Blog: fidaska →  Keyfiyyətli kontent üçün kömək

Artıq uzun müddətdir ki,kayzen.az saytında mütəmadi olaraq elmə,tibbə,tarixə və s. aid məqalələr qoyulur. Son vaxtlar ən maraqlı cəhət yazılarda videonun qoyulması ilə bağlıdır.Yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır deyib qoyun ətraflı izah edim))
Əvvəllər tarixə aid məqalələr qoyulanda onları ancaq tarixlə maraqlananlar oxuyurdu. O da keflərinə düşəndə.Amma indi mətnə video qoyanda(məsələn Birinci Dünya müharibəsi) hamıya maraqlı gəlir.Məlum oldu ki belə olanda yazı daha çox oxunur,ona daha çox reytinq verilir. Bu sahədə ən yaxşı misal kimi Həzm orqanlarına aid post göstərilə bilər.
Buna görə də indi çalışırıq ki,tyazılarda daha çox əyanilik üçün video qoyulsun.Bu sahədə azərbaycan dilində foto və video materialları olanlardan xahiş edilir ki onları paylaşsınlar. Düzdür,rus və ingilis dilində Google yazıları tapmağa kömək edir.Amma kimsə tibb,iqtisadiyyat,tarix və başqa sahələrə aid azərbaycan dilində olan materialları bizə göndərsə minnətdar olarıq.
Paylaş :
  • +3
  • 27 апреля 2010, 11:23
  • fidaska

Şərhlər (6)

RSS yığmaq / açmaq
+
+1
Sözsüz ki, foto və videonun olması kontentə rəngarənglik qatır. Amma mənim kayzen.az-da ən çox bəyəndiyim cəhət məhz mətn bazasının böyük sürətlə böyüməsidir. Aznetdə ən çox narahatedici məqamlardan biridir mətn azlığı. Adi ensiklopedik bilgilər yox dərəcəsindədir, nəinki hansısa ixtisasa aid materiallar. Ona görə də çox sevinirəm ki kayzen multiuser bloq sistemi aramsız olaraq dil qaydalarına uyğun mətnlər yerləşdirir. Yəqin ki sayt adminləri Google referrer keyword sıyahısına ara-sıra baxırlar, o siyahı çox geniş olmalı. Bu isə müsbət cəhətdir, həm sayt üçün, həm də axtardığını tapan həmvətnlər üçün.
avatar

Elliot

+
+1
Google referrer keyword

müsəlmanca danış,başa düşmürəm)) Hamı sizin kimi SEO mütəxəssisi deyil axı.
avatar

fidaska

+
+2
Saytınız Google Analytics sisteminə qoşulub, Analytics hesabınıza giriş imkanınız varsa, sol menyudan TRAFFİC SOURCES, oradan da KEYWORDS var, oradan əməllicə baxa bilərsiniz ki, saytınıza Google-dan gələnlər saytınızı nəyi axtararkən tapıblar. Yəqin ki, bilən var bunu sizdə, sadəcə sən hər sahə ilə maraqlanırsan, öz işinlə məşğul ol. :)
avatar

Elliot

+
+1
Video və foto kontent reytinq baxımından maraqlı ola bilər sayt sahibləri üçün, çünki bizim istifadəçilərin oxumaq vərdişi yoxdur. Visual məlumatlar daha tez qəbul olunur. Amma mən istəyərdim ki, reytingə görə video və foto məlumatlara yer veriləcəksə bu yazılı məlumatları sıxışdıraraq baş verməsin, sadəcə üstünlük olaraq edilsin. Məndə Elliot`la razıyamn ki, keyzen`in ümumi yaratmaq istədiyi imicə [yada istmədən yaratdığı imicə =)] əsasən məndə orda yazılı və ensklopedik məlumatları çox görmək istəyərəm.
avatar

Sadig

+
0
Şərh yazanlarda olsa, lap əla olar!
avatar

Millenium

+
0
Şərh yazmağı düz qeyd etmisən.Amma hər şey mövzudan asılıdır.Terrorizm yazısında şərh çoxdur,hamısı da yaxşı,amma inanmıram ki kimsə bankomatların quruluşu yaxud hansısa fizikin həyatı haqqında şərh yaza.
Fidaska xanıma isə məsləhət odur ki xəritələri burdan götürsünlər. Vikipediyada da bəlkə nəsə tapmaq olar,amma media azdır.Məncə hər şeyi elə istifadəçilər necə istəyir elə etsin.Kim istiyir rus,kim istiyir türk,kim istiyir ingilis videosunu yaxud şəklini qoysun.
avatar

coser


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.