz
avatar

DeviD

+
+1
Əyləncədə iki dənə dle var idi. O da məcburən. Çünki 3 dənədən artıq başqa script yox idi demək olar.
avatar

Shaig

+
0
Netty-yə nəsə təklif etməyin bir mənası yoxdu, amma Millinetə təklif edərdim ki, səsverməni nominant olan sayt adminlərə görə edilsin, öz saytna səs verməmək şərtilə.Məncə bundan sonra heç kimdə heç bir şübhə qalmaz

Raziyam
avatar

adam

+
+3
virtual juri neye lazımdır?
müsabiqe keçirenler eger dordanda laiqi sayt seçmek qerarındadırlarsa virtual juriye heç ehtiyac yoxdu, bu ve oxşar sahede ixtisaslaşmış ve tanınan insanlara güvenmek lazımdır.
avatar

haciyev

+
0
Qaqaş, niyə belə paxıl adamsan? Özün bir "İdeal" sayt qur qatıl 1-ci yer tut da, duhun çatmır?
avatar

ilkin007

+
+1
Qaqaş, niyə belə paxıl adamsan? Özün bir "İdeal" sayt qur qatıl 1-ci yer tut da, duhun çatmır?

əgər kiminsə biliyi çatmırsa, başlıqda çox yazı olanda, traffic artır))) ged öyrən qaqam =)
avatar

ilkin007

+
0
LOOL, Bilmirdimki)) Ona qalsa hamı bütün contenti atsın «title» içərisinədə onda))
avatar

Baku

+
+2
Burada paxıllıqdan filandan söhbət getmir. Müəllif sadəcə öz fikrini yazıb, söz deməkdə sərbəstdir. Nəyisə bəyənməmək üçün istifadəçi olmaq da kifayətdir.
avatar

Shaig

+
+1
Qaqaş, amma görürsən ki, webmaster webmasterə heç bir söz də demir, çünki bilir nə əziyyətdir, mən yarım il bütün öz və istifadəçilərimin gücünü sayta hərcləmişdiç, hostları 1000-ə çatdı, amma bu əziyyəti yerə vuranlar çoxdur, axı ideal sayt olmur, hamını da yere salmaq müsəlman hərəkəti deyil, bu mənim fikirimdir, ruslar demişkən, обсуждению не подлежит, hərənin öz fikiri var...
avatar

ilkin007

+
0
«WEBMASTER»
avatar

GrAND

+
+1
Hərənin öz fikri olduğu üçün, onunda fikriinə hörmət eləmək lazımdır.
Bilmirəm söhbət, dediyiniz hansı saytdan gedir, ancaq saytın reytinqinin onun keyfiyyətinə qəti dəxli yoxdur.
avatar

Shaig

+
0
Səncə keyfiyyətsiz sayt reytingdə qalxa bilər?)
avatar

ilkin007

+
0
Əlbəttə qalxa bilər. O qədər çox reytinqli porno saytı varki, bu onların keyfiyyətli olmağı demək deyil. Elə düşünürəm ki, kəmiyyət və keyfiyyət anlayışları fərqlidir.
avatar

Shaig

+
0
Porno saytlar camaatın cinsi istəkləri üçündir — orada keyfiyyet yox, «terbiyesiz material» lazim olur, mən bizim azəri saytlarından danışıram indi, hamıdan xəbərləri copy-paste edən saytlar yuxarı qalxmir, maksimum 200 host olur gündəlik, oradan qalxmir lap 100 000 xəbəri olsa, amma aktual unikal 5000 xəbər olsa gündəlik 10 000 nəfər gətirə bilər axtarış sistemlərindən, axı google bilir hansı saytlari index etsin, google en çox index eden saytları yaxşı sayt sayır və onun reytingləri qaldırır PR 0 ilə PR 5 olan saytı da ötmək olar, hər şey və teglərin arasındaki textdən asılıdır, və şüpəsiz — content, bu boyük bir sistemdir, dünyada ancaq google sehirləri bilən webmaster yuxarı qalxır… amma məncə 100%-ni hələ heçkim bilmir. Kim istəyirsə, yazın, mən bildiyim sehirləri açıqlıyaram =)
avatar

ilkin007

+
0
Səncə misal üçün mix.az keyfiyyətli saytdır?))
avatar

Baku

+
0
SENIN UCHUN OLA BILER!
avatar

GrAND

+
0
Yox, sən məni başa düşmədin..)
avatar

Baku

+
0
Mix.az saytında xəbərlərin ümumi sayı: 15708 — onların 1000 haradasa keyfiyyətli xəbərlərdir, onlar host gətirir və PR, sonra forumda yazılar, istək mp3, mp3 arxivi, hammısı host gətirən yerlərdir, keyfiyyət sözundə çox adam dizayn başa düşür, bu da düzdür, amma siz bir dünyanın alexa rankında gedən birinci sayta baxın — google.com — orada logodan başqa dizayn var?)))

Mix.az saytı çox yerdə reklam olunurdu, çox pul gedib bu saytı qabaqa salmaq üçün, əlbəttə ki pul salıb saytı artırmaq olur, amma birdəfə o pul qurtaranda çətin olur, adminlər belə edir ki, sayt tez düşməsin, çunki əvvəl o pulu çixarmaq lazımdır.

Və beləliklə ancaq bacaran webmasterin saytı qalır yuxarıda, amma bəziləri pulsuz yuxarılara çıxır, belə adminlərə çox hörmətim var =)
avatar

ilkin007

+
+1
Aznetin dərdi var, Aznet xəstədir ( Bağışlasın Baba Pünhan :) )
avatar

MRenat

+
0
LEZZET ELEDI =)!
avatar

GrAND

+
+2
Mövzudan kənara çıxılır artıq… Mövzu bağlandı…
avatar

Baku

+
0
Bəzi istifadəçilərlə razılaşıram — belə müsabiqələrdə jürilər artıq şeydi, hərə özünə qabaqcadan 3-4 jüri tapır, səs toplayır. Müsabiqənin elə bir mənası qalmır. Nəticədə netty nəyi seçir ki? Tanışı çox olan sayt adminini?

Dövlət — TQDK.gov.az
Mədəniyyət — Eurovision-az.com (səbəb: Azərbaycanda heç bir Eurovision dəstək saytı olmaya-olmaya ən azından əllərindən gələni edirlər. Saytın keyfiyyəti çox olmasa da kontent cəhətdən bacardıqlarını edirlər.)
İnformasiya — Qeyd.az
Azərbaycan — armenianterror.info
Şəxsi — Fotoqraf.az
avatar

MRenat


Yazının müəllifi şərh yazılmağına məhdudiyyət qoyub